27
yazılıbsa da, əksər halda səliqəliliyin təsiri və təbiət saflığının məhsuludur ki, yazı
əsnasında öz-özünə fikrimə gəlib və söz söyləyən qələmin dili ilə deyilib.
Hərçənd ki, bu səhifələri yazmağın əsl məqsədi o həzrətin xoĢbəxt əhvalı və
o həzrətin mübarək həyatı dövründə, doğulduğu gündən dövlət pillələrinə qalxdığı
zamana qədər baĢ vermiĢ hadisələrdir, amma məskəni cənnət olan CəmĢid
məqamlı padĢahın (ġah Təhmasibin) qorxunc vəfat hadisəsi, Ġsmayıl mirzənin taxta
çıxması, yeri behiĢtdə olan Ġsgəndər Ģanlı Sultan Məhəmməd padĢahın və baĢqa
Ģahzadələrin əhvalı, özbəklərə və rumilərə
aid olan bəzi hadisələri xəbərlər
səhrasının susuzlarını doydurmaq üçün xülasə Ģəklində vaqiəyazan qələmlə qeydə
aldım ki, sözün telləri bir-birinə bitiĢsin və əsl mətləblə bağlı olmayan hekayələr
anlaĢılmamıĢ və eĢidilməmiĢ qalmasın. Bu qaralamada o həzrətin (ġah Abbasın)
əziz, məĢhur adı «həzrət-i əla Ģahi-yi zillullahi» («Allahın kölgəsi olan əlahəzrət
Ģah»)
, onun möhtərəm atasının məĢhur adı «Nəvvab-i Ġsgəndər-Ģən» («Ġsgəndər
Ģanlı nəvvab»)
, böyük mövqeli babasının mübarək ismi «ġah-i cənnətməkan-i
əleyin-aĢiyan» («behiĢt sakini olan cənnətməkan Ģah»)
və ulu babasının Ģərəfli
adı «Xaqan-i Süleyman-Ģən» («Süleyman Ģanlı xaqan»)
ibarələri ilə yazılmıĢdır.
O yerdə ki «Nəvvab-i MəryəmĢən-i Məhdi-Ülya» («Məryəm Ģanlı xanım Məhdi-
Ülya») zikr olunur, o həzrətin möhtərəm anasıdır
. «Həzrəti-Cahanbani»
(«dünyanı qoruyan həzrət») isə Sultan Həmzə mirzə cənablarının əziz adını
bildirir
.
Ona cəhd edirəm ki, əgər o həzrətin ən Ģərəfli meyili bu mübarək nüsxənin
baĢa çatdırılmasını münasib bilərsə, fürsət düĢdükdə, hekayə-hekayə onun yüksək
ərzinə yetirəm və əgər kitabda həqiqətlə uyğun olmayan bir Ģey yazılmıĢ olsa,
Səfəvi mənbələrində «Rum» və «rumi» deyilərkən Osmanlı dövləti və oranın əhalisi nəzərdə tutulur.
Həzrət-i əla Ģahi-yi zillullahi (Allahın kölgəsi olan əlahəzrət Ģah) - I ġah Abbasın ləqəbi.
Nəvvab-i Ġsgəndər-Ģən (Ġsgəndər Ģanlı nəvvab) - I ġah Abbasın atası ġah Məhəmməd Xudabəndənin
ləqəbi. Nəvvab - ərəbcə «naiblər» deməkdir. Həmçinin tarixən hörmətli adamı bildirmək üçün cənablar,
zati-aliləri, əlahəzrət kimi epitetlərin sinonimi Ģəklində də iĢlədilmiĢdir. Müəllif mübaliğəyə yol
verərək, ġah Məhəmməd Xudabəndənin Ģan-Ģöhrətinin Makedoniyalı Ġsgəndər səviyyəsində olduğunu
bildirmək üçün onu «Ġsgəndər Ģanlı nəvvab» adlandırır.
ġah-i cənnətməkan (cənnətməkan Ģah) - I ġah Abbasın babası I ġah Təhmasibin ləqəbi.
Xaqan-i Süleyman-Ģən (Süleyman Ģanlı xaqan) - I ġah Ġsmayılın ləqəbi. Ġsgəndər bəy MünĢi 1 ġah
Ġsmayılın Ģan-Ģöhrətinin qədim dövrün məĢhur, müdrik və ədalətli hökmdarı Süleyman peyğəmbərin (e.
ə. 965-935-ci illərdə hakimiyyətdə olmuĢdur) Ģan-Ģöhrəti ilə bərabər olduğunu göstərmək məqsədi ilə
onu «Süleyman Ģanlı xaqan» adlandırmıĢdır. Müəllifin ġah Ġsmayılı türklərə məxsus hökmdar titulu
olan «xaqan» istilahı ilə xatırlaması diqqətçəkən faktdır.
Nəvvab-i Məryəm-Ģən (Məryəm Ģanlı xanım) - ġah Məhəmməd Xudabəndənin arvadı və I ġah
Abbasın anası Məhdi-Ülya Xeyrannisa bəyimin ləqəbi. «Məhdi-Ülya» ərəbcə «ulu beĢik» deməkdir.
Xeyrannisa bəyim bir neçə oğul Ģahzadənin anası olduğu üçün «Məhdi-Ülya» adı ilə tanınmıĢdı.
Müəllif, ġah Abbasın anası olan bu qadına hörmətini bildirmək üçün onun Ģan-Ģöhrətini Ġsa
peyğəmbərin anası Məryəm xanımla müqayisə etmək mənasında onu «Məryəm Ģanlı xanım» (Məryəm
kimi Ģöhrətli xanım) epiteti ilə yad edir.
ġah Abbasın qardaĢı Həmzə mirzə əsərdə daha çox «Nəvvabi-Cahanbani» («dünyanı qoruyan
nəvvab») deyə qeyd olunur.