98
ümidsiz oldu. Məmləkət rumilərin əlində idi. Onun hakimliyinin ikinci ili olan
922-ci (1516) ildə rumilər iyirmi min piyada və süvari ilə onunla döyüĢə gəldilər.
O, QudurmuĢ sultan Qacarla
birlikdə onlarla müharibəyə hazırlaĢdı. Mardinin
Üləngi-Qoruq
[adlı] yerində iki tərəf arasında vuruĢma baĢ verdi. Qaraxan o
böyük qoĢuna qalib gəldi. [Amma düĢməni] təqib edən zaman bədbəxtlikdən ona
bir tüfəng gülləsi dəydi, atdan düĢərək can verdi. Bu haldan qızılbaĢlar pəriĢan
oldular, rumilər [isə] açıq-aĢkar basılma və məğlubiyyətdən sonra qələbə çaldılar.
[Onlar] xondgardan yardım alaraq, Diyarbəkr [vilayətini] ələ keçirdilər.
QızılbaĢların əli o vilayətdən üzüldü. Bu xəbərlər Süleyman Ģanlı xaqana çatdıqda
Qaraxana yardım üçün bir dəstə təyin etmiĢdi. Lakin o öldürüldükdən sonra
bundan vaz keçdi.
Xülasə, bu hadisələrdən sonra Süleyman Ģanlı xaqan məmləkətin bütün
zəruri iĢlərinə baxmayaraq, gecə-gündüz müharibəyə hazırlaĢmaq və Rum diyarına
qoĢun çəkmək fikrində idi. [Bu vaxt], 926-cı (1520) ildə Sultan Səlim əbədi
dünyaya köçdü və onun yerinə oğlu Sultan Süleyman oturdu. Onun tərəfindən heç
bir düĢmənçilik əlaməti olmadığına görə, üləmalar düĢmənçilik hərəkəti
olmadığından ordu [yeritməyi] düzgün hesab etmədilər. Sultan Süleyman öz
hakimiyyətinin baĢlanğıcında Rus və Firəng məmləkətlərinə
qoĢun çəkib,
qəzavat və cihadla məĢğul olduğuna görə [üləmalar] o həzrəti (ġah Ġsmayılı) da
kafirlərlə müharibəyə çağırırdılar. Buna görə də Süleyman Ģanlı xaqan bir neçə il
qazilik savabını qazanmaq üçün müzəffər əsgərləri Gürcüstana müharibəyə
göndərib, özü eyĢ-iĢrət və Ģadlıqla vaxt keçirirdi
.
[ġah Ġsmayılın] cahanı bəzəyən fikri bu qərara gəldi ki, xoĢbəxt
Ģahzadələrdən birini Xorasan əyalətinə təyin edərək, oraya göndərsin. Ġlk dəfə o,
mübarək alnından hökmdarlıq bacarığı parlayan böyük oğlu, səadətli və cavanbəxt
Təhmasib mirzəni oraya göndərərək, Əmir xan Mosullu Türkmanı da onun lələsi
olmaq və vilayətin iĢlərini saf-çürük etmək üçün oraya təyin etdi. Bir neçə vaxtdan
S-129, v.39b; S-297, v.24b. Tehran çapında (s.43) bu Ģəxsin adı DurmuĢ sultan Qacar deyə
yazılmıĢdır. Əslində isə o, Bakı əlyazmalarında qeyd olunduğu kimi, QudurmuĢ sultan Qacar olmalıdır.
Həsən bəy Rumlunun yazdığına görə, əsl adı Qaraca və ya Aca sultan olan bu əmir Çaldıran
vuruĢmasından sonra ġərqi Anadolu uğrunda gedən döyüĢlərin birində özünün 800 nəfərlik süvari
dəstəsi ilə Ağqoyunlu Sultan Muradın 8 minlik qoĢununa qalib gəlmiĢ və Sultan Muradı qətlə yetirib,
baĢını ġah Ġsmayıla göndərmiĢdi. Öz döyüĢçülərindən on dəfə çox olan qoĢuna qalib gəldiyi üçün ġah
Ġsmayıl ona «QudurmuĢ sultan» ləqəbi vermiĢdi (A Chronicle of the Early Safawis being the Ahsanu't-
tawarikh of Hasan-i Rumlu, edited by C.N.Seddon, vol. I, Baroda, 1931, p.151). Bu əhvalatı Ġsgəndər
bəy MünĢi də nəql etmiĢdir.
S-129, v.39b; S-297, v.24b. Tehran çapında (s.43) səhvən Üləngi-Furəq yazılmıĢdır. Üləng - köhnə
türk dilində çəmən deməkdir.
Firəng məmləkətləri adı altında Avropa ölkələri nəzərdə tutulur.
ġah Ġsmayılın əmri ilə Div sultan Rumlunun komandanlığı altında qızılbaĢ qoĢunları 1516, 1517 və
1521-ci illərdə Gürcüstana hərbi yürüĢlər etmiĢ, bu yürüĢlər nəticəsində gürcü hökmdarları ġah
Ġsmayılın Naxçıvandakı düĢərgəsinə gələrək, öz itaətkarlıqlarını bildirməyə və hər il bac və xərac
ödəməyi qəbul etməyə məcbur olmuĢdular (О.А.Эфендиев. Aзербайджанскоe государства
Сефевидов в XVI веке, с. 63-64).