607
kənarında təbrizlilərin məskunlaĢması üçün Abbasabad Ģəhəri saldırmıĢdır. Ora
olduqca səfalı, əyləncəli və Ģən bir yerdir və orada elə arxlar Ģəbəkəsi var ki, cənnət
bağları onlara həsəd aparırlar və bu arxlar cahan Ģöhrəti qazanmıĢlar. Daha sonra,
Baği-Kumə («koma bağı») saldırıb ki, sanki onun suyu və gülü eyĢ-iĢrətlə
yetiĢdirilib və Ģadlıq toxumunu orada əkiblər. Bundan baĢqa, Baği-VəhĢ
(heyvanxana, heyvanat bağçası) düzəltdirib, Govxanı ribatını
tikdirib və
Ġsfahanın Vərzənə və RudəĢtin [məntəqələri] ilə Yəzdin NəduĢən [məntəqəsi]
arasında həmiĢə yolkəsənlərin qorxusundan gedib-gələnlərin xof və xətər yeri olan
XərquĢi xiyabanında digər bir ribat tikdirib.
Darüssəltənə Qəzvində: dövlətxana və xəlvətxana dərgahları, Ali
Novkarvansaray («yeni karvansaray») adlanan ikimərtəbəli zərnigar bina,
Səadətabad meydanının Ģərqində və qərbində Cahannüma imarətləri.
Kaşanda: bir neçə imarətdən ibarət dövlətxanının behiĢt asudəliyinə malik
mənzillərinin və talvarının tikilməsi, bununla yanaĢı, könül açan bağların,
hamamların, karvansarayın, Qəhrud bəndinin, Ribati-Səngin («daĢlı ribat»), Ribati-
Siyahkuh (Siyahkuh ribatı) salınması. Bundan əlavə, Nəməksar və Siyahkuh
yolunun düzəldilməsi üçün təxminən on min tümənə yaxın [vəsait] sərf edilmiĢ,
neçə fərsəx yol daĢ və əhənglə möhkəmləndirlmiĢ və [həmin yolla] gedib-
gələnlərin xeyir-duasına səbəb olmuĢdur.
Cənnət niĢanəli Mazandaranda, dərya kənarında behiĢt təbiətli Fərəhabad
[Ģəhərini] saldırmıĢdır
. Təcinərud çayı onun içindən keçir və o cənnət niĢanəli
Ģəhərdən Sari Ģəhərinədək uzanan dörd fərsəxlik yolda ali körpü və xiyabanlar
tərtib etdirmiĢ və daĢla döĢətdirmiĢdir. Onun oradakı hər bağda tikdirdiyi ali
imarətlərin sayı-hesabı yoxdur. Həmin cənnət niĢanəli Ģəhərdə fərəh bəxĢ edən
behiĢt misallı dövlətxana, bazargah, hamamlar inĢa etdirmiĢ və bağlar saldırmıĢdır.
O Ģərəfli Ģəhərin zövq-səfasının çoxluğu səbəbindən camaat, ortabab adamlar və
sənət sahibləri o gözəl Ģəhərdə məskunlaĢmağa rəğbət göstərmiĢlər və ətrafdan və
qıraq-bucaqdan neçə min müsəlman və qeyri-müsəlman oraya gələrək, əyyamın
hadisələri qarĢısında hökmdarın ədalətinin kölgəsi altında daldalanacaq
axtarmıĢlar. Bu gün o əzəmətdə, o Ģövkətdə və o izdihamda bir Ģəhər məlum
deyildir ki, islam ərazilərində olmuĢ olsun. Həmçinin Saridə və Amolda rəğbət
doğuran imarətlər və bağlar, BarfüruĢ kəndində dəryaça və ali imarətlər, ƏĢrəf
[qəsəbəsində] gözəllik və zinətlə süslənmiĢ evlər, bağlar, çeĢmələr tərtib
etdirmiĢdir. Oradakı bağın eyvanında bir hovuz tikdirib ki, onun suyu hündür
məkanlardan qəribə üsullarla gətirilərək, gümüĢ hovuza tökülür. Bundan baĢqa, adı
çəkilmiĢ [ƏĢrəf] qəsəbəsinin yarım fərsəxliyindəki Bağat adlı uca bir məkanda
bağlar, hamamlar və imarətlər düzəldilib. Orada zallar, eyvanlar, dəryaçalar,
Ribat - yolçuların gecələyib qalması üçün nəzərdə tutulan bina.
Fərəhabad Ģəhərinin yerində əvvəllər Tahunə qəsəbəsi yerləĢirdi (bax: Aləmara-ye Səfəvi, s.323;
N.S.Musalı. «Tarix-i aləmara-yi ġah Ġsmayıl» əsərinin yazılma tarixinə dair // AMEA Z.M.Bünyadov
adına ġərqĢünaslıq Ġnstitutunun «Elmi araĢdırmalar»ı, Bakı, 2005, VII buraxılıĢ, № s 3-4, s.224).