185
cənnətməkan Ģah həzrətləri özünün «Bəhrami» kamanını
əlinə alıb, ali məqamlı
[Hümayun] padĢahın və onun silahdaĢları olan, ox atmaq sahəsində misilsiz
olduqlarını iddia edən cağatay cavanlarının bərabərində, qaçıĢlarının yeyinliyi
səbəbindən göz Ģüaları ilə izlənilməsi mümkün olmayan çoxsaylı sürətli ceyranları
yerə sərdi. Xülasə, elə ox atıĢları etdi ki, sürünün canından fəryad qopdu. [ġah
Təhmasibə] «əhsən» və «afərin» deməkdə fələyin məhvəri və asimanın qövsü
dilbir və həmfikir oldular. Elə ki ox atmaqdan bezdilər, çoxsaylı kök əndamlı
maralları və ov heyvanlarını iti qılıncla yerə sərməyə baĢladılar.
Seyrdən, Ģikardan və hədəfə ox atmaqdan («qabaq-əndazi»)
əl çəkəndən
sonra [ġah Təhmasib] müəyyən olunmuĢ bir gündə ali Ģənlik və böyük ziyafət
(«toy») təĢkil etdi. Məclisin axırında həzrət (Hümayun padĢah) üçün töhfələr,
hədiyyələr və təltiflər təyin olundu. Bunlar nağd puldan, cavahirdən, tacdan, daĢ-
qaĢla bəzədilmiĢ kəmərdən, Ġraqda, Rumda, Firəngdə, Çində və Xətayda
[istehsal olunmuĢ] zərnigar qumaĢlardan, əsləhədən və yaraqlardan, sıx halqalı
«Davudi» zirehdən
, cavahiratla bəzədilmiĢ tüfənglərdən, yorğa ərəb atlarından,
Bərdənin minik qatırlarından, dağa bənzər bir qatarlı dəvələrdən, hərəm və
divanxana üçün [nəzərdə tutulmuĢ] çoxlu çadırlardan və alaçıqlardan, naxıĢlı atlas,
məxmər və darayi parçalardan toxunmuĢ sadə və naxıĢlı sayəbanlardan
və
xeymələrdən, bütün avadanlıqları ilə birlikdə karxanalar büyutatından
, təbildən,
Tarixi mənbələrdən və Nizami Gəncəvinin «Yeddi gözəl» poemasından yaxĢı məlumdur ki, Sasani
hökmdarı V Bəhram (421-439-cu illər) ox atmaqda və ov etməkdə mahir bir Ģəxs olmuĢ və çoxlu cüyür
(«gur») ovladığı üçün ona Bəhram-Gur ləqəbi verilmiĢdi. Burada «Bəhrami kaman» ifadəsi «Bəhram-
Gurun kamanına oxĢar kaman» mənasında iĢlədilmiĢdir.
«Qabaq-əndazi» - türkcə «qabaq» və farsca «əndaxtən» («atmaq») sözlərindən yaranmıĢdır. Bu,
xüsusi bir oyun və ya idman yarıĢı idi. Bu yarıĢda «qabaq» adlanan hədəf qoyulur və iĢtirakçılar bu
hədəfə müəyyən məsafədən ox atırdılar (bax: H.H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri
/Səfəvilər dövrü/. Bakı, 1962, s.349-350).
Xətay - ġərqi Türküstan. Ġndi Çin Xalq Respublikasının Ģimal-qərb ərazisini təĢkil edir.
E. ə. 1000-965-ci illərdə hökmranlıq etmiĢ Davud peyğəmbər Süleyman peyğəmbərin atasıdır.
Davud peyğəmbər dəmir məftildən zirehli geyim toxumaqda ən istedadlı Ģəxs hesab olunmuĢ. Onun bu
bacarığı ġərq ədəbiyyatında mədh edilmiĢdir. «Davudi zireh» kəlməsi zirehin möhkəmliyinin,
davamlılığının çox yüksək səviyyədə olduğunu obrazlı Ģəkildə ifadə etmək üçün iĢlədilmiĢdir.
Sayəban (farsca mənası: «kölgəsalan») - kölgəlik yaratmaq üçün çadır kimi düzəldilən örtü.
Büyutat - ərəbcə ev, mənzil mənalarını verən «beyt» sözünün cəm formasıdır. Səfəvilərin dövlət
quruluĢunda «büyutat» istilahı altında saray təsərrüfatları nəzərdə tutulurdu. Mirzə Səmianın
«Təzkirətül-müluk» əsərinə görə, saray büyutatı 33 karxanadan ibarət idi. Onların hər birinin baĢında
sahibi-cəm adlanan məmur dururdu. Bu karxanalar həm ev təsərrüfatı və məiĢətini əhatə edən mətbəx,
qab yumaq mənzili, müxtəlif anbarlar, kitabxana, at tövləsi kimi büyutatdan, həm də əsl dövlət
manufakturaları səciyyəsinə malik olan toxuculuq, dərzilik, zərrabxana, cəbbəxana, zərgərlik,
dəmirçilik, rəssamlıq emalatxanaları kimi büyutatdan ibarət idilər. Büyutatın fəaliyyəti Ģahın və onun
ailəsinin, həmçinin çox-saylı saray əyanlarının qidaya, geyimə, əĢyalara və s. olan tələbatını ödəmək
məqsədi güdürdü. Büyutat təsərrüfatlarına ümumi rəhbərlik naziri-büyutat adlanan məmur tərəfindən
həyata keçirilirdi (Mirza Səmia. Təzkirətül-müluk, s.12; О.А.Эфендиев. Азербайджанское
государство Сефевидов в XVI веке, c.263-264).