147
xondgara dostcasına məktub yazaraq, camaatın güzəranının yaxĢılığı naminə sülh
söhbəti ortaya atıb, ölkənin seyidlərindən ġəms Fələk Dəvvar [adı] ilə məĢhur olan
Mir ġəms Vəlixani
vasitəsilə göndərdi.
Ġsgəndər paĢa fəsad törədən, fitnəkar bir adam idi. Əvvəllər o, Van hakimi
idi və o qədər də hörməti yox idi. [O], qəfildən Vandan Xoya gəldi və bu sülalənin
(Səfəvilərin) tabeçisi olan Hacı bəy Dünbülini bir qism Xoy rəiyyətləri ilə
[birlikdə] öldürdü. Buna görə də o, təltif edilərək, Ərzurum bəylərbəyisi oldu və
elə həmin il öz Ģücaət və igidlik Ģöhrətini o sərhəddə yaymaq istədi. [O],
Hüseynxan sultan Rumlunun üzərinə, Ġrəvana gəldi. Hüseynxan sultan döyüĢə
girməyi münasib bilməyib, bir tərəfə çəkildi. [Ġsgəndər paĢa] Ġrəvanda bir qədər
dağıntı törədib, adamları qətl edərək qayıtdı. Onun tərəfindən törədilmiĢ bu iki
kobud hərəkətə [cavab olaraq] bu tərəfdən rəiyyətlərin asayiĢi üçün heç kəs onu
tənbeh etməyə və cəzalandırmağa qalxmadığından o, (yəni Ġsgəndər paĢa) ayağını
ədəb dairəsindən bayıra qoydu. [O], son dərəcə qürurlanaraq, sərhəd əmirlərinə
ədəbsiz sözlər yazdı, həddini aĢan əməllərə cəsarət etdi və fitnə törətməyə çalıĢdı.
O cümlədən, cənnətməkan Ģah həzrətləri bəzi qacar əmirlərini Gürcüstana qarĢı
dini müharibə aparmaq məqsədi ilə Dadiana
tərəf göndərdiyi zaman [Ġsgərdər
paĢa] böyük ordu ilə hücum edərək, döyüĢə gedən əmirlərin üzərinə tökülüb, qacar
qazilərindən bir çoxunu öldürdü. [Beləliklə], o, abırsızlığı və həyasızlığı ifrat
dərəcəyə çatdıraraq, bütün rahatlığı pozdu. Bu əsnada əĢrəfin məktubuna Sultan
Süleymanın hədə-qorxu ilə dolu cavabı yetiĢdi. [O], Ġsgəndər paĢanın təhriki ilə
təhdidlər yağdıraraq, Əcəm diyarına gələcəyini bildirirdi. Buna görə də Ģahın
aləmi yandıran qəzəbi alovlanıb, ordunun toplanmasına fərman verdi. Müzəffər
ordunun məskəni olan Ağmisqal yaylağına az bir zamanda müxtəlif tərəflərdən və
yerlərdən qızılbaĢ tayfaları cəmləĢdi. [ġahın] dünyanı bəzəyən rəyi belə qərara
gəldi ki, Rum ordusunun hərəkətindən qabaq o yerlərə qoĢun çəkib, sərhədlərdə
abadlıqdan əsər-əlamət qoymasınlar. Ġsgəndər paĢaya isə layiqli qulaqburma verib,
onu qəflət və təkəbbür yuxusundan oyatsınlar. Zəfər niĢanlı əsgərləri dörd dəstəyə
bölüb, hər dəstəni ali rütbəli əmirlərdən birinin baĢçılığı ilə bir tərəfə göndərdilər.
Qələbə ayətli bayraqlar Əxlata tərəf yönəlib, Əxlat qalasını mərkəz kimi araya
aldılar. Hər tərəfə getmiĢ adlı-sanlı əmirlər Van, Bitlis, Pasin, Adilcevaz və ƏrciĢ
ölkələrini MuĢ çölünədək yandırdılar və qarət etdilər. Rumi və kürd əmirlərindən
kim onların qabağına çıxdısa, [qızılbaĢlar] onlarla Ģiddətli döyüĢlər və əzəmətli
Həsən bəy Rumlu onun adını Əmir ġəmsəddin Dilicani kimi qeyd edir (A Chronicle of the Early
Safawis, t.l, p.379).
Dadian - Gürcüstanın qərbindəki Minqreli vilayəti nəzərdə tutulıır. Minqreli vilayəti tarixən
Abxaziya ilə Ġmereti arasında yerləĢmiĢdir. Lakin ġah Təhmasibin belə azsaylı dəstəni Gürcüstanın
içərilərində yerləĢən bir vilayətə göndərməsi haqqında burada verilən məlumat qeyri-dəqiqdir. ġah
Təhmasib öz təzkirəsində 500 nəfəri Qarabağdan Gürcüstanın Dadili (Dav-eli) vilayətinə göndərdiyini
və Ġsgəndər paĢanın 10 minlik qoĢunla onlara basqın edib qalib gəldiyini yazır (ġah Təhmasibin
təzkirəsi, s.67). Dadili tarixi vilayəti hal-hazırda Türkiyənin Ģimal-Ģərqində, Gürcüstana yaxın ərazidə
yerləĢir. Beləliklə, burada söhbət Minqreliyə (Dadiana) deyil. Dadiliyə olan yürüĢdən getməlidir.