553
hərəkətə gəlib, köçhaköçlə darüssəltənə Təbrizin yaxınlığına çatdı və uğurlu bir
saatda xoĢbəxtlik və səadətlə o cənnət misallı Ģəhərə daxil oldu.
Ġsgəndər Ģanlı nəvvab möhtərəm oğlunu qarĢılamaq üçün Ģəhərdən çıxdı və
bir fərsəxə qədər təĢrif gətirdi. Əvvəlcə yüksək zatlı Ģahzadə Əbu-Talib mirzə irəli
gələrək, atdan endi və bəyənilən görünüĢə malik böyük qardaĢı ilə görüĢmək
səadətinə nail oldu. Nəvvabi-Cahanbaninin gözü Ġsgəndər məqamlı padĢahın
səadətli çətirinə düĢdükdə ədəb üzündən atdan enərək, yüksək dərəcəli atasının
budunu və üzəngisini öpdü və hökmdarın məiyyətində Ģəhərə gələrək, Pirə
Məhəmməd xan ÇavuĢlunun mənzillərində özünə mənzil seçdi. Ġsgəndər Ģanlı
nəvvab növbəti gün o həzrətin mənzilinə təĢrif gətirib, əhvalını soruĢdu və könlünü
aldı. Nəvvabi-Cahanbani Ģahanə məclis təĢkil edib, payəndazlardan, ehsanlardan,
müxtəlif növ yeməklərdən, əlvan içkilərdən ibarət ziyafət və qonaqpərvərlik
ləvazimatlarını layiqli bir tərzdə ortaya qoydu və öz var-dövlətini peĢkəĢ kimi
təqdim edərək, ali səviyyəli və Ġsgəndər məqamlı atası ilə «insan və onun əlində
olan Ģeylər onun mövlası üçündür» kəlamının məzmununa uyğun surətdə rəftar
etdi. Amma o həzrət öz ali comərdliyi üzündən o hədiyyələrə iltifat göstərməyərək,
səadətmənd oğlunun xatirinə təsəlli bəxĢ etməkdən ötrü onların az qismi ilə
kifayətlənib, qalanlarını əvvəlki qaydada onun ali sərkarına məxsus və layiq bildi.
Qızılbaş ordusunun rumilərin qalasına yürüşü və onların muradının hasil
olmaması. Ziyafət, Ģənlik, eyĢ və Ģadyanalıq keçirib rahat olandan sonra qalanı
tutmaq iĢinə giriĢdilər. Həsən padĢah türbəsi tərəfində böyük bir top quraĢdırıldı və
topçular top atmağa baĢladılar. Sahibabad meydanı tərəfdən mövqeləri irəli
apararaq, gecə və gündüz var qüvvələri ilə qalanı ələ keçirmək istiqamətində səy
göstərdilər.
Amma dünya sakinlərinin Ģahzadəsinin təkəlü və türkman tayfaları üzərində
zəfər qazanması, Azərbaycan tərəfə qayıtması və Təbriz qalasını ələ keçirmək
yolunda çalıĢması xəbərləri Rum qoĢununun sərdarı olan Fərhad paĢaya çatdıqda o,
qalanın zəbt ediləcəyindən narahat olaraq, Cəfər paĢaya kömək və yardım etmək
üçün tamam sürət və tələskənliklə hərəkət üzünü Təbrizə doğru tutdu. Müzəffər
[qızılbaĢ] qoĢunu qalanı tutmağa çalıĢdığı vaxt Rum qoĢununun hərəkəti və onların
Təbriz hüduduna çatmasının yaxın olduğu barədə xəbər gəlib çıxdı. Qələbə
niĢanəli əsgərlər fikrə getdilər və təlaĢa düĢdülər. QoĢunun zərər görməsinə səbəb
olacağından və hücum hazırlıqlarının hələ baĢa çatdırılmadığından qala üzərinə
hücuma keçmək məsləhət deyildi. Lakin rəy və tədbir sahibləri vaxtın azlığını
nəzərə alıb, hücuma razı olaraq, qərar verdilər ki, ətrafdan və yan-yörədən ümumi
hücuma keçərək, qala üzərinə yürüĢ etsinlər və əgər murad aynası üzərində fəth və
zəfərin surəti cilvələnərsə, lap yaxĢı, yox. əgər baĢ tutmasa, onda onlar heç olmasa,
zəka sahibləri və döyüĢ meydanının igidləri tərəfindən təqsir və diqqətsizlikdə
ittiham edilməzlər. Həm seçkin insanların, həm də sadə adamların razılığına zidd
olan bu xam iradəni həyata keçirməyə hazır oldular. Nəvvabi-Cahanbani istər-
istəməz müəyyənləĢdirilmiĢ günün sübhündə Həsən padĢahın Ģərəfli məscidinə