482
Ġrəvana çatıb, bir neçə gün orada qaldı
. O, orada mükəmməl dərəcədə möhkəm,
mətanətli və istehkamlı bir qala tərtib etdi, orada ehtiyac duyulduğu qədərincə
gözətçi və yeniçəri qoydu, oraya illik azuqə, topxana yarağı və qala müdafiəsinin
ləvazimatını yığaraq, geri qayıtdı. Məhəmmədi xan istər-istəməz o məmləkətin
hökumətindən əl çəkib, Naxçıvana gəldi, qazilərin arvad-uĢaqlarını Əlincəq
qalasında yerləĢdirdi. Əmir xan və türkman əmirləri bu dəfə də Məhəmmədi xana
qətiyyən bir yardım göstərmədilər və onlar darüssəltənə Təbrizin mühafizə
edilməsini və qorunmasını daha əhəmiyyətli və vacib bilib, kürdlərin yaxınlıqda
olmasını əsas gətirərək, [Təbrizdən] kənara ayaq qoymadılar. Beləliklə, Kiçik
Ərməniyyənin («Ərməniyyeyi-suğra») böyük bir hissəsini təĢkil edən abad
Çuxursəəd vilayəti düĢmənin ixtiyarına keçdi
. Həmçinin ġirvan vilayətində də
Fərhad paĢa Ġrəvan Ģəhərinə 2 Ģaban 991 /21 avqust 1583-cü ildə daxil olmuĢdu (B.Kütükoğlu.
Osmanlı - Ġran siyasi münasebetleri, s.136).
Burada Ərməniyyənin xatırlanması anlaĢılmazdır və ziddiyyətlidir. Çünki fəslin sərlövhəsindən
aydın surətdə görünür ki, söhbət Azərbaycanda baĢ vermiĢ hadisələrdən gedir və deməli, Çuxursəəd də
Azərbaycana aiddir. Həm də onu qeyd etmək lazımdır ki, «Tarix-i aləmara-yi Abbasi»nin çoxsaylı
nüsxələrinin heç də hamısında bu cümlə daxilində Ərməniyyə sözü əksini tapmamıĢdır. Məsələn,
S-297 Ģifrəli Bakı əlyazmasının bu yerində (v.192b) Ərməniyyənin adı çəkilmir. Tehran nəĢrində
«Ərməniyyeyi-suğra» («Kiçik Ərməniyyə») yazılsa da, mənbənin Bakı nüsxəsində «Ərməniyyə»
əvəzinə «arəmənde» («rahatlıq bəxĢ edən»), «suğra» əvəzinə isə «həsri» («əhatə olunmuĢ») sözləri qeyd
edilmiĢdir. Beləliklə, Tehran çapında (s.293) əksini tapmıĢ «Kiçik Ərməniyyənin böyük bir hissəsini
təĢkil edən abad Çuxursəəd vilayəti» ifadələri əvəzinə, Bakı əlyazmasında «[ərazi-cə] böyük, rahatlıq
bəxĢ edən. [dağlarla] əhatə olunmuĢ abad Çuxursəəd vilayəti» yazılmıĢdır. Fikrimizcə, Bakı
nüsxəsindəki bu məlumat daha səhihdir. Ümumiyyətlə, Ġsgəndər bəy MünĢi həmiĢə Çuxursəəddə və
Ġrəvanda baĢ verən əhvalatlardan bəhs edərkən onları Azərbaycan hadisələri daxilində qeyd edir, Ġrəvanı
Azərbaycan ərazisi kimi göstərir (Tehran çapı, s.75, 292, 296, 305, 1113). Mənbənin bəzi nüsxələrində
birinci cildin yalnız bircə yerində, bu cümlə daxilində Ərməniyyə sözünün qeyd edilməsi «Tarix-i
aləmara-yi Abbasi»nin bütün üslubu və strukturu ilə təzad təĢkil edir. Zənnimizcə, Ġsgəndər bəy
MünĢinin öz əsərində qeyd etdiyi «arəmənde» sözü sonralar onun əsərinin üzünü köçürən katiblərin
xətası nəticəsində «Ərməniyyə» sözünə çevrilib. Çünki «arəmənde»nin «Ərməniyyə»yə çevrilməsi
üçün cəmi bir hərfin yanlıĢ yazılması («d» səsini ifadə edən «dal» hərfinin «y» səsini ifadə edən «yey»
hərfi ilə əvəzlənməsi) kifayət edir. Səfəvilər dövrünün inzibati bölgüsündə Ərməniyyə adlı hər hansı bir
vilayət və mahal olmamıĢdır. Mərkəzi Ġrəvan Ģəhəri olan Çuxursəəd vilayəti Səfəvilər zamanında
Azərbaycan coğrafiyasının ayrılmaz tərkib hissəsi idi. Səfəvilərin dövlət quruluĢuna və idarəçilik
sisteminə aid ən mötəbər mənbə olan Mirzə Səmianın «Təzkirətül-müluk» əsərində Səfəvi dövlətinin
inzibati bölgüsü haqqında məlumat verilərkən ilk növbədə Azərbaycan ölkəsinin adı çəkilir və
Azərbaycanın dörd bəylərbəyilikdən ibarət olduğu göstərilir: Təbriz, Çuxursəəd, Qarabağ və ġirvan
(Mirzə Səmia. Təzkirətül-müluk, s.72-78; V.F.Minorsky. «Tadhkirat al-muluk», p.39). MəĢhur türk
səyyahı Evliya Çələbi Ġrəvanın Azərbaycana aid olduğunu göstərir Fərhad paĢa Ġrəvan Ģəhərinə 2 Ģaban
991 /21 avqust 1583-cü ildə daxil olmuĢdu (B.Kütükoğlu. Osmanlı - Ġran siyasi münasebetleri, s.136).
XVII əsrin fransız səyyahları Tavernye və ġarden Ġrəvan əhalisinin «müsəlmanlardan» və «təmiz qanlı
Səfəvilərdən» (yəni azərbaycanlılardan) ibarət olduğunu etiraf etmiĢlər. 1720-1725-ci illər arasında
Səfəvilər dövlətində olmuĢ polĢalı səyyah Y.T.KruĢinski Ġrəvanın Azərbaycan ərazisi olduğunu
göstərmiĢdir (Y.T.KruĢinski. Xristian səyyahın tarixi. Farscadan tərcümə edəni və çapa hazırlayanı:
ġahin Fazil. Bakı, 1993 s.19). Rus zabiti S.D.BurnaĢev Azərbaycan vilayətlərinin təsviri haqqında
1783-cü ildə Tiflisdə qələmə aldığı əsərdə Ġrəvan xanlığını Azərbaycan vilayətlərindən biri hesab
etmiĢdir (Описание областей Адребижанских в Персии и их политического состояния сделанное
пребывающим при его Высочестве Царя Картлинском и Кахетинском Ираклии Темуразовиче,