165
aydınlaĢdırılıb müəyyən edildi
. Hər iki tərəfdən qətl və qarət əziyyətlərinə
[məruzl qalan Gürcüstan vilayətlərindən Mesx, Kartil və Kaxet bu tərəfə aid oldu,
BaĢı-açıq, Dadian və Quriyan
vilayəti Trabzon və Baratlı
hüdudlarınadək
Rum hökmdarına mənsub oldu. Kartil valisi Luarsab qızılbaĢ döyüĢçülərinin
qılıncının qorxusundan uca dağlara pənah aparmıĢdı. O, fürsət tapanda ayağını
ədəb dairəsindən bayıra qoyaraq, yaramaz iĢlər görürdü, Tiflis vilayətinə və
qızılbaĢ qoĢunlarının ixtiyarına və nəzarətinə keçmiĢ ərazilərə təcavüz əli uzadırdı.
Oranın camaatı da din və millət cəhətdən bir olduqlarına görə onun tərəfini
saxlayırdılar. [ġah Təhmasibin] dünyanı bəzəyən rəyi belə oldu ki, qələbə niĢanəli
bayraq o tərəfə qaldırılsın, o pis məzhəbli azğınlar aradan götürülsün və onun
bütün məmləkəti islam ölkələrinə birləĢdirilsin.
Beləliklə, «müĢrikləri tamamilə öldürün» [ayəsində]
deyildiyi kimi,
imansız müĢriklərdən ki, «doğrudan da, Yəcuc və Məcuc bu ərazidə fəsad
törədirlər» [ayəsi]
onlara aiddir, hər kəs cizyə
vermək düyününə baĢ
qoymazsa, ona iti qılıncın hökmünü vermək və azğın camaatın həyat təməlini o
vilayətin ərazisindən yox etmək qərara alındı. Bu haqq niyyətlə qələbə niĢanəli
bayraq o tərəfə hərəkətə gəldi. Ġslam ordusu Baratlıya çatdıqda o ölkənin kafirləri
müzəffər qazilərin qılınc və nizələrinin qorxusundan piyada və atlının keçməsi
üçün çətin olan darısqal, sıx meĢələrə və ağacla dolu ormanlara dağıldılar. Bəziləri
də yüksək dağlarda, mətin və möhkəm qalalarda gizləndilər. Cihad meydanının
döyüĢçüləri təvəkkül və mərdlik sipərini çiyinə salıb, meĢə və ormanlara üz
qoyaraq, [onları] dəstə-dəstə ələ keçirib, amansız qılınca məruz qoydular. Onların
arvad və uĢaqlarını əsir edib, saysız mal-qara qənimət aldılar. Luarsab yüz hiylə ilə
o təhlükədən canını qurtarıb, özünü sığınacağa saldı.
Burada sülh müqaviləsinin tarixi kimi 961-ci ilin verilməsinə səbəb odur ki, Səfəvilərə əsir düĢmüĢ
Oltu sancaqbəyisi Sinan bəylə Səfəvi elçisi ġahqulu ağa Qacar Ərzurumda olan Osmanlı sultanının
düĢərgəsinə 28 Ģəvval 961-ci / 26 sentyabr 1554-cü ildə gəlmiĢlər və səhəri gün, yəni 29 Ģəvval 961-ci /
27 sentyabr 1554-cü ildə Ərzurumun Ġlicə adlı yerində Səfəvilərlə Osmanlılar arasında müharibəni
dayandıran barıĢıq imzalanmıĢdır (F.Kırzıoğlu. Osmanlıların Kafkas-ellerini fethi, s.238-239). Sülh
müqaviləsi isə Səfəvi eĢikağasıbaĢısı Fərruxzad bəy Qaradağlunun Sultan Süleymanın hüzuruna
göndərilməsi nəticəsində 29 may 1555-ci ildə Amasya Ģəhərində imzalandı О.А.Эфендиев.
Aзербайджанскоe государства Сефевидов в XVI векe, c. 96).
Quriyan - Gürcüstanın qərbində, Minqreli vilayətindən cənubda, Acarıstanla Rioni çayı arasında
yerləĢən və qərbdən Qara dənizə çıxan tarixi vilayət.
Baratlı - Tiflis Ģəhərindən qərbdə, Alget çayının mənbələrində yerləĢən bu vilayətin adı Osmanlı
qaynaqlarında «Baral-eli», gürcücə «Sa-Baratiano» adlanır. «Tarix-i aləmara-yi Abbasi»nin Tehran
çapında (s.87) bu vilayətin adı səhvən «Trablis» yazılıb (bax: F.Kırzıoğlu. Osmanlıların Kafkas-ellerini
fethi, s.236). Bakı əlyazmaları əsasında tərcümə mətnində düzəliĢ edilərək, Baratlı yazılmıĢdır (S-129,
v.74b; S-297, v.52b; B-589, v.9b).
«Qurani-Kərim», «Tövbə» surəsi, 36-cı ayə.
«Qurani-Kərim», «Kəhf» surəsi, 94-cü ayə.
Cizyə - orta əsrlərdə müsəlman ölkələrində qeyri-müsəlman əhalidən toplanan vergi.