102
Cülusu möhründə belə yazıldı:
Vilayət Ģahının qulu Təhmasib.»
O həzrət dindar, Ģəriətpərvər, ədalətli, Allahın köməyinə arxalanan, hədsiz
uğurlara nail olan, dövranın alimlərinə dərs verən, yeddi və dörd nəticələrinin
xülasəsi
, hikmət və bilikdə Ərəstun
və Ġsgəndərdən, hökmdarlıq etməkdə
CəmĢid və Kəsradan üstün bir Ģah idi.
O həzrətin padĢahlıq və hökmdarlığının əvvəllərində dövlət iĢləri bir neçə
cəhətdən qarıĢıqlığa uğramıĢdı. Belə bir günün arzusunda olan alcaq düĢmənlər
dünyanın ən abad ölkəsi və Kəyan taxtgahı olan Ġran mülkünə Ģərqdən və qərbdən
tamah göstərərək, fitnəkarlığa baĢladılar. Əmirlər və yüksək dövlət məmurları
arasında vəkillik və tayfa təəssübkeĢliyi üstündə mübarizə baĢlayaraq, toqquĢma və
müharibəyə çevrildi. VaxtaĢırı dərgahın böyük əmirlərindən və dövlətsevər
ağsaqqallardan biri vəkil vəzifəsini öhdəsinə götürərək, dövlət iĢlərində ixtiyar
sahibi olurdu. O həzrət bu dövrün əvvəllərində azyaĢlı olduğuna görə iĢlərə
qarıĢmayıb, gah qəzavü-qədərin iĢlərinə tamaĢa edirdi, gah da ali təbiətinə və
ağıldan aldığı dərslərə görə iĢləri öz axarına buraxaraq, sədaqətli və vəfalı
[adamları] ayırmağa çalıĢırdı. Bəzi vaxtlarda öz əziz vücudunu yüksək vəzifə
arzusunda olan naqis Ģəxslərin Ģərindən qoruyurdu. XoĢ taleyin gücü və uğurlu
bəxtinin köməyi sayəsində, düĢmənlərin çox, dostların isə az olduğuna
baxmayaraq, [o], həm öz əziz canını, həm də zavalsız dövləti hifz edirdi.
[ġah Təhmasib] öz xoĢ taleyinin tuba misallı fidanı kimi dövlət və iqtidar
çəmənində böyüyüb, həddi-büluğa çatdıqda Allahın dəstəyi, ağlının mətinliyi,
biliyinin çoxluğu və düĢüncəsinin kamilliyinə görə, iddiaçı əmirləri, özbaĢınalıq
edən saymazları gözəl tədbirlərlə aradan qaldıraraq, səltənət və hökmdarlıq iĢlərini
Ģəxsən öz əlinə aldı. Məmləkətin pusqusunda duran dövlət düĢmənləri [onun] odlu
qılıncının parıltısından məhv oldular. Onun istək qönçəsi həmiĢə bahar fəsli
keçirən səltənət və hökmdarlıq bağında çiçəklənərək, elə iqtidar və istiqlaliyyətə
çatdı ki, heç bir kəs onun itaəti vacib olan fərmanından boyun qaçıra bilmirdi. O
Allah tərəfindən seçilmiĢin gözəl xasiyyətləri hədsiz-hesabsızdır, onlardan bir
qədərini belə yazmaq dəftərxana («darülinĢa») katiblərinin qələmi gücündən
Yeddi və dörd rəqəmləri klassik ġərq ədəbiyyatında müqəddəs rəqəmlərdir və müəyyən rəmzi
mənalar ifadə etməkdədirlər. Belə ki, dörd rəqəmi dünyanı formalaĢdıran 4 ünsürü (torpaq, od, su ,
hava), 4 müqəddəs kitabı (Tövrat, Zəbur, Ġncil, Quran), 4 cəhəli (Ģimal, cənub, Ģərq, qərb), ayın 4
həftəsini və s., yeddi rəqəmi isə orta əsr ġərq elminə görə, 7 iqlimi, 7 planeti (Zühəl, MüĢtəri, Mərrix,
ġəms, Zöhrə, Ütarid, Qəmər), göyün 7 qatını, həftənin 7 gününü və s. bildirir. Həmcinin 7 və 4
rəqəmlərini bir-birinə vurduqda 28 rəqəmi alınır ki, bu da ərəb əlifbasındakı hərflərin ümumi sayını
göstərir. Göründüyü kimi, 4 və 7 rəqəmləri rəmzi mənada kainatın və dünyanın bir sıra biliklərini və
rəmzlərini özündə cəmləĢdirir. Beləliklə, Ġsgəndər bəy MünĢi ġah Təhmasibi «yeddi və dörd
nəticələrinin xülasəsi» adlandırmaqla onun elmi biliklərinin hərtərəfli və yüksək səviyyədə olmasına
iĢarə etmiĢdir.
Nəcəf Ģahı - Həzrət Əli Ġraqın Nəcəf Ģəhərində dəfn olunduğu üçün «Nəcəf Ģahı» adlandırılmıĢdır.