218
izhar etmiĢdilər. Xarəzm və Urgənc sultanlarının elçiləri də əksər vaxtlarda [Səfəvi
sarayına] gəlib-gedirdilər.
Həmçinin Dəkənin
böyük sultanları tərəfindən, ələlxüsus Əhmədnaqar
valisi NizamĢahdan, Heydəri-Kərrarın (Həzrət Əlinin) xanədanının məhəbbətini
saxlayan, onları uca tutan və özünü pak imamların - hamısına Allahın salamı olsun
- Ģiəsi sayan Qolkonda və Heydərabad
valisi QütbĢahdan və Bicapur
valisi Əli
AdilĢahdan yaxĢı nitq qabiliyyətinə malik elçilər dəfələrlə gələrək səmimi
dostluqlarını və onların məmləkətlərində o həzrətin Ģanlı və təmiz adına on iki
imam xütbəsi oxunduğunu izhar etmiĢ, töhfə və hədiyyələr gətirmiĢdilər. [ġah
Təhmasib də] onlara daĢ-qaĢla bəzədilmiĢ taclardan, qızıl yəhərli atlardan, xəncər
kəmərlərindən və s. ibarət xüsusi xələtlər pay vermiĢdi. 971-ci ildə (21.08.1563 -
08.08.1564) Bəkr və Sind valisi Sultan Mahmud xan özünün Əbülmükarim adlı
xoĢ müjdəli elçisini uca məqamlı dərgaha yollayıb, əqidəsinin gözəlliyini, [Səfəvi
sülaləsi ilə] irsi səmimiyyətini və keçmiĢ əlaqələri nəzərə çatdırmıĢ və layiqli
hədiyyələr göndərmiĢdi.
Firəngin yüksək Ģöhrətli sultanlarından Portuqal padĢahı Dan Sinan 958-ci
(1551) ildə bacarıqlı bir elçisini töhfə və hədiyyələrlə [Səfəvi sarayına] göndərib,
səmimi dostluğunu izhar etmiĢdi
. Bu təbəqə (Portuqal padĢahları) özgə dindən
olmalarına baxmayaraq, Ģahın səltənət astanası ilə dostluq münasibətləri qurmaqda
Dəkən (Dekan) - Hindistanda yarımada.
Tehran nəĢrinin (s.l 16) mətnində Əhmədnaqar Ģəhərinin adı yanlıĢ olaraq «Əhmədabadi-Pətn» kimi
yazılmıĢdır. NizamĢahlar sülaləsi 1490-1633-cü illərdə mərkəzi Bombeydən Ģərqdə yerləĢən
Əhmədnaqar Ģəhəri olmaqla Hindistanın Dəkən yarımadasının Ģimal-qərb hissəsində mövcud olan
Əhmədnaqar sultanlığında hakimiyyət sürmüĢlər (CИЭ, т. X, Mocква, 1967, c.201). 952 / 1545-ci ildə
NizamĢahların hökmdarı Bürhan (1508-1553) özünün XurĢah ibn Qubad əl-Hüseyni adlı elçisini ġah
Təhmasibin sarayına göndənniĢ, həmin elçi 19 il müddətində Səfəvilər dövləti ərazisində qalmıĢ və 971
/ 1563-1564-cü ildə Hindistana qayıdaraq, 1565-ci ildə orada vəfat etmiĢdi. XurĢahın yeddi məqalədən
ibarət «Tarix-i elçi-yi NizamĢah» («NizamĢah elçisinin tarixi») adlı salnaməsi Azərbaycanın və bir sıra
digər ġərq ölkələrinin tarixini öyrənmək üçün dəyərli mənbədir (bax: О.А. Эфендиев.
Азербайджанское государства Сефевидов в XVI веке, с. 17-18).
Heydərabad - Hindistanın Dəkən (Dekan) yarımadasında, Qodavari, Moncra və KriĢna çayları
arasında, KriĢna çayına tökülən Musi çayının sahilində yerləĢən və hal-hazırda Hindistanın Andhra-
PradeĢ Ģtatının inzibati mərkəzi olan bir Ģəhərdir. Bu Ģəhər 1512-1687-ci illərdə mövcud olmuĢ
QütbĢahlar sülaləsi tərəfindən idarə olunan Qolkonda sultanlığının paytaxtı idi (CИЭ, т. VIII, Mocква,
1965, c.334). QütbĢahlar sülaləsinin nümayəndələri Azərbaycanın Qaraqoyunlu sülaləsinin nəslindən
idilər (bax: Ч. А. Стори. Персидская литература, ч. II, c.844).
Bicapur sultanlığı - 1489-1686-cı illərdə Hindistanın Dəkən yaylasında mövcud olmuĢ dövlət.
Paytaxtı Bicapur Ģəhəri idi və türk mənĢəli AdilĢahlar sülaləsi tərəfindən idarə olunurdu. Bicapur Ģəhəri
Bombeydən 570 km. cənub-Ģərqdə, Heydərabaddan qərb tərəfdə, KriĢna və Bhima çayları arasındakı
ərazidə yerləĢir (CИЭ, т. II, Mocква, 1962, c.435; Jean-Paul Roux. Türklerin tarihi: Pasi-fik'ten
Akdeniz'e 2000 yıl. Ġstanbul, 2007, s.353). Burada adı çəkilən I Əli AdilĢah 1558-1580-ci illərdə
hökmranlıq etmiĢdir.
S-129 nüsxəsində (v.103a) bu Portuqal padĢahının adı Dan ġosan kimi yazılmıĢdır. Tədqiqatlar
nəticəsində məlum olmuĢdur ki, bu elçilik Portuqaliya kralı III Juan (1502-1557) tərəfindən
göndərilmiĢdi.