514
ibarət idi ki, Ciğaloğlu yarım fərsəx yol qət edib, Çərəndabdan ġənbi-Qazana
çatdıqda gördü ki, qızılbaĢlar cəsarətlə irəli atılırlar, rumilərin qoĢunu bir-birinə
dəymiĢdir və tezliklə darmadağın olunma ehtimalı vardır. Buna görə də o, kamil
ağıla və məqsədəuyğun tədbirə əməl edib, dərhal həmin yerdə mövqe tutdu,
alaçıqları və arabaları öz ordusunun ətrafına çəkib, yeniçəriləri arabaların arxasına
yerləĢdirərək, müdafiə olunmağa baĢladı. QızılbaĢlar tərəfindən daha artıq bir
hərəkət baĢ vermədiyindən və onlar arabaların üzərinə həmlə etmədiklərindən,
qaçmağa meyillənən rumilər öz ürəklərinə toxtaqlıq verərək, xofdan və qorxudan
uzaqlaĢdılar. Bu vəziyyəti müĢahidə edən və qızılbaĢ qoĢununun təfriqə
düĢməsindən agah olan Nəvvabi-Cahanbani bütün bunlara baxmayaraq, irəli atılıb,
mərkəzdə hazır olan qoĢunla birlikdə tam fədakarcasına həmlə etmək istədi ki,
təqdir pərdəsi arxasında gizli olan surət üzə çıxsın. Lakin böyük əmirlər və
dövlətsevərlər arabalar üzərinə hücum etməyi məsləhət görməyib, adlı-sanlı
Ģahzadənin səba rəftarlı atının yüyənini tutaraq, bu əzmkarlığın qarĢısını almaqdan
ötrü təkid və xahiĢ etdilər. Nəvvabi-Cahanbani zahirən mətləblərinin yalnız o
həzrətin misilsiz vücudunu qorumaqdan ibarət olan bu dövlətsevərlərin
məsləhətinə əməl edib, müharibədən əl çəkərək, Çərəndab ətrafında mövqe tutdu.
Bu döyüĢdən [kəsilmiĢ düĢmən] baĢlarının və «axtarma»ların az gətirilməsinə
baxmayaraq, əsgərlərin əlinə qənimət çox keçmiĢdi
. Rumilər ġənbi-Qazandan
köç etdikdən sonra Nəvvabi-Cahanbani ali məiyyətin mülazimləri ilə öz
düĢərgəsindən («yurt»undan) atlanaraq, rumilərin qoĢununun arxasınca düĢdü ki,
döyüĢə girməyin sərfəli olduğu hər yerdə onlara qarĢı vuruĢsun və yolun heç bir
mənzilində onları rahat buraxmasın. Ta Təsuc qəsəbəsindək rumiləri bu qaydada
təqib etdilər. Qazilər fürsətdən yararlanıb, özlərini rumilərə yetirərək, onlarla
döyüĢə girdilər və bir çoxlarını qılınca yem edib, qətlə yetirdilər. KəsilmiĢ baĢlarla
«axtarma»lar [Həmzə mirzənin] mübarək nəzərlərinə çatdırıldı. Ta Mayan
mövqeyinədək böyük döyüĢ baĢ verdi. Ġsmayılqulu xan və Ģamlu tayfası igidlik
atını irəli çapdı. Lakin rumilərin böyük bir dəstəsi onlara qarĢı zor göstərdilər və
onları dəf edib, geri oturtdular. Allahın qəzavü-qədərindən o çöldə bir bataqlıq
vardı. ġamlu tayfasının güzarı oraya düĢdü və onların atları sinəyədək gilə batdılar.
Rumilər onları qırmağa çalıĢdılar. Əgər bir an kömək gəlməsəydi, döyüĢə yararlı
olan Ģamlu cavanları gilin içərisində qətlə yetiriləcəkdilər. Bu zaman çərxçi olan
Pirqeyb xan Ustaclu kömək üçün irəli atılıb, rumiləri geri oturtdu və Ģamlu qaziləri
yüz təĢviĢ və yorğunluqla çirkabdan çıxdılar. Ali məiyyət mülazimlərindən Zeynal
bəy ġərbətdarın oğlu ġahhüseyn bəy
və müqərrəblər silkinə daxil olan Div
sultan Zülqədərin oğlu Qorxmaz xan Cəbbədar bu döyüĢdə qətlə yetirildilər.
Ümumiyyətlə, o gün bir o qədər də çox nailiyyət əldə olunmadı.
«Axtarma» döyüĢ meydanında öldürülmüĢ düĢmənlərin üzərindən axtarılaraq yığılan əĢyaları,
qənimət isə düĢmən ordugahından ələ keçirilən və ya düĢmənin atıb qaçdığı malları nəzərdə tutur.
Bakı nüsxəsində Hüseyn bəy yazılmıĢdır (S-297, v.206b).