568
yaraq»larını
tutub, onların var-dövlətlərini ələ keçirdi. Onun halının axırı bu
dəftərin sonrakı hissələrində hadisələri qeydə alan qələmlə əks etdiriləcəkdir.
Amma əfĢar əmirlərinin əhvalatı belə oldu ki, Qulu bəy QorçubaĢının oğlu
Yusif xan atasının fərarından sonra Əbərquhdan Yəzdə gəlmiĢ, oranın daruğası
Məhəmməd xəlifə ƏfĢarla ittifaqda Yəzd qalasını ələ keçirmiĢ və padĢah
əmirlərinin mal-dövlətlərinə əl uzatmıĢdı. Türkman və təkəlülərin üzərində qələbə
qazanılmasından sonra Nəvvabi-Cahanbaninin əmrinə əsasən, o, Mirmiranın
köməyi ilə dustaq və məhbus edilmiĢdi. Kirman hakimi Vəli xan öz oğlu BəktaĢ
xanla ittifaqda Azərbaycandakı hərbi toplanıĢ («yasaq») məqsədi ilə darülaman
Kirmandan darülibadə Yəzdə gəlmiĢdi. Sözügedən BəktaĢın baĢında igidlik və
tüğyan havası vardı. O, özünə «xan» adı qoyaraq, batil iradələr və pozğun
xəyallarla üsyan və ədəbsizlik cibindən baĢ qaldırıb, Yusif xanı dustaqlıq və
həbsdən xilas etdi, daruğanı və ali divandan təyin olunmuĢ «gərək-yarağ»ı
tutduraraq, müxaliflik Ģüarını izhar etdi. Həmin günlərdə Nəvvabi-Cahanbaninin
faciəvi hadisəsinin xəbəri onlara çatdı. Vəli xan geri qayıdıb, Kirmana getdi.
BəktaĢ xan isə Mirmiranla qohumluq əlaqəsi yaradıb, əvəlkindən daha artıq
dərəcədə istiqlal və istibdad mövqeyini tutaraq, özünü o vilayətin fərmanı nüfuzlu
olan hakimi hesab etdi. Onun razılığı ilə Yusif xan əvvəlki təki Əbərquha gedib,
orada öz hökumət bayraqlarını dalğalandırdı. Bu cür əməllər törətdiyinə görə
BəktaĢ xan da qüdrətli dövlətin əmirlərindən və ərkanından xoflu olub, o da
Mirmiranın məsləhəti ilə Xorasana, Allahın kölgəsi olan əlahəzrət Ģahın və
MürĢüdqulu xanın hüzuruna adam göndərib, itaət və tabeçilik izhar edərək, özünü
Abbas tərəfdarları zümrəsindən saydı. Ġsfahan hüdudunda yaĢayan ərəĢlü və əfĢar
əmirləri də BəktaĢ xanla ittifaq edib, Əbu-Talib mirzə tərəfdarlarına qarĢı müxalif
mövqedə durdular. Kuhi-Giluyə əfĢarları da bir neçə dəstəyə bölünmüĢ və hər
dəstə özünə bir əmir seçmiĢdi.
Fars [vilayətinin] zülqədərləri hələ [günahları] bağıĢlanmıĢ Ģahzadə həyatda
olarkən öz hakimləri olan Əli xan ġadıbəyliyə
qarĢı münaqiĢəyə baĢlamıĢdılar.
O camaatın arasında olan mötəbər ağalar Əli xanın hökumətindən təngə gəlib,
layiqli itaət göstərmirdilər. Hakimlə onların arasında kin-küdurət və düĢmənçilik
baĢ qaldırdı. Əli xan [günahları] bağıĢlanmıĢ Ģahzadənin hüzuruna getmək məqsədi
ilə ġirazdan çıxdı ki, gedib Ģahzadəyə Ģikayət edərək, öz mövqelərini
möhkəmlətsin və zülqədər tayfasının fəsadçılarını cəzaya məruz qoysun. Lakin o,
«Gərək-yaraq» - türkcə «gərək» və «yaraq» sözlərinin birləĢməsindən əmələ gəlmiĢdir. Bu ifadənin
kimisə himayə edən, dəstək verən, müdafiə edən, köməklik göstərən Ģəxs mənalarında iĢlədildiyi
bildirilir (M.Müin. Fərhəng-e farsi, c.III, s.3263). Gərək-yaraq həm də vergi növü idi. Bu vergi
Elxanilər dövründən baĢlayaraq hökmdarların, Ģahzadələrin, əmirlərin xeyrinə silah və ləvazimat
təchizatı üçün yığılırdı (М.Х. Гейдаров. Социально-экономические отношения, с.129). Ġsgəndər bəy
MünĢi bu ifadədən köməkçi, dəstəkçi, tərəfdar, hakimiyyətin mənafeyini təmsil edən Ģəxslər
mənalarında, bəlkə də, əmirlər üçün gərək-yaraq vergisini toplamağa məsul olan məmurlar anlamında
istifadə etmiĢdir.
Tehran çapında (s.354) ġadıbəyli əvəzinə Sadıtəkəlü yazılıb.