123
Elə ki cənnətməkan Ģahın geri qayıtması xəbəri Buxarada Übeyd xana catdı,
növbəti ildə, yəni 937-ci ildə (25.08.1530 -14.08.1531) o, QəmiĢ-oğlanı bəzi özbək
əmirləri ilə purnavulluq etmək və xəbər gətirmək üçün Xorasana göndərdi. Onlar
Amudərya çayından keçib, Sərəxs
yolundan müqəddəs və ulu MəĢhədə gəldilər.
Müqəddəs MəĢhədin hakimi MəntəĢa sultan Ustaclu və NiĢapur
hakimi Dəmri
sultan oğlu
Ağzıvar xan ġamlu bir-birilərinə qoĢulub, QəmiĢ-oğlanın və
özbəklərin üzərinə gəldilər. Tərəflər arasında bir qədər toqquĢma oldu. Qazilər
düĢməndən bir neçə nəfəri qətlə yetirdilər. Özbəklər müqavimət göstərməyə tab
gətirməyib, döyüĢdən əl çəkdilər və geri qayıtdılar. [QızılbaĢ] əmirlərinin də hər
biri öz məkanına getdi.
938-ci ildə (15.08.1531 - 02.08.1532) Übeyd xan yenidən qeyri-məhdud
qoĢun toplayıb, Xorasana üz qoydu və Herat Ģəhərinin ətrafını tutub, mühasirəyə
baĢladı. O, öz əmirlərini Xorasan vilayətinin müxtəlif tərəflərinə və səmtlərinə
göndərdi. O, öz oğlu Əbdül-əziz sultanı müqəddəs MəĢhədə, QəmiĢ-oğlanı
Astarabada, Xangəldi bahadırı Səbzəvara, digər bir dəstəni Bistam vilayəti
ərazisinə göndərdi. MəntəĢa sultan, Ağzıvar xan və Xorasandakı digər əmirlər
qalmağı məsləhət görməyib, hamısı öz hakimlik etdikləri yerləri boĢ qoyaraq çıxıb
getdilər. Amma Damğan hakimi olan Zülqədər sultan özbəklərin gəliĢindən
xəbərdar olub, gəraylı
[tayfası] arasına adam göndərərək kömək istədi. Mirzə
Əlixan xəlifə Gəraylı çoxsaylı bir qoĢunla ona qoĢuldu. O, Bistam ətrafında
özbəklərlə üzləĢib döyüĢdü. Qazilər qalib gəldilər, özbəklər isə məğlub olub
qaçdılar. Onlardan bir dəstəsi qətlə yetirildi, bəziləri isə əsir alındı. Amma
Astarabada getməyə məmur edilmiĢ QəmiĢ-oğlan cəsarət və bahadırlıq ayağını önə
qoyub, çoxsaylı bir dəstə ilə ta Məhvəri-Savucbulağ [adlı yerə qədər] at çaparaq,
orada Astarabad hökumətinə təyin olunmuĢ
Məhəmməd xan Zülqədəroğlunun
ordugahı üzərinə tökülüĢüb, onun yüklərini («ağruq»)
qarət etdi və geri qayıtdı.
Übeyd xanın Herat qalasını mühasirə etməsi. Übeyd xan Herat qalası
ətrafında mövqe tutub, qalanı fəth etmək üçün tədbirlər görməyə baĢladı. Qazilər
isə qüvvətləri və bacarıqları yetdiyi qədər özbəklərdən müdafiə olundular.
Sərəxs Ģəhəri Ġranın Ģimal-Ģərq qurtaracağında, müasir Ġran – Türkmənistan sərhədində yerləĢir və iki
yerə bölünüb. Belə ki, sərhədin hər iki tərəfində, həm Ġranda, həm də Türkmənistanda Sərəxs Ģəhəri
mövcuddur.
NiĢapur - Ġranın Ģimal-Ģərqində, Xorasan vilayətində, MəĢhəddən qərbdə, MəĢhəd və Səbzəvar
Ģəhərləri arasında yerləĢən Ģəhər.
S-129, v.51b. Digər Bakı nüsxəsində yanlıĢlıqla «Xaf hakimi Ağzıvar xan ġamlu və NiĢapur hakimi
olan Dəmri sultan» deyə qeyd olunmuĢdur (S-297, v-33a). Heç Ģübhəsiz ki, bu, katib xətasıdır. Çünki
Ġsgəndər bəy MünĢinin yuxarıda qeyd etdiyi kimi, Ağzıvar xanın atası olan Dəmri sultan bu hadisədən
xeyli əvvəl, Übeyd xanın Xorasana ikinci yürüĢü zamanı, yəni 932-cı (1525-26) ildə baĢ vermiĢ Bistam
döyüĢündə həlak olmuĢdu.
Gəraylı - Astarabad vilayətində yaĢayan türk tayfası (V.F.Minorsky. «Tadhkirat al-muluk», p.170).
S-129, v.51b; S-297, v.33b. Bakı əlyazmalarının birində (S-129) Məhvəri-Savucbulağ əvəzinə
Məxmuri-Savuxbulağ, digərində (S-297) isə Məxvəri-Savux-bulağ yazılıb.
Ağruq - türkcə «ağır» sözündən yaranmıĢdır və ordunun yüklərini bildirən termindir.