536
təkəlü tayfasına hörmətini bildirərdi. Həmin iki tayfadan (türkman və təkəlülərdən)
yanlıĢ əməllər baĢ verən vaxt Ġsgəndər Ģanlı nəvvab həmin tayfalarla yaxĢı
münasibətlərinə və qızılbaĢların iki mötəbər oymağı olan o güruhun Nəvvabi-
Cahanbanidən məyus qalmalarını istəmədiyinə görə bəzən tərəfkeĢlik kimi
anlaĢılan sülhpərvər sözlər söyləmiĢdi. Həmçinin Nəvvabi-Cahanbani bir-iki il idi
ki, yetkinlik və kamal yaraĢığı ilə bəzənmiĢ, dövlət və hökmdarlıq iĢlərini öz
öhdəsinə götürmüĢ, bütün məsələləri öz rəyi ilə sərəncam etməyə baĢlamıĢ və
cavanlıq dövrünün zərurəti olan və yüksək dərəcəli atasının xatirinə xoĢ gəlməyən
iĢlərə baĢ qoĢmuĢdu. Hamının təsəvvürü o idi ki, Ġsgəndər Ģanlı nəvvab bütün bu
səbəblər üzündən öz möhtərəm oğlundan incik düĢmüĢdür. Buna görə də ondan
ĢübhələnmiĢdilər.
Amma həqiqət ondan ibarətdir ki, bütün bu kimi məsələlərə baxmayaraq,
Ġsgəndər Ģanlı nəvvabın Nəvvabi-Cahanbaniyə o qədər ata-oğul məhəbbəti vardı ki,
onun Ģərəfli könlünün razılığını heç bir böyük iĢlə bərabər tutmurdu, onun nurlu
könlünün iradəsini bütün dövlət məsələlərində üstün sayırdı və ola bilməzdi ki,
bütün bu qədər ata-oğul münasibəti, vəliəhdlik rütbəsi verilməsi və möhtərəm
oğluna nisbətdə mehribanlıqla davranması ilə yanaĢı, ona qarĢı xəyanət və nifaq
məqamında durmuĢ olsun.
Hər halda, Nəvvabi-Cahanbani və böyük əmirlər bu hadisə barəsində fikir
və əndiĢə içərisinə düĢüb, o güruhun böyük bir qarıĢıqlığa səbəb ola biləcək Ģər
iĢlərini və fəsadını dəf etməyi Təbriz qalasının ələ keçirilməsindən daha
əhəmiyyətli və önəmli saydılar. O həzrətin doğru rəyi belə qərara gəldi ki,
yubanmadan və təxirə salmadan, təcili surətdə həmin aqibətsiz camaatın ardınca
yollansın və nə qədər ki, onlar öz mövqelərini möhkəmlətməyiblər, onların Ģər
əməlini dəf etsin. Lakin o, həm də nəzərə aldı ki, o güruhun iĢini yol əsnasında
bitirmək üçün əgər adlı-sanlı atası və zəfər Ģüarlı əsgərlərin hamısı ilə birlikdə
onları təqib etsə, gərək onda Təbriz məmləkətindən, bəlkə də, tamam
Azərbaycandan əllərini üzsünlər. Çünki calal bayraqlarının Ġraqa getməsindən
sonra Azərbaycan əmirlərindən biri də o diyarda qala bilməyəcəkdir və əgər bir
dəstəni Azərbaycan əmirləri ilə birgə qala mühasirəsində saxlayıb özü gedərsə, bu
halda da hökmdar qoĢununda o qədər əsgər yox idi ki, həmin [qiyamçı] camaatın
iĢini bitirməyə kifayət etsin. Zərurət üzündən ən doğru görünən rəy bu oldu ki,
möhtərəm qardaĢı Əbu-Talib mirzəni adlı-sanlı atasının hüzurunda Təbrizdə
qoyaraq, Məhəmməd xan Toxmağı, Qarabağ bəylərbəyisi Ġmamqulu xanı və s.
Azərbaycan əmirlərini böyük qorçulardan bir dəstə ilə birlikdə onların
mülazimliyinə təyin edib, onları qalanı mühasirə etmək üçün saxlasın və özü isə
Ģəxsi mülazimləri, Əliqulu xan və Ġraqda ölkəyə malik olan əmirlərlə birlikdə
Ərdəbil və Xalxal yolundan gedib, Ġraq düzənliyinə çıxsın, oradakı tərəfdarlarını
cəmləĢdirib, fitnəkarların dəf edilməsi ilə məĢğul olsun.
O, bu fikirlə səfərə hazırlıq görüb, Ġsgəndər Ģanlı nəvvabdan icazə alandan
sonra həmin gün Ġsmayılqulu xan ġamlunu səltənət və hökmranlıq bürcünün dürrü