506
məzəmmət etsə də, Təbriz əhalisinin çoxlu Ģücaət və döyüĢkənlik göstərdiyini
müĢahidə etdiyindən və onlardan tamamilə çəkinib ehtiyatlandığından ağlın gücü
və həmin mülkü əldə saxlamağın zərurəti əsasında hərəkət etdi, Təbriz əhalisini
arxayınlaĢdırdı və onlara buyurdu:
- Öz halınızda qalın! Xatirlərinizə pəriĢanlıq salmayın! Bundan sonra siz
xondgarın qoĢununun rəiyyətisiniz.
Onlar (Kamran bəy və Mövlana Məhəmməd Əli) Ģəhərə qayıdaraq, görüb-
eĢitdiklərini Təbriz əhlinə bildirdilər. Amma aqillər və dərrakə sahibləri rumilərin
ürəklərində Təbriz əhlinə qarĢı kin saxladıqlarını və məzhəb fərqliliyi cəhətdən
onlarla yola getməyəcəklərini bilərək, öz vəziyyətlərinin qayğısına qalıb, mallarını
və əĢyalarını malik olduqları zirzəmilərdə, evlərdə
və quyularda gizlətdilər və
özləri bir-bir, iki-iki öz əhlü-əyallarının əllərini tutub, piyada və süvari Ģəkildə
gecələr Ģəhəri tərk edərək, fərar vadisinə üz qoyurdular. Əgər onların yanında nağd
pul vardısa, belə bir günün intizarında olan hər təbəqənin əclafları, alçaqları və
iğtiĢaĢçıları yolların üstündə onları tutaraq, çılpaq və üryan edib buraxırdılar.
Osman paĢa rahatlıqla Ģəhərə daxil olub, Təbriz dövlətxanasını qala üçün
münasib yer hesab etdi
. Daha sonra o, ġurabdan köç edib, Təbrizin qiblə
tərəfində olan Çərəndaba gedərək, orada düĢərgə saldı və qalanın layihəsini çəkib,
əsgərlərə payladı ki, onlar [qala tikmək üçün] iĢ görməyə baĢlasınlar. Rumilərin
qala tikintisi ilə məĢğul olduqları qırx gün ərzində Surxab dağını öz sığınacaqları
etmiĢ olan qızılbaĢ qaziləri əksər vaxtlarda gecələr və gündüzlər özlərini rumilərin
ordusunun ətrafına yetirib basqınlar törətsələr də, Rum əsgərlərinin çoxluğu və
Rum qoĢununun izdihamlı olması ucbatından bunlar bir nəticə vermədi. Rumilər
qalanın [tikintisi] iĢi ilə məĢğul olub, onu öz istədikləri kimi tamama yetirdilər və
Ģəhərdə ələ keçirmiĢ olduqları bol azuqəni, öz toplarını, zərbzənlərini və qala
müdafiəsi yaraqlarını qalaya daĢıdılar. Axta Cəfər paĢa qalanın harisi və Təbrizin
hakimi təyin olundu. Qalanın tikintisi əsnasında Osman paĢa Təbrizdə qətliam
törətdi. Bunun zahiri səbəbi o idi ki, Təbriz əhli rumilərlə yola getmirdi və gecələr
əclaflar və alçaqlar rumilərin alaçıqlarına gedib, oradan əĢyalar və mallar qarət
edib gətirirdilər, fürsət tapan kimi [rumilərdən] kimisə qətlə yetirirdilər və qala
üzərinə gedərək, [rumilərin] gündüz tikdiklərini gecələr uçururdular. Təbrizlilərın
belə iĢlərlə məĢğul olması Osman paĢaya yaxĢı məlum idi.
Bir dəfə kiçik bir hamamda hamamçılar fürsət tapıb, bir rumini qətlə
yetirərək, hamamın quyusuna atmıĢdılar. Osman paĢa bu xəbəri eĢitdikdə onu
qəzəb Ģöləsi bürümüĢ və o, türkcə demiĢdi ki, «Təbriz xəlqi əcəb qırmalu
taifədürlər»
, yəni «fitnəkar tayfa olan Təbriz əhli tamam qırılmalıdırlar, çünki
Bakı əlyazmalarında evlər («xaneha») əvəzinə gizli yerlər («nihanxaneha») yazılmıĢdır (S-297,
v.202b; B-589, v.24b).
Osman paĢanın ordusu Təbrizi 20 sentyabr - 29 oktyabr 1585-ci il tarixləri arasında iĢğal altında
saxlamıĢdı (О.А.Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. с.188-191).
Osman paĢanın bu sözləri orijinalda türkcə verilmiĢdir.