259
Bağdadın Hillə [məntəqəsinin] hakimi təyin olunmuĢ və Çaldıran vuruĢmasında
Ģəhid olmuĢ Seyid Məhəmməd Kəmunənin övladlarından idi. Cənnətməkan Ģah
həzrətləri onu öz etibar nəzərləri altına alaraq, dərgahın mötəbər əmirlərindən
birinə çevirmiĢ və mübarək möhürün daĢıyıcısı vəzifəsinə layiq görmüĢdü.
Bunlardan əlavə, məmləkətlərdə hər tayfadan və hər təbəqədən olan baĢqa
əmirlər və hakimlər də var idi ki, onların haqqında burada bəhs etmək fayda kəsb
etməz.
Böyük yüzbaĢılar, möhtərəm qorçular, eĢikağasılar və yasavullar.
Cənnətməkan Ģah həzrətlərinin ölümü zamanı böyük yüzbaĢıların, mənsəb
sahiblərinin, qorçuların və dərgahın digər mülazimlərinin ümumi sayı altı min
nəfər idi. Bunlardan dörd min beĢ yüz nəfəri qorçu və min beĢ yüz nəfəri
«qorçiyani-daĢ», yasavul, bukavul
və b. Ģəxslərdən ibarət olan digər camaat idi.
Yasavullardan, mötəbər qorçulardan, eĢikağasılardan, qur və divan
yasavulbaĢılarından, mirĢikarlardan
və topçubaĢılardan ibarət olan bu camaatın
arasında hər təbəqədən və hər tayfadan bir çoxları vardı ki, onlar əmirlik
səviyyəsinə çatmıĢdılar. Onlar əmirlik rütbəsinə layiq görülməsələr də, nüfuz
baxımından əmirlərdən heç də əskik deyildilər. Onların hər biri öz tutduqları
mövqeyə görə əlli nəfərdən beĢ nəfərə qədər iĢə yarayan nökərlərə malik idilər.
PadĢah xassəsinin mülazimləri olan həmin altı min nəfərin səhih sayla göstərilmiĢ
xidmətkarlarının və nökərlərinin sayı təxminən iyirmi min nəfər idi, bəlkə, daha
çox idi. Qorçular döyüĢkənlikdə və Ģücaətdə elə bir ad çıxarmıĢdılar ki, əgər bir
döyüĢdə yüz nəfər Ģah qorçusu olsaydı, onlar min nəfər digər qoĢun təbəqəsinə
bərabər olardılar.
BÖYÜK SEYĠDLƏR, EHTĠRAMLI ÜLƏMALAR, VƏZĠRLƏR, QƏLƏM
SAHĠBLƏRĠ VƏ BƏLAĞƏTLĠ ġAĠRLƏR HAQQINDA
Əsər müəllifinin nöqsanlı xatirinə çatdı ki, cənnətməkan Ģah həzrətlərinin
xoĢbəxtliklə əlamətdar olan [hakimiyyəti] zamanında ali taxtın ətəklərində və
məmləkətin əyalətlərində olmuĢ yüksək dərəcəli seyidlər, bərəkət mənbəyi olan
sədrlər, kəramətli üləmalar, əmmamə sahibləri, vəzirlər, mustovfilər, istedad
Tarixi ədəbiyyatda bukavul barədə mövcud olan mülahizələr onun Ģənlik təĢkilatçısı, süfrəyə və
xörəyin dadına baxan, saqi və s. olduğunu göstərir. Lakin XIII-XIV əsr mənbələrinin məlumatlarından
göründüyü kimi, həmin zaman bukavullar ordu hissələrində yüksək mövqe tutmuĢlar. Onlar ordunun
quruluĢu və effektli fəaliyyəti üçün dəqiq tədbirlər görməli, baĢ divandan ordu üçün ayrılmıĢ
təxsisatı almalı, qənimətləri ordu hissələri arasında ədalətlə bölməli. orduda nizam-intizamın
möhkəmlənməsinə çalıĢmalı idilər (V.Z,.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə, s.323-324). Səfəvilərin
dövlət quruluĢunu əks etdirən «Təzkirətül-müluk»da bukavul termininə rast gəlmirik. Ehtimal ki,
Ġsgəndər MünĢi burada bukavul terminini birinci mənada, yəni saray təĢrifat məmuru, eĢikağasının
sinonimi kimi iĢlətmiĢdir.
MirĢikar - Ģahın ov iĢini təĢkil edən məmurlar. MirĢikarlara ümumi rəhbərlik mirĢikarbaĢı və ya
ovçubaĢı adlanan vəzifəli Ģəxs tərəfindən həyata keçirilirdi (О.А.Эфендиев. Азербайджанское
государство Сефевидов в XVI веке. с.265.