524
yara alıb, müdafiə olunmağa aciz qaldı və əsir düĢdü. Vəli xan onu ələ keçirib,
Təbrizə doğru hərəkət zamanı onu aradan qaldırdı.
Xülasə, Osman paĢanın qayıtması, Təbrizdə qala tikilməsi və calal
bayraqlarının qalanın ətrafına gəlib oranı mühasirəyə alması barədə xəbərlər Ġraqa
çatdıqda türkman və təkəlü əmirləri öz zahirlərini xidmətkarlıq libası ilə bəzəsələr
də, batinən öz məqsədlərinə çatmaq üçün Təbriz səmtinə üz tutdular. Məhəmməd
xan KaĢanda, Qumda və Savədə olan türkman tayfası ilə, Müseyib xan
ġərəfəddinoğlu Təkəlü Tehrandan, onun qardaĢı oğlu Muxtar sultan Vəramindən,
Vəli xan Təkəlü, onun oğlu Əli sultan Pakmal və Əmir xanın qardaĢları, oğulları və
tabeçiləri Həmədandan yola çıxıb, tərtib olunmuĢ qoĢunlarla bir yerə cəmləĢdilər
və Ġraqın hər tərəfinə adam göndərib, türkman və təkəlü tayfalarından hər bir kəs
hansısa bir mahalda yaĢayırdısa, onların hamısını toplayıb hazır etdilər. Nəticədə,
onların ordusunda böyük bir izdiham yarandı.
Fars [vilayətinin] əmirülümərası Ümmət xan Zülqədər və onun
tabeçiliyindəki əmirlər Xorasan yürüĢündən qayıtdıqdan sonra Azərbaycan
yürüĢünə tədarük və hazırlıq görmək üçün öz ölkələrinə getməyə rüxsət almıĢdılar.
Bu zaman onlar hazırlıqlarını sona çatdıraraq, yola çıxmıĢdılar və Ġraqa gəlib
çatmıĢdılar. Orada Məhəmməd xan onunla görüĢərək, onun və zülqədər tayfasının
üzünə mülayimlik və dostluq qapılarını açdı və onlara uzlaĢma təklif etdi. Ümmət
xan düĢündü ki, üz vermiĢ bu fəsadı öz sülh niyyətli vasitəçiliyi ilə islah edə bilər
və bunun nəticəsində əĢrəfin və hamının könlü ondan razı qalar. O, məhz bu
niyyətlə onlara qoĢulmağı qəbul etdi və onlar birləĢərək, birlikdə yola çıxdılar.
Get-gedə Məhəmməd xan və yoldaĢları incə hiylələrlə Ümmət xanı öz xatirlərində
gizli olan məsələlərdə özlərinə müttəfiq etdilər. Ümmət xan aqil, təcrübəli,
düĢüncəli və tədbirli adam olmasına baxmayaraq, vəsvəsə və əfsun sayəsində
doğru yolu azıb, xəta istiqamətini tutaraq, onlara rəfiq oldu.
Bu xəbərlər darüssəltənə Təbrizə çatdıqda onların toplaĢmağının və
ittifaqının fitnə-fəsada dəlalət etdiyi aydın olsa da, amma Nəvvabi-Cahanbani
istədi ki, onların könlündəki gerçək niyyəti, onların dost, yoxsa düĢmən olduqlarını
hamı arasında aĢkara çıxarsın. Hər iki tərəfdən bir-birilərinə elçilər göndərildi.
Əvvəlcə Ġsgəndər Ģanlı nəvvab tərəfindən onların yanına adam göndərilərək,
onların adına bol-bol hüsn-rəğbətə əsaslanan cəlbedici fərmanlar yazılıb
göndərildi: «Siz bu yüksək sülalənin tərəfdarları və dövlət-sevərlərisiniz və neçə
illik xidmət hüququna maliksiniz. Osman paĢanın və Rum qoĢununun bu
xanədanın (Səfəvilərin) köhnə səltənət mərkəzi olan Təbriz vilayətini iĢğal etmək
üçün bu hüduda və ölkəyə gəldikləri bir vaxtda tərəfdarlıq yoluna, qeyrət və
ləyaqət hissinə yaraĢan iĢ o idi ki, siz bu xəbərləri eĢidəndən sonra narahat olaraq,
sizin çağırılmağınızla bağlı hökmdarın fərmanı yazılmazdan öncə fədakarlıq və
sədaqət üzündən, bir-birinizlə birləĢməyə və ittifaq etməyə muğayat olmadan, hər
biriniz ənənəvi qaydada sürət və tələskənliklə səltənət və səadət taxtının ətəyinə
doğru yola düĢüb, canfədailik nümunələri göstərəydiniz. Qüdrətli dövlətin