9
Caminin «Nəfəhatül-üns», Əbu-Bəkr Tehraninin «Kitab-i Diyarbəkriyyə», Seyid
Zəhirəddin MərəĢinin «Tarix-i Təbəristan u Ruyan u Mazandaran», Mirxondun
«Rövzətüs-səfa», XVI əsr müəlliflərindən Ġbrahim Əmininin «Fütuhat-i Ģahi»,
Qiyasəddin Xandəmirin «Xülasətül-əxbar» və «Həbibüs-siyər», Mir Yəhya
Qəzvininin «Lübbüt-təvarix», Qazı Əhməd Qəffarinin «Tarix-i cahanara», Həsən
bəy Rumlunun «Əhsənüt-təvarix», Əllami Əbülfəzlin «Əkbərnamə» kimi
əsərlərinin adlarını çəkir
. O, istifadə etdiyi salnamələrdən məlumatları
götürməklə kifayətlənməmiĢ, bir sıra hallarda onları təhlil və müqayisə etmiĢ,
tənqidi münasibət bildirmiĢdir. Lakin təbiidir ki, Ġsgəndər bəy MünĢi kimi öz
dövrünün ziyalı və qabaqcıl bir Ģəxsiyyətinin mütaliə etdiyi və bəhrələndiyi
əsərlərin adlarını bu siyahı ilə məhdudlaĢdırmaq olmaz. Bunlarla yanaĢı, o, bir sıra
digər tarixi, ədəbi, dini-fəlsəfi və s. mövzularda yazılmıĢ kitablarla, zəmanəsinin
müxtəlif yönlü elmi ədəbiyyatı ilə tanıĢ olmuĢ və bu tanıĢlıq onun yaradıcılığına bu
və ya digər dərəcədə təsirini göstərmiĢdi.
I ġah Təhmasibin vəfatı ərəfəsindəki və ondan sonrakı hadisələri Ģərh
edərkən artıq Ġsgəndər bəy MünĢi hadisələrin müasiri, bir çox hallarda isə Ģahidi və
ya iĢtirakçısı kimi çıxıĢ edir. Dövlət dəftərxanasında iĢlədiyi üçün rəsmi sənədlərlə
tanıĢlıq imkanı olan müəllif öz əsərini bir çox dövlət sənədlərinin və diplomatik
yazıĢmaların mətnləri və faktları ilə zənginləĢdirmiĢdir. Bundan əlavə. o, öz
əsərinə müxtəlif tarixi Ģəxsiyyətlərdən və dövlət adamlarından eĢitdiyi əhvalatları
və təfərrüatları daxil etmiĢdir.
Əsərin əlyazma nüsxələri. «Tarix-i aləmara-yi Abbasi» ən çox üzü
köçürülən və yayılan tarixi mənbələrdən biridir. Kataloqlarda bu mənbənin tam və
naqis nüsxələr daxil olmaqla XVII-XIX əsrlərdə köçürülmüĢ 200-dən çox
əlyazması haqqında məlumat verilir. Bu əlyazma nüsxələri dünyanın bir çox kitab
fondlarında - Aliqarlı, Bağdad, Berlin, Bombey, Buxara, DaĢkənd, DüĢənbə,
Edinburq, Heydərabad, Ġrəvan, Ġstanbul, Kabil, Kembric, Kəlküttə, Qahirə, Lahor,
Leyptsiq, Lids, London, Luknou, Mançester, Mədrəs, MəĢhəd, Moskva, Münhen,
Paris, Pətnə, Rey, Roma, Sankt-Peterburq, Tehran, Tiflis, Vyana, Yəzd və s.
Ģəhərlərin müxtəlif kitabxanalarında saxlanmaqdadır
.
Bakıda, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar
Ġnstitutunda «Tarix-i aləmara-yi Abbasi» əsərinin dörd əlyazma nüsxəsi mühafizə
olunur. S-129/15093 və S-297/5313 Ģifrəli nüsxələr əsərin birinci cildini əhatə
edirlər və XVIII əsrdə köçürülmüĢlər. XVIII əsrə aid olan D-386/3825 və XVIII
əsrdə köçürülmüĢ S-633/23576 saylı nüsxələr isə ikinci cildi əks etdirirlər
.
Tərcümə mətninə verdiyimiz Ģərhlərdə bu müəlliflər və onların əsərləri haqqında məlumatlar yer
almıĢdır.
Ч. А. Стори, указ. Соч., ч. II. c.875-880, ч. III, с. 1470.
Каталог персидских рукописей (Академия Наук Азербайджана, Институт Рукописей им.
М.Физули), т. II, составители тома: Н.Дж. Геюшов, Г.Г.Наджафов; редактор тома: М.З.Нагиев.
Баку, 2000, с. 36-39.