180
təqdiri, dövranın hadisələri səbəbindən və alın yazıları nifaq olan namehriban
qardaĢlarının ona ittifaq etməmələri üzündən, «Tarix-i Əkbəri» əsərinin müəllifi
ġeyx Əbülfəzlin öz bəlağətli kitabında ətraflı Ģəkildə qeyd etdiyi kimi
, Qanq
çayı kənarında [baĢ vermiĢ döyüĢdə] hətta onun mülazimlərinə nökərçilik etməyə
layiq olmayan Əfqan ġirxan qarĢısında böyük bir məğlubiyyətə uğrayaraq, əlacsız
qalıb, atını suya vurdu. Elə oldu ki, onun xidmətində olan Sultan Hüseyn mirzə
Bayqaranın nəvəsi Məhəmməd Zaman mirzə bütün cağatay əmirləri və əsgərləri ilə
birgə ölüm dalğaları içində qərq oldu. O həzrət (Hümayun) də suyun içində atından
ayn düĢmüĢdü. Bir «səqqa»
canfəĢanlıq edib, özünü suya ataraq o həzrəti
[oradan] çıxardı.
Xülasə, [Hümayun padĢah] məğlub və pəriĢan bir vəziyyətdə o vurhavurdan
qurtulub, Aqra
Ģəhərinə gəldi, oradan da Lahora yollandı. Lakin müxtəlif
səbəblər üzündən Lahorda da qalmağa macal tapmayıb, varım-dövlətini itirmiĢ bir
halda Sind
vilayətinə gəldi. Əmir Zünnun Ərğunun övladları həmin mülkü zorla
ələ keçirmiĢdilər. Onlar həmdəmlik darvazalarını onun üzünə bağlayıb, ona qarĢı
düĢmənçilik qapılarını açdılar. O, məcbur olub Qəndəhara yollandı. Elə ki SaldəĢk
vilayətinə çatdı, Qəndəhar hakimi olan kiçik qardaĢı Əsgəri mirzə, padĢahın
acınacaqlı bir vəziyyətdə olmasından xəbər tutaraq, vəlinemətləri olan böyük
qardaĢlarının (Hümayunun) əleyhinə nifaq törətməyə məĢğul olan digər bir qardaĢı
Mirzə Kamrana yarınmaq üçün [Hümayuna qarĢı] hiyləgərlik və xəyanət
mövqeyində durub istədi ki, o həzrəti ələ keçirib, dustaq etsin. O, belə bir yaramaz
niyyətlə izdihamlı bir dəstə götürərək, Qəndəhardan çıxıb Hümayunun ordugahına
yollandı. Lakin təmiz ürəkli, yaxĢı əqidəli insanlardan biri o pis düĢüncəli cahilin
çirkin fikrindən agah olub, özünü ordugaha yetirərək, padĢah cənablarını o
qəddarın hiyləsindən xəbərdar etdi.
O həzrət dövranın gərdiĢinə heyrət edərək, bu müĢkül iĢin
çarəsini Ġrana
getməkdə və «vilayət» niĢanlı [Səfəvi] xanədanına sığınmaqda gördü. [Bu
məqsədlə] o, özünün ali ordugahını, yüklərini və əĢyalarını yerindəcə buraxıb, bu
hadisədən bir qədər öncə Sind vilayətində yoxluğun gizlinliyindən mövcudluğun
meydanına yenicə qədəm qoymuĢ südəmər körpə olan xoĢbəxt və səadətpərvər
Ģahzadə Cəlaləddin Məhəmməd Əkbəri insanların pərvərdigarı olan Allaha
tapĢıraraq, onu xidmətkarlarla birlikdə ordugahda qoydu. Çünki o səadətli körpənin
aparılması müĢkül və çətin bir iĢ idi. Amma onun möhtərəm anasını bir neçə nəfər
S-129, v.83a; S-297, v.60a. Əllami Əbülləzl ibn ġeyx Mübarək 1554-1602-ci illərdə yaĢamıĢdır. O,
Böyük Moğollar sülaləsindən olan Hindistan hökmdarı I Əkbərin (1556-1605) sarayında xidmət etmiĢ,
məĢhur dövlət və din xadimi, ədib və tarixçi olmuĢdur. Onun «Mükatibat-i Əllami» və «Əkbərnamə»
(«Tarix-i Əkbəri») kimi əsərləri mühüm tarixi mənbələrdəndir (А. М. Фарзалиев, Р. М. Мамедова.
Сефевиды и Великие Моголы, с. 8,12).
Səqqa - hərfi mənası tuluqla su daĢıyan adam, suçu və ya tuluqçudur. Ordunun su təchizatı və ordu
üçün zəruri olan suyun daĢınıb gətirilməsi ilə məĢğul olan adamlar «səqqa» adlanırdılar.
Aqra - Hindistanda, Dehlidən cənub-Ģərq tərəfdə yerləĢən Ģəhər.
Sind – Pakistanda tarixi vilayət.