201
[Astarabad] hakimi olmuĢ ġahəli sultan Ustaclu səadətli qoĢunla ona qarĢı
müharibəyə giriĢdi. Astarabad yaxınlığında tərəflər arasında amansız bir döyüĢ baĢ
verdi. Ustaclu qaziləri mərdanəlik göstərərək, qüdrətli dövlətin gücü sayəsində
zəfər qazandılar və qaçan [özbək] dəstəsini Günbədi-Qabusadək
təqib edib,
onların bir çoxunu qətlə yetirərək, baĢlarını ali taxtın ətəklərinə göndərdilər.
Digər hadisə odur ki, ġahəli sultanın öldüyü və Astarabad hökumətinin
Keçəl ġahverdi Ustacluya həvalə edildiyi 957-ci (1550) ildə yaka-türkmən camaatı
yağı oldu. Onların yağı çıxmalarının səbəbi aĢağıdakı kimidir. Elə ki Keçəl
ġahverdi [Astarabada] hakim təyin olundu, yaka-türkmən sərdarları sultanı (Keçəl
ġahverdini) təbrik etməyə və ona «mübarək olsun!» deməyə gəlib, peĢkəĢlər
gətirdilər. Onların arasında oxlu tayfasının sərdarı olan Aba
adlı bir cavan da
vardı ki, mükəmməl yaraĢığa və gözəlliyə, olduqca xoĢ lətafətə və hüsn-camala
malik idi. ġahverdi sultan sərdarlar zümrəsi arasından yalnız Abaya qalmağı təklif
edib, ona eĢqini izhar etdi və bu əhvalatın xəbəri türkmənlər arasında yayıldı. Aba
bədnam olacağının qorxusundan, rüxsət almadan gecə ikən atına minib, öz elinin
arasına gəldi və öz tayfadaĢlarının Ģübhələrindən yaxa qurtarmaq üçün sultanın
türkmənlərin daruğası olan ġatır bəy
adlı qohumunu qətlə yetirib, yağı oldu.
Sultan onu cəzalandırmaq üçün yola düĢdü. Elə ki oxlu tayfasının yaĢadığı
yerə çatdı, əsgərlərinə həmin tayfanı soyub-talamağı əmr etdi. ġahverdi sultan bir
neçə nəfər xas mülazimi ilə təpənin baĢına çıxıb qarətə tamaĢa edən zaman,
haqqında bəhs etdiyimiz Aba türkmənlərdən ibarət bir dəstə ilə gözlənilməz bəla
kimi sürətlə sultanın baĢının üstünü alıb, onu qətlə yetirdi. Sultanın
öldürülməsindən agah olan ustaclu qaziləri fərar edib, Ģəhərə gəldilər. Damğan və
Bistam hakimi olan Əmir Qeyb sultan Ustaclu bu xəbəri eĢidərək, Astarabada
yollanıb, Ģəhəri mühafizə etdi və vəziyyət barədə gerçəklikləri cah-calallı
hökmdarın ərzinə çatdırdı.
Aba Oxlunun tüğyan və fitnəkarlıq xəbəri əĢrəfin parlaq Ģəxsiyyətinə aydın
olduqda, 962-ci ildə (26.11.1554 - 15.11.1555) Gökcə sultan Qacar, Əli sultan
Tatıoğlu Zülqədər, Çərəndab sultan ġamlu və Mustafa sultan Varsaq o fitnəkarın
qaldırdığı fitnənin dəf olunmasına məmur edildilər. Elə ki onlar oraya çatdılar,
haqqında bəhs etdiyimiz Aba səadətli qoĢunlara qarĢı müqavimət göstərməyə tab
gətirməyib, Xarəzm tərəfə qaçdı və Əli sultan Özbəkdən kömək istədi. Əli sultan
qarət və talan törətmək həvəsi ilə ciddi bir qüvvə götürüb, Cürcana yollandı. Lakin
o, böyük əmirlərin ordusuna yaxınlaĢıb, qızılbaĢ qoĢununun keyfiyyət və
kəmiyyətindən agah olduqda gəliĢindən peĢman olub, əmirlərlə dostluq münasibəti
Günbədi-Qabus - Ġranın Ģimalında, Gürgan çayının orta axarının sol sahilində, Cürcan Ģəhərindən
Ģimal-Ģərqdə yerləĢən Ģəhər.
Tehran çapında (s. 106-109) Aya kimi yazılsa da, bu Ģəxsin həqiqi adı Aba olmalıdır (bax:
Материалы по истории туркмен и Туркмении, т. II, Москва-Ленинград, 1938, с.67).Tərcümənin
mətninə Bakı nüsxələri (S-129, v.93b; S-297, v.66b) əsasında düzəliĢ edilərək, Aba yazılmıĢdır.
Bu Ģəxsin adı S-129, v.93b-də ġahnəzər bəy kimi yazılıb. Halbuki istər Tehran çapında (s.107),
istərsə də S-297 əlyazmasında (v.68a) ġatır bəydir.