60
gözlərə sürmə oldu və o vilayətin sahəsi onların fəzilət ağacları vasitəsilə Xüldi-
bərinə (cənnətə) çevrildi. Nadir təsadüllərdəndir ki, «Xüldi-bərin» sözü [əbcəd
hesabı ilə] bu ibrətamiz hadisənin tarixidir. Bəli, neysan (aprel) buludunun damlası
calal səmasının yüksəkliyindən düĢməsə, sədəfin zülmət zindanında dustaq olmasa,
dünya padĢahlarının baĢındakı tacda dürr ola bilməz və heç bir gül bir tikanın
məzəmmətini çəkməsə, qüdrətli padĢahların çalmasının küncünə [sancılmağa]
yaramaz. Bu hekayətin mislinin sınaqdan çıxması və bu rəvayətin bənzəyiĢinin
həqiqət cəhrəsi almasının sübutu əbədiyyət sahibi («əbülbəqa») olan Süleyman
Ģanlı xaqan ġah Ġsmayıl Bahadır xan həzrətlərinin mübarək əhvalatıdır ki, cocuqluq
yaĢında və uĢaqlıq vaxtında Yusif kimi o əziyyətli zindanda qəm-qüssə çəkərək,
nəhayət, taxt-taca və «ona mülk verdik» [ayəsinin]
rütbəsinə çataraq, az bir
zamanda əzə-mət və səadət qapılan onun üzünə açıldı.
Sözün qısası, Mənsur bəy Pornak fərmanı icra edərək, o xilafət xanədanının
övladlarını qalada saxladı, lakin əqidə və sədaqət yolu ilə hərəkət edərək, o yüksək
məqamlı rohbərin balalanna xidmət etməyi özünə vacib bilib, hər bir iĢdə onların
Ģərəfli könüllərinin razılığını əldə edirdi. Ali nəsəbli Ģahzadələr parlaq dürlər kimi
qala sədəfinin içərisində gizlənərək, dövrandan və zamandan təcrübə götürür və
böyüyürdülər.
Bir müddət sonra Sultan Yaqubun həyat ağacı bu hörmətsizlik üzündən əcəl
küləyi vasitəsilə yıxıldı və o, Qarabağın Sultanbudunda varlıq paltarını axirət
mənzilinə apardı
. Tarix kitablarında yazıldığı kimi, Türkman əmirləri iki dəstəyə
ayrıldılar. Bəziləri onun qardaĢı Məsih mirzənin, digərləri onun oğlu Baysunqurun
padĢahlığını istədilər. Məsələ iki dəstə arasında müharibə ilə nəticələndi.
Baysunqur səltənət taxtına oturdu. [Məsih mirzənin] qətlindən sonra mərhum
padĢah Əmir Həsən bəyin oğlu Maqsud mirzənin oğlu Rüstəm mirzəni əmisi
[Məsih mirzənin] tərəfdarları ilə əməkdaĢlıq etdiyinə və Məsih mirzəyə tərəf
çıxanlara qoĢulduğuna görə tutaraq, Əlincəq qalasına
göndərib, qalanın
kutvalı
Seydi Əlinin dəstəsinə tapĢırdılar. Baysunqurun hakimiyyətindən bir
müddət keçdikdən sonra Aybə sultan
Əlincəq qalasının kənarına gedərək,
Seydinin dəstəsini incə hiylələrlə aldadıb, öz tərəfinə çəkdi. [Onlar] Rüstəm
mirzəni [qaladan] çıxarıb, özlərinə padĢah etdilər. Qarabağdakı vuruĢmada
yarım ərzində həbsdə qaldığını və h. 898-ci ildə azadlığa çıxdıqlarını qeyd edir. Beləliklə, müəllif özü
də Səfəvi Ģeyxzadələrinin h. 893-898-ci illər arasında həbsdə olduğunu təsdiq edir.
«Qurani-Kərim», «Nisa» surəsi, 54-cü ayə.
Sultanbud - indiki Beyləqan rayonu ərazisində təpəlik bir yerdir. Sultan Yaqub Ağqoyunlu 24 dekabr
1490-cı ildə vəfat etmiĢdir (Фазлуллах ибн-Рузбихан Хунджи. Тарих-и алам ара-йи Амини, c. 123).
Əlincəq (Əlincə) qalası - Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincə çayının
sağ sahilində, sıldırım dağ zirvəsində qala (daha ətraflı bax: R.Məmmədov. Əlincəqalanın orta əsrlər
tarixi // Azərbaycan tarixinə dair materiallar, c. IX. Bakı, 1973).
Kutval - qalanın rəisi, komendantı.
Bu Ģəxsin əsl adı Ġbrahim idi. Mənbələrdə gah Aybə sultan, gah da Əbih sultan kimi xatırlanır.
Burada «Qarabağdakı vuruĢma» dedikdə Ağqoyunlu hökmdarı Sultan Yaqubun ölümündən sonra
onun oğlu Baysunqurla digər bir Ģahzadə, yəni Uzun Həsənin oğlu və Sultan Yaqubun qardaĢı Məsih