8
Hazırda ana dilimiz digər rəsmi və tanınmış dövlət dilləri ilə yanaşı işlənir,
dünya xalqları arasında tanınır. Bu cəhət Azərbaycan dilinin xarici dillərlə
müqayisəli şəkildə tədqiqi üçün müəyyən stimul yaradır, müxtəlif sistemli dillər
arasındakı ümumi və fərqli cəhətlərin müəyyənləşdirilməsi üçün geniş imkanlar
açır.
XX əsrin sonu, XXI əsrin əvvəllərində dünyanın dil mənzərəsinə nəzər sa
lsaq,
görərik ki, müasir dillər arasında ən geniş yayılan dil ingilis dilidir. İngilis dili,
eyni zamanda, dünyanın bir çox ölkələrinin (Böyük Britaniya, Amerika Birləşmiş
Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Puerto Rika və başqalarının) dövlət
dilidir. Yaponiya, Filippin, Çin, Hindistan, Cənubi Afrika və s. ölkələr də öz
dilləri ilə yanaşı, ingilis dilindən də istifadə edir. İngilis dili Amerika qitəsində
yaşayan üç yüz milyondan artıq əhalinin əsas dilidir. İngiltərə, Kan
ada, Avstraliya
və Yeni Zelandiyada ana dili səviyyəsindədir. İngilis dili, eyni zamanda,
beynəlxalq miqyasda keçirilən konfrans, simpozium, seminarlar dili olmaqla, həm
də Birləşmiş Millətlər Təşkilatında işlədilən rəsmi dildir. Dünyanın elə bir ölkəsi
tapılmaz ki, orada ingilis dilini öyrənməsinlər. Bu ölkələri bir-birindən yüzlərlə
kilometrlik məsafə, hətta qitələr, okeanlar ayırır. İngilis dilində danışan ölkələrin
vətəndaşları başqa-başqa millətlərə, irqlərə mənsub olduğundan onlar dildən
istifadə edərkən fonetik və qra
fik cəhətdən sözləri müxtəlif cür tələffüz edir və
müxtəlif şəkildə yazırlar, hətta cümlələrə, ifadələrə də müdaxilə edirlər. Hər bir
ölkənin, millətin və irqin tarixi inkişafından, sosial iqtisadi vəziyyətindən, coğrafi
mövqe, təsərrüfatı, məişəti və həyata baxışının xüsusi
yyətindən, milli adət-
ənənəsindən, fizioloji keyfiyyətlərindən irəli gələn cəhətlər dildə bu və ya başqa
şəkildə özünü göstərir. Bütün bunlar dilin çevikliyi, mütəhərrikliyi və s. ingilis
dilində müxtəlif ifadə və birləşmələrin yaranmasına səbəb olur. Bu cür məcazi
ifadə və birləşmələrin yaranm
asının yol və üsulları hazırda ingilis dilşünaslarının
da məşğul olduğu vacib məsələlərdəndir.
Xalq şüuru, xalq həyatı ilə yoğrulmuş, dövrlərin süzgəcindən süzülüb gələn,
büllurlaşmış fikirlər toplusu olan frazeologizmlər, atalar sözü və zərb məsəllərin