588
xatirindəki gizli niyyətləri fəhm edib, geri qayıtmalı idilər ki, [Ġsmayılqulu xanla
Əliqulu xan] oranın vəziyyəti haqqında məlumat alandan sonra ona uyğun Ģəkildə
hərəkət etsinlər. Əhməd bəy Əliqulu xan tərəfindən və Məhəmməd bəy Bəydili
ġamlu Ġsmayılqulu xan tərəfindən
Qəzvinə getməyə məmur edildilər ki, gedib
MürĢüdqulu xanla görüĢsünlər, o, onların hər biri ilə ağıl və təcrübə əsasında
söhbət edib, hər ikisini çeĢidli mülayimlik. təvazökarlıq və Ģirindilliklə arxayın
salıb, geri qaytarsın və onlar gördüklərini və eĢitdiklərini gəlib danıĢsınlar.
Xülasə, istər-istəməz Qəzvinə getmək məsələsi xatirlərdə qətiləĢdi. Savədən
köç etdilər. Elə ki XüĢkruda çatdılar, Qəzvin tərəfdən Mir Seyid Hüseyn Müctəhid,
Abbasəli sultan ġamlu və ustaclu ağsaqqallarından olan Əhməd bəy EĢikağası elçi
sifəti ilə gəlib, böyük xanlara MürĢüdqulu xan tərəfindən göndərilmiĢ məktubu
çatdırdılar. GöndəriĢin xülasəsi belə idi: «Ġndiyəcən fələyin zərurətindən qızılbaĢ
tayfaları arasında ikitirəlik baĢ qaldırıbdır, tərəflər arasında müxtəlif çaxnaĢma və
fəsadlar üz veribdir. Bu vəziyyət din düĢmənlərinin cəsarətlənməsinə bais olub,
qızılbaĢa məxsus olan məmləkətlərdən bir çoxusu Rumdan olan düĢmənlərimizin
ixtiyarına keçib və indi də Xorasan tərəfdən özbəklər fürsətdən yararlanaraq, o
mülkü iĢğal etmək üçün qoĢun çəkiblər. Hamıya məlumdur ki, bu ikitirəliyin
mövcud olduğu qədərincə nə Xorasan qoĢununun özbəklərə qarĢı durmağa qüdrəti
və qüvvəti vardır, nə də ki Ġraq qoĢununun rumilərə qarĢı müqavimət göstərməyə
dözümü var. Əgər iki-üç il də bu minvalla davam etsə, onda dinə və dövlətə tamam
nöqsan yol tapacaq. Abdulla xanın Xorasana gəldiyi bir vaxtda layiq bilmədik ki,
bu gün Ġsgəndər Ģanlı nəvvabın böyük və yetkin oğlu və QızılbaĢ dövlətinin ümidi
olan, səadətli alnından günəĢ misallı cahandarlıq nurları parlayıb iĢıldayan bir
padĢahzadəni Xorasanda saxlayaraq, onu özbəklərin mühasirəsinə salaq və bu
vilayət niĢanəli xanədanın bizə verdiyi nemətin haqqını nəzərə alıb, o həzrəti bu
tərəfə gətirdik. Ġttifaqdan, yekdillikdən, dinin və dövlətin qüvvətlənməsindən və
düĢmənlərin dəf olunmasından savayı, baĢqa bir məqsədimiz yoxdur. Böyük
xanların zati-alilərindən və qüdrətli dövlətin ağsaqqallarından təmənnamız odur ki,
tərslik və inadı tərk edib, bir-birimizlə müttəfiq olaq və dövlətə layiq nə olarsa, bir-
birimizin məsləhəti ilə onu qarĢıya məqsəd qoyaq».
[MürĢudqulu xan] öz göndərdiyi adamlara tapĢırmıĢdı ki, əgər əmirlər və
xanlar uzlaĢma və ittifaq məsələsinə razı olsalar, onlara MürĢüdqulu xanla dost
olacaqlarına və ona qarĢı bir hiylə fikirləĢməyəcəklərinə dair and içməyi təklif
etsinlər. TəĢrif gətirən xadimlər əvvəlcə Əliqulu xanın mənzilinə getdilər və
Ġsmayılqulu xan və s. əmirlər və ağsaqqallar da onun mənzilinə toplaĢıb,
xadimlərlə görüĢdülər. Ġsmayılqulu xan digərlərindən daha öncə razılıqla baĢını
tərpədib, MürĢüdqulu xanın [Qəzvinə] gəliĢini alqıĢladı. Aqil və zəkalı bir cavan
olan Əliqulu xan bilirdi ki, özü və MürĢüdqulu xan hər ikisi eyni tayfadan - ustaclu
tayfasındandırlar, hər ikisi padĢah-niĢandırlar və vəkilüssəltənədirlər. Onların bir
S-129, v.303b. Tehran çapında (s.368-369) və S-297 nüsxəsində (v.241a) həm Əliqulu xan, həm də
Ġsmayılqulu xan tərəfindən göndərilən Ģəxslərin hər ikisinin adı Əhməd bəy kimi yazılıb.