80
taaladan istəmiĢəm ki, dinin pənahı olan Ģahın səadəti ilə o koru (Kor ġahrux
Zülqədəri) bu korun əlinə salsın». Allahın təqdiri ilə Kor ġahrux o korun əlinə
keçdi. O yaramazların qılıncdan qurtulanları qaçıb, bəxtsizlik diyarına tərəf
getdilər. Əlaüddövlə bu məğlubiyyətdən sonra oğulları və qohumlarına matəm
tutaraq, qara keçə [paltar] geydi. Önun əmirləri də çiyinlərindən qara palaz asdılar.
[Onlar] elə təziyə [matəm] tutdular ki, beləsi [keçmiĢdə] heç vaxt görünməmiĢdi.
[Onlar] Diyarbəkrdən tamah diĢlərini çəkərək, boĢ səylərindən əl çəkdilər. Onun
(Əlaüd-dövlənin) dövlətinin calalı qalmadı.
Rum padĢahı, Əlaüddövlənin dalbadal məğlubiyyəti, övladlarının
öldürülməsi, əmirlərinin və ordusunun darmadağın edilməsi xəbərini alandan sonra
ona qarĢı keçmiĢdən ürəyində kin olduğuna görə fürsəti qənimət bilib, üzərinə
qoĢun çəkdi. Ġki tərəf arasında müharibə baĢ verdi. Əlaüddövlə rumilərlə döyüĢdə
öldürüldü və o sülalənin dövləti sona çatdı
. Zülqədər tayfasının bəzisi
xəndgarın
mülazimi oldu, bəzisi də Süleyman Ģanlı xaqanın xidmətinə keçdi.
Əlaüddövlə MərəĢ və Əlbistan məmləkətinin hakimi olub, səksən min
zülqədər ailəsinin baĢçısı idi. Bu sülalədən dörd nəfər bu vilayətdə padĢah
olmuĢlar: Məlik Aslan, Nasirəddin, Süleyman
və Əlaüddövlə
. Amma
Əlaüddövlə atalarından daha qüdrətli və müstəqil olmuĢdur. [O], Rum və Misir
padĢahları ilə münasibətlərində hiylə və məkrlə davranırdı. Rum elçiləri [onun
yanına] gələndə öz mülazimlərindən bir neçəsinə misirlilərin paltarını geydirərək,
[rumilərə] deyirdi ki, Misir padĢahı [elçilərini] göndərmiĢ, məndən Rum ordusunu
dəf etmək üçün yardım istəyir, mən isə xondgarla dost olduğumdan yardım
etmirəm. Misir padĢahı ilə də eyni cür rəftar edərək, hər iki tərəfdən mənfəət
görürdü. Belə [rəvayət] yayılmıĢdır ki, Əlaüddövlə həmiĢə deyərdi: «Mənim iki
qızıl toyuğum var, biri gümüĢ yumurta, o biri isə qızıl yumurta verir».
Xülasə, zülqədərlərlə müharibə meydanında, Əlaüddövlənin kürəkəni olmuĢ
Sultan Murad rumilərin əlinə düĢdü. Rum padĢahı Sultan Səlim onu himayə edib,
bir müddət yanında saxladı. [Sultan Səlim] Süleyman Ģanlı xaqanın üzərinə gedən
illərdə onu özü ilə götürməyi münasib bilmədi. O, (yəni Murad) rumilərdən
Əlaüddövlə Zülqədər 13 iyul 1515-ci ildə Ördəkli mövqeyində baĢ vermiĢ döyüĢdə vəziri-əzəm
Sinan paĢanın komandanlıq etdiyi Osmanlı ordusu tərəfindən məğlubiyyətə uğradılaraq qətlə
yetirilmiĢdi (R.Yınanç. Dulkadır Beyliği. Ankara, 1989, s.98).
Xondgar (Xudavəndigar) - Osmanlı sultanlarının titulu.
S-129, 30b; S-297, v.18a.
Ġsgəndər bəy MünĢinin Zülqədər bəyliyinin hakim sülaləsi haqqındakı məlumatı natamamdır.
J.V.Hammer 1378-ci ildə qurulan Zülqədər bəyliyinin hökmdarlarının adlarını belə sıralayır: Zeynəddin
Qaraca, Xəlil bəy, Sulu bəy, Nasirəddin Məhəmməd, Süleyman bəy (1442-1454), daha sonra Süleyman
bəyin oğulları Arslan, ġahsuvar, ġahbudaq və Əlaüddövlə (1480-1515) bir-birinin ardınca hökmranlıq
etmiĢlər (J.V.Hammer. Osmanlı tarihi. Ġstanbul, 1991, c. 1, s.268-270). Əlaüddövlənin qətlindən sonra
Osmanlılardan vassal asılılığına düĢən Zülqədər bəyliyinə ġahsuvaroğlu Əli bəy rəhbər təyin edilmiĢ,
lakin 1522-ci ildə o da Osmanlı dövləti tərəfindən qətlə yetirilmiĢ və Zülqədər bəyliyi tamamilə ləğv
edilmiĢdi (F.Sümər. Oğuzlar. Bakı, 1992, s.180).