191
bəzədildi ki, fələklərin nəzərləri min gözlə ona tamaĢa etdilər. Sultan Bayəzid öz
oğulları, əmirləri, xüsusi müqərrəbləri və mülazimləri ilə birlikdə həmin behiĢt
niĢanəli məclisə dəvət edildi. [ġah Təhmasib] onun xatirini Ģənləndirmək üçün
rəsmiyyətçilikdən uzaq olan, ürək oxĢayan söhbətlər etdi, saatbasaat əhvalını
soruĢub, onun könlünü ələ aldı və onunla isti ünsiyyət qurdu. Xansalarlar
Ģərbətləri, mürəbbələri, meyvələri və xörəkləri nə qədər lazımdırsa və belə bir
ziyafətə nə cür gərəkdirsə, anbaan daĢıyıb gətirirdilər.
Bu məclisdə [Sultan Bayəzidə] on min tümən Ġraq Ģahisi
məbləğinə
bərabər nağd qızıl, daĢ-qaĢla bəzədilmiĢ alətlər, qumaĢ parçalar, əĢyalar və yaraqlar
hədiyyə edildi və onun mülazimləri böyük əmirlərin və mahal hakimlərinin yanına
müxtəlif yerlərə mehman təyin olundular ki, onların ehtiyacları təmin edilsin və
onlara qonaqpərvərlik göstərilsin. [Sultan Bayəzid] əĢrəfin hüzurunda olduğu
müddətdə yerli ülufədən
, onun qarĢılanması zamanı dəfələrlə qarĢısına
göndərilən hədiyyələrdən və bu məclisdə verilən ənamlardan savayı, təqribən daha
on beĢ min tümən məbləğində nağd vəsaitlər, cavahirlər, qaĢ-daĢla bəzədilmiĢ
alətlər, qızıl və gümüĢ qablar, görkəmli töhfələr, nəfis kitablar, zərbafta və yun
toxumalı Kirman və CuĢqan
xalçaları, əlvan təkyələr və müxtəlif diyarlarda
istehsal olunmuĢ qumaĢlar ona hədiyyə olaraq təqdim edildi.
Xülasə, o həzrət (ġah Təhmasib) sultanzadəyə münasibətdə onun layiq
olduğundan artıq dərəcədə Ģahanə hüsn-rəğbət və böyük hədiyyələrlə qayğı
göstərdi. Lakin o, qiyamçılıq və nifaq yolunun yolçusu idi və ipə-sapa yatmayan
nəfsə malik idi. Buna görə də onun əhvalatının məzmunu ziyanla və fəlakətlə bitdi.
Belə ki, o, yüksək məqamlı Ģah həzrətlərinin köməyi ilə Rum diyarına qoĢun
çəkməyi və yenicə asayiĢ tapmıĢ aləmə qarıĢıqlıq salmağı təklif edirdi. Onun bu
niyyəti bir neçə cəhətdən əĢrəfin ürəyinə yatmadı. Çünki, əvvəla, o həzrətlə (ġah
Təhmasiblə) xondgar arasında çoxlu mücadilələrdən, qan tökülməsindən və
məmləkətlərin xaraba və viran qalmasından sonra sülh bərqərar olmuĢ, bu barədə
[tərəflər arasında] əhdü-peyman bağlanmıĢ və bununla da fitnə-fəsad aralıqdan
bənzətmək üçün misilsiz dərəcədə gözəl bir bağ saldırmıĢ və bu bağa «Gülüstani-Ġrəm» adını vermiĢdi.
Lakin bu, ona uğursuzluq gətirmiĢ və o, Allahın qəzəbinə gələrək, həmin bağla birlikdə məhv olmuĢdur.
Gülüstani-Ġrəm «behiĢtə və cənnət bağına bənzər» mənasında iĢlədilir.
ġahi - Azərbaycan Səfəvilər dövlətinin gümüĢ sikkəsi (Səfəvilərin pul zərbi sistemi haqqında daha
ətraflı bax: А.М.Раджабли. Монетное дело в Сефевидском государстве. Автореферат диссертации
на соискание ученой степени кандидата исторических наук. Баку, 1963; А.М.Раджабли.
Нумизматика Азербайджана. Очерки истории монетного дела и денежнего обращения
Азербайджана. Баку, 1997).
Ülufə və ələfə - ərəbcə «quru ot», «saman» sözündəndir. Orta əsrlərdə Azərbaycanda və Yaxın
ġərqin bir sıra ölkələrində dövlət adamlarını, məmurları, elçiləri, çaparları ərzaqla, onların minik
heyvanlarını isə yemlə təmin etmək üçün onların keçdikləri ərazilərdə kəndlilərdən ülufə və ələfə adı ilə
vergi alınırdı (И.П.Петрушевский. Очерки, с.275-276; А.А.Али-заде. Социально-экономическая и
политическая история Азербайджана, с.233-236).
CuĢqan (Cuzqan) - Həmədan vilayətində qəsəbə (T.D.Həsənzadə. Marağalı Məhəmmədhəsən xan
Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri. Bakı, 2001, s.197).