140
qələbə ayətli bayraqları da o tərəfə hərəkət etdi. [Əlqas mirzə] Ģahın mübarək
məiyyətinin və adlı-sanlı əmirlərin gəlib çıxması xəbərini eĢidən kimi sonsuz qorxu
və dəhĢətlə Xınalıq
tərəfə qaçdı. Onun adamları dəstə-dəstə ondan ayrılaraq,
müzəffər orduya qoĢuldular. Əmirlər onu təqib edərək, Samur kənarında ona
çatdılar. O, (yəni Əlqas mirzə) özünü o qədər itirmiĢdi ki, ayaqqabı geyməyə fürsət
tapmayıb, qırx-əlli nəfərlə Dağıstan tərəfə, ġamxalın yanına getdi, oradan da
gəmiyə minib, Kəfəyə
getdi və Kəfədən də Ġstanbula gedərək, Sultan
Süleymanın yanına gəldi.
Dərbənd qalası və Gülüstan qalası bir müddət Əlqas mirzənin adamlarının
əlində idi. Müzəffər qoĢunlar onları mühasirə etdilər və nəhayət, onları qalib
dövlətin baĢçılarının əlinə keçirdilər. Mehtər Dövlətyar və bəzi xainlər
cəzalandırıldılar. Cənnətməkan Ģah ġirvan vilayətini adlı-sanlı Ģahzadə Ġsmayıl
mirzəyə həvalə etdi və Gökcə sultanı Ģahzadənin xidmətində qoyaraq, geri
döndü
.
Əlqas mirzə bir neçə gün Ġstanbulda qaldıqdan sonra yalan sözlər və boĢ
danıĢıqlarla Sultan Süleymanı həvəsləndirdi. [O], 955-ci (1548) ildə böyük bir
qoĢun və dağa bənzər bir ordunu Rum, ġam, Misir məmləkətlərindən və Qaraman,
Rəbiyə
və Ġraqi-Ərəb ölkələrindən toplayaraq, çoxlu top, araba, zərbzən və
saysız-hesabsız yeniçərilərlə Ġstanbuldan çıxıb, Əcəm vilayətinə tərəf hərəkət etdi.
Uca rütbəli Ģah da darüssəltənə Təbrizdən döyüĢ məqsədilə çıxaraq, qoĢun yığmaq
üçün bir ay ġənbi-Qazanda
dayandı. Orada ġirvan qoĢunu ilə Ġsmayıl mirzə və
baĢqa əmirlər və hakimlər ətrafdan və müxtəlif yerlərdən gəlib, hökmdar ordusuna
qoĢuldular. Ali rütbəli Ģah iĢbilən adamlar göndərdi. Onlar Təbrizdən Rum
sərhədinədək düĢmənin yoluna od vuraraq, bütün taxıldan və ot-ələfdən əsər-
əlamət qoymadılar. Təbriz xalqı qanovları elə qapadı ki, içməyə belə su tapılmırdı;
yemək də həmçinin.
[ġah] böyük əmirlərdən Abdulla xan Ustaclunu Bədr xan Ustaclu,
Hüseynxan sultan Rumlu, ġahverdi sultan Ziyadoğlu və baĢqaları ilə birlikdə
qoĢuna mənqəlay təyin edərək, Mərəndə tərəf göndərdi. Müzəffər məiyyət Təngiz
yaylağına tərəf yönəldi, o yaylağın otlaqları dünya hökmdarının dayanacaq yeri
oldu. Rum sultanı bu ölkəyə çatdıqda Ülamə Təkəlünü bir dəstə Rum qoĢunu ilə
Van qalasını mühasirə etməyə göndərdi və Xoydan Əlqas mirzəni bəzi paĢalar və
Xınalıq - Azərbaycanın Quba rayonunda, Quba Ģəhərindən 60 km. cənub-qərbdə, BaĢ Qafqaz və Yan
silsilələri arasında, çökəklikdə yerləĢən kənddir (ASE, c. X, s.89).
Kəfə - Krım yarımadasındakı Feodosiya Ģəhərinin köhnə adı.
Bu hadisələr 1547-ci ildə cərəyan etmiĢdir (О.А.Эфендиев. Азербайджанское государство
Сефевидов в XVI веке, с. 83-86).
Rəbiyə (Diyar-Rəbiyə) - orta əsrlərdə indiki Diyarbəkrin qonĢuluğunda, Dəclə və Fərat çayları
arasında yerləĢən və Diyarbəkr vilayəti ilə birlikdə əl-Cəzirə adlı tarixi ölkənin tərkibinə daxil olan
tarixi vilayəl (ƏbdürrəĢid əl-Bakuvi. Kitab təlxis əl-asar, s.89).
ġənbi-Qazan - Hülakü hökmdarı Qazan xanın (1295-1304) Təbrizin cənub-qərbində saldırdığı
Ģəhərcik (V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s.300).