495
[Abbasın] dünyanı fəth edən məiyyətinin Heratdan çıxıb müqəddəs MəĢhədə və
oranın hüdudlarına gəlməyə təĢviq etsin ki, oradan birlikdə hərəkətə gələrək,
Damğana, Bistama və darülmöminin Astarabada qədər gedib, Ġraqın sərhədinədək
uzanan bütün Xorasanın mahallarını zəbt etsinlər. Sözügedən Ģəxs əlahəzrət
[Abbasın] hüzuruna çıxmaq və [Əliqulu] xan cənabları ilə görüĢmək səadətinə
feyzyab olub, bu mətləbi ərz etdi. MürĢüdqulu xanın ixtiyar və iqtidar sahibi
olmasını gözləri götürməyən bəzi Ģamlu ağsaqqalları bu fikrə qarĢı zidd mövqedə
durub, onunla mübahisə etməyə giriĢdilər. Onun sözü bu oldu:
- Hələ [Abbasın] səltənət qəsrinin təməli möhkəmlənmədiyi üçün
MürĢüdqulu xan vaxtın məsləhətinə əsasən, dövlətsevərlik və qəlblərin rahat
olması üzündən ittihad və vəhdət mövqeyi tutubdur. O, məhz Əliqulu xan
cənablarının himayəsi ilə bu iĢlərə cürət edibdir. O, öz səyi ilə ələ keçirilmiĢ
məmləkətin bəzi məsələlərini öz rəyi ilə həll edib və etməkdədir. Lakin məmləkət
iĢlərinin nizama salınmasından arxayın olduqdan sonra o, itaət və tabeçilikdən
savayı bir iĢ görməyəcəkdir.
Xülasə, Ģamlularla ustaclular arasında bu mövzuda söz-söhbət uzandı.
AraqarıĢdıranlar isə ortalıqda fəsad salırdılar. MürĢüdqulu xan bu xəbərləri
eĢitdikdən sonra Əliqulu xanın və Ģamlu tayfasının könlünü almaq üçün Herat
səmtinə yollanmaq meyilinə düĢüb, çox fikirləĢmədən və çəkinmədən Herata
gedərək, əĢrəfin ayağını öpmək Ģərəfinə nail oldu. [Əliqulu] xan cənabları onu
mehribancasına qarĢılayıb, dostyana iltifatlar göstərdi. Hərçənd Ģamlu tayfası onun
məhv edilməsinə və ortadan qaldırılmasına çalıĢıb, onu aradan götürmək barədə
Əliqulu xanı təhrik etsələr də, [Əliqulu] xan cənabları razı olmadı və Heratda ona
xətər vurulmasını qonaqpərvərliyə zidd gələn və doğru yoldan uzaq olan bir əməl
hesab edib, özünü o cür bədnamlığa bulaĢdırmadı.
Amma MürĢüdqulu xan heç bir günahdan xali olmayan bəzi
sözgəzdirənlərin dedi-qodusu ucbatından Ģamlu əyanlarından xoflanmağa baĢladı.
Bir gün o, hamama getmiĢdi. Birdən, əlində sıyırılmıĢ qılınc tutan bir Ģəxs hamama
girib, MürĢüdqulu xana oxĢayan dəlləklərdən birini qətlə yetirdi və çıxıb getdi.
MürĢüdqulu xanın adamları zənn etdilər ki, həmin Ģəxs xanı qətlə yetirmək
məqsədi ilə gəlmiĢ və o dəlləyi yanlıĢlıqla öldürmüĢdür. Onlar səbirsizliklə
hamama girib, xanı bədgüman etdilər və onun canını bürümüĢ xof və qorxu daha
da artdı. O, ixtiyarsız Ģəkildə böyük bir iztirabla oradan çıxıb, qaldığı evə getdi. Bu
xəbər Əliqulu xana çatdıqda MürĢüdqulu xanın könlünü arxayın etmək üçün onun
evinə gedib, vaxtın məsləhətinə uyğun olan bəzi dostcasına sözlər söylədi və
dəlləyin öldürülməsini belə izah etdi ki, ola bilsin, o dəlləyin bir düĢməni var imiĢ
və fürsət tapıb, onu qətlə yetirmiĢdir.
Amma Ģamlu tayfasının gizli niyyəti MürĢüdqulu xana aydın oldu. Onun
onlara bəslədiyi etimad zay oldu. O, daha Heratda qalmağı məsləhət bilməyib köç
edərək, müqəddəs MəĢhədin yolunu tutdu və fəlakətlər dənizində qərq olan zaman
özlərini var qüvvə ilə nicat sahilinə çatdırmağa səy göstərənlər kimi, hərəkət