61
məğlub olanların bir çoxlan və sadə camaat onların baĢına yığıĢıb, Təbrizə getmək
və Baysunqurla müharibə etmək qərarı aldılar və Arazın sahilinə gələrək [burada]
durdular. Mirzə Baysunqur, Mirzə Rüstəmin fitnəsini dəf etməkdən ötrü Təbrizdən
çıxdı. Mərəndə
yetiĢdikdə onun qaravulluğa göndərdiyi hər kəs bivəfalıq yolu ilə
gedərək, Mirzə Rüstəmə qoĢuldu. Təfriqəçilik getdikcə qoĢunun hamısına yayıldı
və Mirzə Baysunqurun ordusu elə bir hala gəldi ki, artıq onu saxlamağa qadir
olmadı. Buna görə də [Baysunqur] çarəsizlikdən padĢahlıq əĢyalarını və
ləvazimatını yerindəcə qoyaraq, xidmətçilərindən bir neçəsi ilə fərarilik vadisinə üz
qoydu. [O], Qaradağın Əhər
yolu ilə ġirvana gedərək, dayısı ĢirvanĢaha qoĢuldu.
Mirzə Rüstəm isə arzuladığı dövlətə çataraq, müzəffər və qalib Ģəkildə Təbrizə
gəldi və səltənət taxtına oturdu
. Türkman əmirləri çiyinlərinə itaət örtüyü
saldılar. O, (yəni Mirzə Rüstəm) layiqincə qoĢun və rəiyyət saxlamağa baĢladı.
Lakin ĢirvanĢah bacısı oğlu olan kürəkəninə yardım və kömək etmək üçün
çalıĢqanlıq kəmərini bağlayaraq, Mirzə Baysunquru səltənətə gətirməyə çalıĢırdı
.
Mirzə Rüstəm də Mirzə Baysunqurun iĢini [bitirməyin] fikrinə düĢərək, onu rədd
edib aradan qaldırmaqdan ötrü Bayanduri dövlətinin
əmirləri və böyükləri ilə
məĢvərət etdi. Nəhayət, xeyirxah adamların məsləhəti ilə belə qərara gəldi ki,
xilafət səmasının parlaq ulduzlarını (ġeyx Heydərin oğullarını) Ġstəxr qalasından
çıxararaq, rəhbərlik və sərdarlığa
layiq olan Sultan Əli mirzənin əzəmətli
bayrağını Ģaha layiq tərbiyə yolu ilə qaldırsın və Baysunqurun fitnəsini dəf etmək,
ata və babasının qanını almaqdan ötrü onu ġirvan tərəfinə göndərsin. Əgər qalib
gələrsə və yaxud məğlub olarsa, hər iki halda [Mirzə Rüstəmin] zahiri və batini
istəyi gerçəkləĢər. Bu niyyətlə o, zahirən qohum-əqrəbalığı və möhtərəm bibisinin
razılığını qazanmağı bəhanə edərək, Ģahzadələri hazır etməyi əmr etdi. Sultan Əli
padĢah 898-ci ildə (23.10.1492 - 11.10.1493), Ġstəxr qalasında dörd il yarım
qaldıqdan sonra yola düĢərək, hörmət və izzətlə Təbrizə çatdı. Rüstəm mirzə o
həzrəti mehribanlıqla qucaqlayaraq, onun hörmət və Ģənini yüksəltməyə çalıĢdı. Bu
mirzə arasında Qarabağın Sultanbud adlı yerində baĢ vermiĢ döyüĢ nəzərdə tutulur (bax: Фазлуллах
ибн-Рузбихан Хунджи. Тарих-и алам ара-йи Амини, c.143).
Mərənd - Cənubi Azərbaycanda, Təbrizdən 60 km. Ģimal-qərbdə, Xoy - Təbriz avtomobil yolunun
kənarında yerləĢən Ģəhər.
Qaradağ (Qaracadağ) - Cənubi Azərbaycanda, Araz çayının cənubunda, Təbrizdən Ģimal-Ģərqdə
tarixi vilayət. Əhər - Cənubi Azərbaycanda, Təbrizdən 95 km. Ģimal-Ģərqdə, Əhər çayı sahilində, dağ
ətəyində yerləĢən Ģəhər. Qaradağ vilayətinin əsas Ģəhəridir.
Rüstəm 28 may 1492-ci ildə hakimiyyətə gəlmiĢdir (Фазлуллах ибн-Рузбихан Хунджи. Тарих-и
алам ара-йи Амини, c. 144). O, 1497-ci ilə qədər hakimiyyətdə olmuĢdur.
Fərrux Yəsar, Baysunqurun dayısı və qayınatası deyildi, onun ana babası idi. Belə ki, Ağqoyunlu
hökmdan Sultan Yaqub, ġirvanĢah Fərrux Yəsarın qızı Gövhər-sultanla evlənmiĢ və onların sonralar
Ağqoyunlu hökmdarı olacaq iki oğlu doğulmuĢdu: Baysunqur və Murad (S.B.AĢurbəyli. ġirvanĢahlar
dövləti, s.302).
Bayanduri dövləti adı altında Ağqoyunlu dövləti nəzərdə tutulur. Çünki Ağqoyunlu tayfa ittifaqının
baĢında bayandur tayfası dururdu və Ağqoyunlu hökmdarları da bu tayfaya mənsub idilər (T.H.Nəcəfli.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixĢünaslığında. Bakı, 2000, s.38-41).
Sərdar – komandan, qoĢun baĢçısı.