541
[qiyamçılardan] uzaqlaĢdılar. Ġstədilər ki, bayat el-obası üzərinə də [qoĢun]
göndərsinlər. Lakin bu vaxt Nəvvabi-Cahanbaninin Qızılüzən çayından keçib
Mahan çəmənliyinə gəlməsi xəbəri onlara çatdı. Onlar digər bir iĢə fürsət
tapmayıb, müharibə əzmi ilə Ģəhərdən çıxdılar.
Buna qədər isə Nəvvabi-Cahanbani Rudbar hadisəsini eĢidib, adam
göndərərək Ġsmayılqulu xanı Deyləmandan öz yanına çağırdı ki, Paradbaba-
Mənsuri yolundan Taroma gəlib ali məiyyətə birləĢsin. O, göstəriĢə uyğun olaraq,
ali məiyyətə birləĢdi. Nəvvabi-Cahanbani Ġsmayılqulu xanın, onun qardaĢlarının və
Ģamlu ağalarının alaçıqlarını, büyutat ləvazimatlarını və ehtiyaclarını ali sərkardan
ödədi və piyada qalmıĢ Ģamlu qazilərini atla təmin etmək üçün hökm olundu ki,
bütün əmirlərin, əyanların və hər kəsin ki öz mindiyi atdan savayı atı vardır, onlara
versin. Beləliklə, piyada qalanlar atla təmin olundu və onlar üçün əsləhə və yaraq
təĢkil edildi. Əliqulu xan Fəthoğlu və s. əmirlər də [Ģamlulara münasibətdə] iltifat
nümayiĢ etdirdilər.
Müxtəsər, onun gəliĢindən sonra ali məiyyət çayı keçib, Mahan
çəmənliyində dayandı. Onlar orada olarkən Xalxalda və Taromda olan ustaclu
tayfasını da öz yanlarına cəmləĢdirərək, oradan köç edib, Sultaniyyə çəmənində
dayandılar. Rey və Rudbarda yaĢayan Məhəmməd Hüseyn sultan baĢda olmaqla
əymür camaatı
bu məkanda tərtibə salınmıĢ qoĢunla ali məiyyətə qoĢuldular.
Türkman və təkəlülərin soyğunçuluğu və qarətkarlığı [Qəzvin ətrafındakı] ellərə və
oymaqlara çatıb, onları vahiməyə salmıĢdı və imkanı olan hər kəs öz eli və ulusu
ilə birgə Sultaniyyə çəməninə gəlib, ali orduya qoĢulmuĢdu.
Ali nəvvab [Həmzə mirzənin] qorçusu olan və qalibiyyətli orduda əmir
rütbəsi daĢıyan Dövlətyar Siyahmənsur qoĢun gətirmək üçün göndərilmiĢdi. Həmin
vaxt o, siyahmənsur [tayfasının] kürdlərindən bir dəstəni özü ilə gətirib gələrək,
Sultaniyyəyə çatdı. Onların maldar adamlar olmasına və aralarında yaraqlı
Ģəxslərin az olmasına baxmayaraq, onların gəliĢi qoĢunun çox görünməyinə səbəb
oldu. Beləliklə, Sultaniyyədə bir qədər qoĢun yığıĢdı. Qalibiyyətli məiyyətdəki
qoĢunun sayı artaraq, yeddi min süvariyədək çatdı. Onların beĢ min nəfəri iĢə
yarayan [əsgərlər] idilər.
Digər tərəfdən türkman və təkəlü [əmirləri] öz tabeçiləri ilə Təhmasib
mirzənin məiyyətində Bahluvar
çəməninə çatdılar. Onların əsgərlərinin sayı on
mindən çox idi. Özü də ki, bunların hamısı bacarıqlıvə yaraq-əsləhəli adamlar
idilər. Onların əksəriyyətinin iki atı vardı, birini minirdilər, o birisini isə ehtiyatda
saxlayırdılar. Müxtəsər, onların gəliĢi xəbəri zati-alilərinin qulağına çatdıqda
qoĢunların bir-birinə yaxınlaĢması baĢ verdi. Nəvvabi-Cahanbani Sultaniyyədən
köç edib, Sayinqalanın iki fərsəxliyində dayandı. Həmin gün [qiyamçıların]
qaravulları onların gəliĢi barədə xəbər çatdırdılar. Nəvvabi-Cahanbani, Pirqeyb xan
Əymür camaatı - zülqədər tayfasının bir obası idi (F.Sümer. Safevi devletinin kuruluĢu,
s.95,178,180).
S-129, v.275a-da Baqluvar yazılmıĢdır.