14
ən mühüm qaynaqlardan biri məhz Ġsgəndər bəy MünĢinin bu əsəri olmuĢdur
.
M.F.Axundov istər elmi, istərsə də bədii əsərlərində Ġsgəndər bəy MünĢinin
yaradıcılığından faydalanmıĢdır. O, özünün «AldanmıĢ kəvakib» povestini «Tarix-i
aləmara-yi Abbasi»nin motivləri əsasında yazmıĢdır. Bundan baĢqa, M.F.Axundov
I ġah Abbas zamanında Bağdad uğrunda gedən Səfəvi - Osmanlı mücadiləsinə həsr
etdiyi məqaləsindəki faktları Ġsgəndər bəy MünĢinin adı çəkilən əsərindən
götürmüĢdür
.
Azərbaycan tarixçisi Ə.Ə.Rəhmani Ġsgəndər bəy MünĢinin bu əsərini
ölkəmizin tarixinə dair mənbə kimi tədqiq etmiĢ və bu mövzuda dəyərli bir
monoqrafiya nəĢr etdirmiĢdir. Vətən tarixĢünaslığının bir sıra nümayəndələri
(O.Ə.Əfəndiyev, M.X.Heydərov, S.M.Onullahi, T.M.Musəvi, S.B.AĢurbəyli,
M.X.Nemətova, Ə.M.Rəcəbli, Y.M.Mahmudov, ġ.F.Fərzəliyev, ġ.K.Məmmədova,
Z.H.Bayramov, R.M.Məmmədova, R.Ə.Ağayev və b.), həmçinin bəzi
filoloqlarımız (S.Mümtaz, H.Zərinəzadə, M.Abbaslı, Ə.Məmmədov, M.Qasımlı və
b.) dönə-dönə «Tarix-i aləmara-yi Abbasi» əsərinə müraciət etmiĢlər.
Avropa tarix elmində sözügedən mənbənin ilk tədqiqatçıları XIX əsrdə
Frank von Erdman, Silvester de Sasi, B.Dorn və V.V.Velyaminov-Zernov
olmuĢlar
. Sonradan Rus-sovet alimlərindən Ġ.P.PetruĢevski, B.N.Zaxoder,
A.A.Romaskeviç, O.F.AkimuĢkin, N.D.Mikluxo-Maklay, Qərb ĢərqĢünaslığının
nümayəndələrindən E.G.Broun, Ç.A.Stori, L.L.Bellan, V.Hinz, V.F.Minorski,
A.Lambton, R.M.Seyvori, H.R.Römer, K.M.Rohrborn, ġ.A.Quinn, Türkiyə
tarixĢünaslığında B.Kütükoğlu, F.Sümer, F.Kırzıoğlu, Ġran tarixçilərindən
N.Fəlsəfi, Ə.Kəsrəvi, Ə.Nəvai, Ə.Vilayəti və bir çox digərləri «Tarix-i aləmara-yi
Abbasi»dən geniĢ səpkidə istifadə etmiĢlər. Qətiyyətlə demək olar ki, bu əsər
Səfəvi dövrünün tarixini öyrənən tədqiqatçıların ən çox istinad etdikləri mötəbər
bir məxəzdir.
Əsərin xüsusiyyətləri. ġübhəsiz ki, Ġsgəndər bəy MünĢinin ana dili
Azərbaycan türk dili idi. Lakin o, əsərini farsca yazmıĢdır. Çünki o zamanlar bir
sıra Yaxın və Orta ġərq ölkələrində tarixi əsərlər ənənəvi olaraq fars dilində
qələmə alınırdı. Buna baxmayaraq, «Tarix-i aləmara-yi Abbasi»də çox sayda
türkcə sözlərə və istilahlara, hətta bəzi beytlərə və cümlələrə rast gəlirik. «Tarix-i
aləmara-yi Abbasi» əsərinin üslubunda Teymurulərin saray tarixĢünaslığının
ənənələrinin təsiri duyulur. Bunu əsərin birinci cildinin sonunda müəllif özü də
A.Бакиханов. Гюлистани-Ирам (редакция, комментарии, примечания и указатели
З.М.Буниятова). Баку, 1991, с.92.
M.F.Axundov. 1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti. Əsərləri, II cild. Bakı,
1961, s.262-272.
De manuscripto persico Ġskenderi Manesii eruditis hus usque incognito disscruit F. Von Erdmann.
Kazan, 1822; F. Von Erdmann. Ġskender Munschi und sein Werk // Zeitschrift der Deutcshen
Morgenlandischcn Gesellschaft, Leipzig, 1861, band. 15, s.457-501; Silvestere de Sacy. Note sur
l'histoire de Schah Abbas ectite en persane el intitulee «Tarikh-i alam arai» // Journal Asiatique, 1824,
t.5, p.86. B.Dornun və V.V.Velyaminov-Zernovun əsərlərinin adları yuxarıda çəkilmiĢdir.