227
uzaqlaĢdırdı. Məsələn, Murad xana Kəcur
qalasını zəbt etməyi tapĢırıb,
Rüstəmdara göndərdi və Piri bəy Qoçuluya
Rey hökumətini verib, o tərəfə
yolladı. Elə həmin il Rum padĢahı Səlim xan vəfat etdiyindən və onun yerinə oğlu
Sultan Murad taxtda əyləĢdiyindən cənnətməkan Ģah istədi ki, Sultan Səlimin
ölümünə baĢsağlığı vermək və Sultan Muradın cülusunu təbrik etmək üçün aqil və
uzaqgörən böyük əmirlərdən birini Ruma elçiliyə göndərsin. O, əvvəlcə Hüseyn
bəy YüzbaĢını bu xidmətə təyin etdi. Sultan Heydər tərəfdarları bundan narahat
olub düĢündülər ki, cənnətməkan Ģahın onu göndərməkdə məqsədi Ģahzadə (Sultan
Heydər mirzə) tərəfdarları və köməkçiləri olan ustaclu əmirlərini pərən-pərən
salmaqdır və Hüseyn bəyi öyrətdilər ki, bir bəhanə ilə Ruma getməkdən boyun
qaçırsın. O, özünü belə bir bəhanə ilə təmizə çıxarıb ərz etdi:
- ƏĢrəfin mübarək zatının sağlamlığı üçün nəzir demiĢdim ki, səkkizinci
imamın ziyarəti niyyəti ilə müqəddəs MəĢhədə gedərəm. Ömrümə etimad olmadığı
üçün ümidvaram ki, mənə ziyarət rüxsəti verməyiniz daha zəruridir.
O, bu bəhanə ilə üzrxahlıq edərək, [Ruma] getməkdən yayınmaq istədi.
ġərəfli hökmdar onun üzrxahlığını qəbul edib, ustaclu tayfasının mötəbər
əmirlərindən digər birisi olan Çuxursəəd hakimi Məhəmmədi xan Toxmağı bu
xidməti yerinə yetirməyə göndərdi. Eyni zamanda, Hüseyn bəy özünün yoxluğu
vaxtında mətləbə müvafiq olmayan bir hadisənin üz verəcəyindən ehtiyatlanaraq,
MəĢhədə getməkdən də vaz keçdi. Cənnətməkan Ģah da özünü bilməməzliyə
vurub, bu mövzuda heç bir söz demədi və sözügedən Ģəxs (Hüseyn bəy) əvvəlki
qaydada yüksək rütbəli və mötəbər bir adam olaraq qaldı, get-gedə izzət və
etibarını artırdı. Sultan Mustafa mirzənin lələsi Nəzər sultan Ustaclu vəfat
etdiyindən Ģahzadənin lələliyi və atalığı vəzifəsi Nəzər sultanın əyaləti və ölkəsi ilə
birlikdə Hüseyn bəyə verildi və o, məsud bir saatda [Sultan Mustafa] mirzəni öz
mənzilinə gətirib, Ģahanə bir ziyafət təĢkil edərək, ona layiqli peĢkəĢlər və
payəndazlar
təqdim etdi. O, həmçinin ali əmr əsasında Ģahzadə cənablarını
salamlamağa və Hüseyn bəyin lələliyini təbrik etməyə gəlmiĢ adlı-sanlı
Ģahzadələrin hər birinə layiqli peĢkəĢlər verdi.
Uzun sözün qısası, oymaqlar arasındakı fitnə və düĢmənçilik atəĢi və hər iki
firqənin dedi-qoduları ulu dərgahda sakitləĢdirildi. Bundan sonra cənnətməkan Ģah
daha iki il xoĢbəxtlik və bəxtəvərliklə hakimiyyət sürdü. Nəhayət, iki il keçdikdən
sonra, 984-cü ilə (31.03.1576 - 20.03.1577) müvafiq olan siçqan ilində
[ġah
Təhmasibin] mübarək zatına bədbəxt hadisə üz verdi. O, hamamda olarkən nürə
Kəcur – Ġranın Mazandaran vilayətində bir qaladır.
Bu Ģəxsin adı S-297 nüxsəsində (v.79a və s.) yanlıĢlıqla Piri bəy Bozcalu kimi yazılmıĢdır.
Payəndaz - farsca «ayaq altına salınan», «ayaq altına atılan» mənasını verir. O zamanlar yüksək
rütbəli, vəzifəli Ģəxslərə təqdim olunan hədiyyələr payəndaz adlanırdı.
Bakı nüsxələrində belə yazılmıĢdır: «984-cü ilə müvafiq olan siçqan ilinin baĢlanğıcından iki ay
keçdikdə» (S-129, v.108a; S-297, v.79b). Bu yazılıĢ daha həqiqətəuyğun görünür. Çünki ġah
Təhmasibin ölümü siçqan ilindən iki ay keçəndə, yəni 1576-cı ilin mayında baĢ vermiĢdi.
Nürə - bədəndə olan lazımsız tükləri təmizləmək üçün maddə.