576
əvvəlkindən daha artıq səy göstərməyə baĢladılar. Təcili surətdə Ġsfahana getmək
lazım olduğundan onlar hücuma tam hazırlaĢmadan [KaĢan qalası üzərinə] bir neçə
yürüĢ etdilər. Gecə yarısınadək hər iki tərəfdən döyüĢ və vuruĢ baĢ verdi, iĢə
yarayan cavanlardan bir dəstəsi zay oldu, lakin iĢi irəli aparmaq mümkün olmadı.
Həmin döyüĢdən sonra Ġsmayılqulu xan belə məsləhət bildi ki, Ġsfahan məsələsi
daha ümdə, daha mühüm və daha önəmli olduğundan Vəlican xanla sülh görüntüsü
yaradaraq, onun iĢini bitirməyi baĢqa bir vaxta saxlasınlar. O, özü bu iĢə təĢəbbüs
göstərib, içəriyə adam göndərdi və onun məsələsinin yoluna qoyulması üçün özü
zamin durdu. Vəlican xan mühasirə sıxıntısından təngə gəlmiĢdi. O, bu təklifi
qənimət bildi, Ġsmayılqulu xanla razılaĢdı, öz məsələsinin yoluna qoyulmasını
onun Ģəfqətinin öhdəsinə buraxdı və özünün bir necə adamını cüzi peĢkəĢlərlə
bayıra göndərib, üzrxahlıq mövqeyini tutdu. Onun göndərdiyi Ģəxslər Ġsmayılqulu
xanın vasitəsi ilə Əliqulu xanın hüzuruna çıxmağa nail olub, Ġsgəndər Ģanlı
nəvvaba və Əbu-Talib mirzəyə səcdə etmək və onların ayaqlarını öpmək Ģərəfini
qazandılar və ədəbsizliklərin üzrünü istəyərək, Vəlican xanın adından bildirdilər ki,
ona bir-iki ay möhlət verilsin və o, bu müddətdə KaĢanda öz ləvazimatlarını
hazırlayıb, ali divandan ona hansı ölkə verilərsə, oraya yollansın. Çoxlu qeylü-
qaldan sonra qərar verildi ki, ordu köç edən kimi, o, darvazaları açsın, KaĢanda
qalmaq üçün Ģamlu, bayat və s. camaatdan üç yüz nəfər qoysun və onlar onun
gediĢindən sonra Ģəhəri mühafizə etmiĢ olsunlar.
Hər iki tərəf buna razı oldu, belə bir sülh bağlandı və ordu köç edib,
Ġsfahana yollanaraq, Mirzə Ərəb Münəccim Herəvinin təyin etdiyi saatda [Ġsfahan]
Ģəhərinə daxil oldu. Hökmdarın dövlətxanası kimi Hüseyniyyə seçildi. Əliqulu xan
dövlətxana yaxınlığında məskən tutdu. Ġsmayılqulu xan Kəlbar məhəlləsinə getdi.
Əmirlərdən və dövlət ərkanından hər biri münasib bir mənzildə yerləĢdilər.
Qulamlar müxalifliyi və qalanı müdafiə etməyi israrla davam etdirdilər. Bu
tərəfdən isə [hökmdar ordusu] top tökməyə və qalanı tutmaq üçün ləvazimatları
hazırlamağa baĢladı. Bir neçə gündən sonra Əliqulu xan məsləhət bildi ki, Fərhad
ağa və qaladakı qulamlarla mülayimcəsinə davransınlar və bəlkə, bu hiylə ilə
qalanı onların əlindən ala bilsinlər. O, Fərhad ağanı öz mənzilinə gətirib, onun
boynundan zənciri açdı, onunla qonaq kimi rəftar etdi, gözəl vədlərlə onun könlünə
arxayınlıq bəxĢ etdi və onun iĢinə zamin durdu. Fərhad ağa qalaya, Xosrov bəyin
yanına adam göndərib, öz etimadlı adamlarından bir-iki nəfəri çağırtdırdı və onlara
tabe olmağı, itaət etməyi və qalanın qapısını açmağı əmr etdi. Əvvəlcə Xosrov bəy
və qulamlar buna etimad etməyib, Fərhad ağaya kobud və qaba cavablar
göndərdilər. Amma get-gedə onlar sülhə rəğbətləndilər və çoxlu qeylü-qaldan
sonra qətlə yetirilməyəcəklərindən və cəza almayacaqlarından xatircəm oldular.
Xosrov bəy qaladan çıxdı və Əliqulu xanla və əmirlərlə görüĢüb, qalanın qapılarını
açdı. Beləliklə, bir az mülayimlik və gözəl tədbir sayəsində qalanın iĢi asanlıqla
həll olundu.