50
kürsüsünə oturdu və möhkəm yolla getmək istəyənləri Ģəriət və dindarlığın düz
yoluna çağırdı. [ġeyx Ġbrahim] ətrafa xəlifələr
və əyanlar göndərdi və tez bir
zamanda onun uca dərgahı böyüklərin və kiçiklərin müraciət etdiyi yer oldu. Xalq
[ġeyx Ġbrahimin] yüksək rütbəli astanasının torpağını mərifət gözünün sürməsi
hesab edirdi. Ġradət sahiblərinin çoxluğundan, onun hörmətli evini ziyarət edənlərə
onun müqəddəs hüzurunda durmağa macal yox idi. Onun yüksək Ģan-Ģöhrəti
gündən-günə artırdı. O vilayətin adamlarından bir nəfər belə [onun] itaəti vacib
olan hökmündən boyun qaçıra bilmirdi. Onun səxavət və kəramət nemətlərindən
yoxsullar və möhtaclar, bəlkə də, əhalinin hamısı faydalanırdı. Onun abad mətbəxi
qızıl və gümüĢ qablarla dolu idi, o [özü] isə bağıĢlama və ehsan [iĢlərində] ata-
babalarından yüksəkdə dururdu. Onun Ģahanə gözəl xasiyyətləri vardı, bəyənilmiĢ
görkəmi padĢaha layiq idi. Fələyin alçaq gərdiĢi ucbatından onun mübarək vücudu
müxtəlif xəstəliklərə tutuldu. Zəmanə o xanədandan Ģənlik büsatını
yığdı,
xəstəlik uzun müddət davam etdi, onun ömür günəĢi zavala uğradı. Bu mənanın
qığılcımı onun ürəyinə iĢıq saldı, həyatın və ölümün zərər və mənfəətinə göz
örtərək, nəhayət, «O səndən, sən də Ondan razı olaraq Rəbbinə dön!» [ayəsinin]
malını can qiymətinə alıb, bu asiman kimi uca astanaya malik xanədanının
mənsublarını və ixlas sahiblərini yığıb, varlını və yoxsulu, gənci və qocanı təĢviĢə
gətirən bu çarəsiz hadisədən onları xəbərdar edərək, gözəl nəsihətlər verib vəsiyyət
etdikdən sonra onları öz misilsiz oğlu Sultan Cüneydə itaət etməyə çağırdı, [onu]
öz vəliəhdi və caniĢini
təyin etdi, onunla əlaqədar çoxlu sifariĢ verdi. «Bu, bizim
sizin öhdənizə qoyduğumuz və hər iki dünyada sizin öhdənizdə olan [Ģeydir]».
Vəsiyyət etdikdən sonra [ġeyx Ġbrahimin] Ģərəfli ruhu Allahın dərgahına getdi və
Həzrət Sultan Cüneyd onu kəfənə salıb, böyük ata-babasının yanında basdırdı.
Sultan Cüneyd - yüksək uçan bir Ģahin, fələyə qalxan bir Ģah, irĢad və
kiĢilik səmasında parlayan on dörd gecəlik bir ay, zahiri və batini xilafət səmasında
zühur etmiĢ bir günəĢ idi. O, baĢçılıq və dinpərvərlik kürsüsünə oturduqda irĢad və
Xəlifə - sufilikdə təriqət baĢçısı (mürĢid) tərəfindən müəyyən bölgələrdə təriqət adından təbliğat
aparmaq səlahiyyəti (irĢad icazəsi) verilmiĢ Ģəxslərə deyilirdi. Səfəvilərin hakimiyyəti dövründə
xəlifələrin fəaliyyətini əlaqələndirmək və onlara ümumi baĢçılıq etmək üçün «xəlifətül-xüləfa»
(«xəlifələr xəlifəsi») vəzifəsi mövcud idi. Bu vəzifə haqqında bax: О.А.Эфендиев. Азербайджанское
государство Сефевидов в XVI вeкe, c. 265-266; R.M.Savory. The Office of Khalifat al-khulafa under
the Safawids // Journal of the American Oriental Society, vol. 85, New-Haven, 1965, p.497-502.
Büsat - hərfi mənada xalça, kilim, döĢənək deməkdir. Mağazaların pəncərələrindən malların nümayiĢ
etdirilməsinə və təmtəraqдж, zəngin vəziyyətə də büsat deyirlər. «Tarix-i aləmara-yi Abbasi»də büsat
sözü həm həqiqi, həm də məcazi mənada iĢlədilmiĢdir. Həmçinin mənbələrdə «büsatı öpmək»
ifadəsindən istifadə olunur ki, bu da müxtəlif Ģəxslərin Ģahın hüzuruna gələrək, onun oturduğu xalçanı
öpmələrini, yəni ona təzim etmələrini, itaət bildirmələrini göstərmək üçün iĢlədilmiĢdir.
«Qurani-Kərim», «Fəcr» surəsi, 28-ci ayə.
Vəliəhd - bir padĢahdan və rəhbərdən sonra onun yerinə keçib, səltənət və rəhbərlik taxtına oturan
Ģəxs; hökmdarın varisi. CaniĢin - farsca «ca» («yer») və «niĢin» («oturan») sözlərindən əmələ gəlmiĢdir.
Bu termin iki mənada iĢlədilir: 1) hökmdarın və ya hər hansı bir rəhbərin varisi, vəliəhdi mənasında; 2)
hökmdarın hansısa əyalətə təyin etdiyi hakim, vali mənasında. Burada caniĢin termini birinci mənada
iĢlədilmiĢdir.