33
[Həmin nur] ondan oğlu Qalibə çatdı, ondan da öz oğlu Lüveyə və [Lüveydən] öz
oğlu Kəəbə ötürüldü. Kəəbin çoxsaylı oğullarından Mürrə bu Ģərəfə nail olmaqla
qardaĢlarından əziz oldu. Ondan da öz oğlu Kəlaba keçdi. [Kəlab] bəniqüreyĢ
[tayfasının] böyüyü və baĢçısı idi. Ondan da oğlu Qusayın nəslinə ötürüldü. Onun
övladları arasında isə Əbdülmənaf bu səadətə qovuĢaraq, öz qardaĢlarından üstün
oldu. Onun sadiq xələfi HaĢimdir ki, Ümrülüla adına malik idi və HaĢim ləqəbi
əldə etmiĢdi. O, qüreyĢ [tayfasının] rəhbəri idi. Səadət nurları onun təmiz alnından
parlayır və ululuq, böyüklük əlamətləri onun günəĢ timsallı simasından görünürdü.
HaĢimilər nəslindən olmaq qüreyĢ [tayfası] içərisində böyük Ģərəf və yüksək
dərəcədir.
Onun oğullarından Əbdülmütəllib bu nəsildə zühur edən ənənəvi nurun
daĢıyıcısı oldu. O, uca Ģan-Ģöhrət və yüksək mövqe sahibi kimi qüreyĢ qəbilələri
arasında üstün bir Ģəxs idi. Qəbilə baĢçıları onun rəisliyini və böyüklüyünü qəbul
edib, ona itaət göstərirdilər. Onun əsl adı ġeybə idi və məĢhur tarixi əsərlərdə qeyd
olunmuĢ bir səbəb üzündən Əbdülmütəllib [adı] ilə tanınmıĢdı
. Kəbə evinin kilidi
onun əlində idi və o, oranın hacibi
vəzifəsini tuturdu. Zəmzəm quyusunun
qazılması onun zamanında baĢ vermiĢdi
. Onun izzətli və cəlallı Tanrının
dərgahına etdiyi hər bir dua Əhməd
nurunun uğuru sayəsində qəbul olunardı.
Onun on iki oğlu vardı. «Rövzətüs-səfa» və «Xülasətül-əxbar»
müəlliflərinin
Ərəb mənbələrinə görə, Məhəmməd peyğəmbərin babası Əbdülmütəllib anadangəlmə ağ saçlı olduğu
üçün ona ġeybə («ağsaçlı») adını vermiĢdilər. O, atası vəfat etdiyindən uĢaqlıqda Yəsrib (Mədinə)
Ģəhərində öz dayılarının yanında qalırdı. Əmisi Mütəllib onu Məkkəyə gətirmiĢ və bu qabiliyyətli,
istedadlı oğlana göz dəyməsin deyə, ilk vaxtlar onu öz köləsi kimi təqdim etmiĢdi. Beləliklə, ġeybə
Məkkədə «Əbdülmütəllib», yəni «Mütəllibin qulu» kimi tanınmağa baĢladı. Sonradan onun kim olduğu
aĢkara çıxsa da, o, Əbdülmütəllib ləqəbi ilə çağırılmaqda davam etdi.
Hacib - mənası «qapıçı» dcməkdir. Müqəddəs ziyarətgahların nəzarətçiləri və qoruyucuları da hacib
adlanırdılar.
Zəmzəm quyusu - Məkkədəki Kəbə məscidinin həyətində yerləĢir. Dini mənbələrə görə, Zəmzəm
bulağının meydana gəlməsi Ġbrahim peyğəmbərin oğlu Ġsmayıl peyğəmbərin zamanına aiddir. Həmin
bulağın quyusu sonralar xarab olsa da. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllib onu bərpa etmiĢ
və Zəmzəm suyunu yenidən istifadəyə vermiĢdi.
Əhməd - Məhəmməd peyğəmbərin adlarından biridir.
«Rövzətüs-səfa» (tam adı: «Rövzətüs-səfa fi sirətül-ənbiya vəl-müluk vəlxüləfa», yəni
«Peyğəmbərlərin, hökmdarların və xəlifələrin tərcümeyi-halına dair saflıq bağçası») - Teymurilər
dövrünün saray tarixçisi olan və Mirxond ləqəbi ilə tanınan Məhəmməd ibn Bürhanəddin XvandĢah ibn
Mahmudun (1433-1498) dünyanın yaranıĢından Teymuri hökmdarı Əbu-Səidin 1469-cu ildəki ölümünə
qədərki ümumi tarixə həsr etdiyi altıcildlik salnamədir. XVI əsrdə Mirxondun qız nəvəsi Xandəmir bu
əsərə 1522-ci ilə qədərki hadisələrdən bəhs edən VII cildi əlavə etmiĢ, XIX əsrdə isə Rzaqulu xan
Hidayət bu salnaməyə daha üç cild artıraraq, onu Nəsirəddin Ģah Qacar (1848-1896) zamanının
hadisələrinə kimi davam etdirmiĢdir (Ч.А.Стори. Персидская литература: био-библиографический
обзор в трех частях. Перевел с английского, переработал и дополнил Ю.Э.Брегель. Москва, 1972,
ч. I, с.361-378, ч. II, с.975).
«Xülasətül-əxbar» (tam adı: «Xülasətül-əxbar lı bəyan əhvalül-əxyar», yəni «Xeyirxahların əhvalının
bəyanı haqqında xəbərlərin xülaləsi») – Xandəmir ləqəbi ilə tanınan məĢhur xorasanlı tarixçi
Qiyasəddin ibn Hümaməddin Məhəmmədin (1475/76-1535/36) h. 905-ci ildə (m. 1499-1500)
tamamlayıb, Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın vəziri, Ģair və alim ƏliĢir Nəvaiyə təqdim