613
[Bağdadın] qalasına yiyələndi və Ġraqi-Ərəbi öz nəzarəti və ixtiyarı altına salıb,
Nəcəf bölgəsində Həzrəti-ĢahənĢahın (Ġmam Əlinin) müqəddəs rövzəsini, «Ali-
əba»nın beĢincisi olan Ģəhidlər ağası [Ġmam Hüseynin] məzarını və Kazimeyn,
Əskəreyn məqbərələrini - onların hamısına salam olsun - ziyarət etmək Ģərəfinə
nail oldu.
Bu zaman dövlətə qarĢı itaətsizlik göstərən gürcülərdən Murav adlı birisi
qarĢıqlıq saldı. O, illərlə əĢrəfin xidmətində əziz və möhtərəm vəziyyətdə olmuĢdu.
1033-cü ilə (25.10.1623 - 13.10.1624) müvafiq gələn siçqan ilində sipəhsalar
Qarçığay xan Gürcüstanın zəruri məsələlərini nizama salmaq üçün ġirvan və
Qarabağ əmirləri ilə birlikdə oraya göndərildikdə sözügedən bədbəxt (Murav) da o
vilayətin iĢlərindən məlumatlı olduğuna və etimadlı Ģəxs sayıldığına görə onlara
yoldaĢ edildi. Lakin o bədbəxt nankorluq edib, bir dəstə gürcü fəsadçısı ilə əlbir
oldu, Qarçığay xana və əmirlərə qarĢı xəyanət etdi, fürsət tapan kimi, qəflətən,
sözügedən sipəhsaları və ġirvan bəylərbəyisi Yusif xanı qətlə yetirdi və üsyan
qaldırdı. O sərhəddə onun və üsyançı güruhun tərəfindən çoxlu azğınlıqlar
törədildi. O, rumilərdən dəstək axtarıb, Rum padĢahına tabeçiliyini bildirdi.
ġahənĢahın iti qılıncının qorxusundan fərar edən və Ruma tabe olan gürcülər
arasında avara və səfil tərzdə yaĢayan Təhmuraz Gürcü, Mesx və Axısqa
Gürcüstanının valiləri soyundan olan Atabəy
hər ikisi sözügedən Muravın
himayəçiliyi və rəğbətləndirməsi ilə gəlib ona qoĢuldular. Bu səbəbdən sərhədlərdə
fitnə və çaxnaĢma baĢ qaldırdı.
Rumilər əlahəzrət [ġah Abbasla] sülh bağlamıĢ padĢahları Sultan Osmanı
tutub qətlə yetirdilər və onun Murad adlı kiçik qardaĢını padĢah etdilər
. Onlar
Ġraqi-Ərəbi zəbt etmək fikrinə düĢdülər. Vəziri-əzəm Hafiz Əhməd paĢa sərdar
təyin olundu və o, çoxsaylı bir ordu ilə bu tərəfə göndərilərək, Diyarbəkrə gəlib
çıxdı. Əlahəzrət Ģah əvvəlcə qüdrətli qoĢunların bir dəstəsini, qulamlardan,
qorçulardan, tüfəngçilərdən və baĢqalarından ibarət dərgah mülazimlərini və
Azərbaycan əmirlərini Ġsa xan QorçubaĢının sərkərdəliyi altında Muravın fitnəsini
dəf etməyə məmur edib göndərdi. Qalibiyyətli əsgərlər Gürcüstana çatdıqda nankor
MənĢəcə qıpçaq türklərindən olan, lakin xristian dininin pravoslav cərəyanını qəbul etmiĢ Mesxi
Atabəyləri sülaləsi 1267-ci ildən etibarən yarımmüstəqil surətdə Çorox çayının yuxarı və orta axarlarını
və Kür çayı boyunun Göle, Ərdəhan, Axısqa, Axalkalaki və Azqur bölgələrini əhatə edən Samtsxe-
Saatabaqo ölkəsində (gürcücə «Saatabaqo» sözünün mənası «Atabəy yurdu» deməkdir) hökmranlıq
etmiĢdir. Həmin qıpçaq sülaləsinin hökmdarları «atabəy» tituluna malik idilər (F.Kırzıoğlu.
Osmanlıların Kafkas-ellerini fethi, s.85-86).
22 noyabr 1617-ci ildə Osmanlı sultanı I Əhməd (1603-1617) vəfat etdi. Hakimiyyətə onun kiçik
qardaĢı I Mustafa gətirildi. Lakin 26 fevral 1618-ci ildə Osmanlı dövlətinin yüksək vəzifəli Ģəxsləri onu
taxtdan endirərək, Sultan Əhmədin «Gənc Osman» ləqəbli oğlu II Osmanı sultan elan etdilər. II Osman
zamanında, 26 sentyabr 1618-ci ildə Səfəvilərlə Osmanlılar arasında Sərab sülh müqaviləsi imzalandı.
19-20 may 1622-ci ildə baĢ tutmuĢ dövlət çevriliĢi nəticəsində II Osmanın hakimiyyəti devrildi və o,
qətlə yetirildi. I Mustafa yenidən taxt-taca sahib olsa da, 10 sentyabr 1623-cü ildə daha bir çevriliĢ
edilmiĢ və Sultan Əhmədin oğlu, U Osmanın kiçik qardaĢı IV Murad (1623-1640) hakimiyyət baĢına
gətirilmiĢdi (.I.V.Hammer. Osmanlı tarihi, c. II, s.292-334).