597
Azərbaycanda, ġirvanda və Gürcüstanda baĢ verənlərlə uyğunluq təĢkil edir. Belə
ki, həmin vaxt əyyamın dəyiĢkənlikləri nəticəsində o məmləkətlərdə intiĢar tapmıĢ
batil məzhəblər və dinlər ildırımabənzər iti qılıncın parıltısı ilə xələlə uğradı,
qiyamət əlamətli qoĢunun keçidindən fələyin zərurəti və ulduz yaxınlaĢmasının
təsiri ilə bəzi islam mahallarına xarabalıq yol tapdı, müsəlmanlardan və qeyri-
müsəlmanlardan ibarət çoxsaylı camaat vətənlərindən ayrı düĢüb, digər Ģəhərlərə
və ölkələrə pərakəndə oldular, Gürcüstanda böyük bir soyğunçuluq baĢ qaldırıb, bir
dəqiqə də olsun səngimək bilmədi və o diyarın neçə min nəfər qadınları və qızları
müsəlmanlıq hövzəsinə daxil oldular.
O həzrət öz südəmərlik vaxtından bu günədək elə iri xətərlər və böyük
təhlükələr adlanmıĢdır ki, bunlar heç bir sahibqiranın baĢına gəlməyibdir:
Birincisi, tifil çağında ana və atadan ayrı düĢmək çətinliklərin və kədərlərin
ən böyüyüdür və ömrünün baĢlanğıcında bu xətər o həzrətin baĢına gəlmiĢdir.
Ġkincisi odur ki, Ġsmayıl mirzə zamanında Ģahzadələrin qətlləri baĢ verirdi
və o, bu xoĢagəlməz hərəkəti öz mətləbinin son hədəfinə çevirmiĢdi. Həmin vaxt o
həzrətin lələsi ġahqulu sultan Yeganın Heratda qətlə yetirilməsinə baxmayaraq,
ilahinin himayəsi [ġah Abbasın] Ģərəfli zatını mühafizə etdi və saxladı, mənsəb
arzusunda olan dünyapərəstlərin çöhrəsi önünə hicab pərdəsi çəkdi və o tale
yetiĢdirməsinin müqəddəs zatı tüğyançıların kin-küdurətindən qorunmuĢ oldu.
Üçüncüsü onun üzləĢdiyi xətərlərin ən böyüyüdür. Bu, ondan ibarət idi ki,
camaat arasında yayılmıĢ söhbətə əsasən, doğrusunu Allah bilir, Ġsmayıl mirzə
tərəfindən Əliqulu xan ġamlu bu yaramaz iĢə (Abbası öldürməyə) məmur
edilmiĢdi. O, mübarək ramazan ayında Herata çatdı və asimandan gələn ilhamla
«bax gör bu hamilə gecədən nə doğacaqdır» kəlamının məzmununa əməl edib,
[Ġsmayıl mirzə qarĢısındakı] son dərəcə qorxu-hürküsünə baxmayaraq, ramazan
ayının sonunadək səbir etdi. O, bu xoĢagəlməz iĢin həyata keçirilməsinə hazırlaĢan
gecə ay parlaqlığına malik bir qasid gəlib çataraq, Ġsmayıl mirzənin ölüm xəbərini
və [Abbasın] nicat tapması müjdəsini gətirdi. Həqiqətən də, bu əcaib əhvalatın baĢ
verməsi onun sahibqiranlıq vəziyyətinin qəribəliklərindəndir.
Dördüncüsü odur ki, [ilahi] təqdirə əsasən, Xorasan və Ġraq əmirləri
arasında müxaliflik üz verdi. Öz yerində qeyd olunduğu kimi, Ġsgəndər Ģanlı
nəvvabla ali məkanlı Ģahzadə Sultan Həmzə mirzə Xorasana qoĢun çəkdilər.
Quryandakı Tirpül yaxınlığında tərəflər arasında böyük bir vuruĢma baĢ verdi və
Xorasan qoĢunu məğlubiyyətə uğradı. Əlahəzrət (ġah Abbas) tərəfdarlarının və
köməkçilərinin darmadağın olunması əsnasında fədakar mülazimlərindən bir neçə
nəfərlə birlikdə o dəhĢətli döyüĢdən salamatlıqla çıxdı və o hadisədə sağ qaldı.
BeĢincisi odur ki, əlahəzrət (ġah Abbas) Heratda yaĢayırdı. Qəzavü-qədər
lövhəsində qeyd olunmuĢdu ki, o Ģəhər özbəklərin əlinə keçsin, mühasirədəkilər
qətlə yetirilsinlər və əsir olsunlar. Lakin bu hadisə baĢ verməzdən öncə iĢ elə
gətirdi ki, o vaxtadək bir-birləri ilə əlbir olan Əliqulu xan Lələ ilə MürĢüdqulu xan
arasında ziddiyyət və inadkarlıq baĢ qaldırdı, məsələ döyüĢlə nəticələndi və ilahi