325
latın əlifbasına ilk dəfə Azərbaycanda keçildiyi kimi, o dövrdə
kifayət qədər maddi imkanlara malik müsəlman dövlətlərinin
mövcud olduğu bir halda, ərəb əlifbası ilə linotiplə sətir yığan
ilk makinalar da Azərbaycanın sifarişi ilə 1925-ci ildə ABŞ-da
yaradılmış, ərəb əlifbası ilə ilk linotip sətri yazı da məhz Azər-
baycan dilində çap olunmuşdur.
Azərbaycan ziyalılarının o vaxtkı qaymağı məhz «Kom-
munist» qəzeti redaksiyasında cəmlənmişdi. Bunlardan Əbdür-
rəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cab-
barlı, Əzim Əzimzadə, Hənəfi Zeynallı, Salman Mümtaz, Əliab-
bas Müznib, Seyid Cəfər Pişəvəri, Əziz Şərif, Almas İldırım,
Xudadat bəy Əzizbəyov, Böyükağa Talıblı, Ağababa Yusifzadə,
Həbib Cəbiyev, Mir Cəlal Paşayev, Ruhulla Axundov və baş-
qalarını göstərmək olar. Əliağa Vahid, Əfrasiyab Bədəlbəyli,
Əhməd Rəcəbli, Murtuza Nağıyev, Üzeyir bəy Hacıbəyov, Hü-
seyn Cavid və bir çox başqa yazarlarımız qəzetlə sıx əməkdaşlıq
etmiş, onu öz gözəl əsərləri ilə daha da rövnəqləndirmişlər.
Məhz onların sayəsində «Kommunist» qəzeti ətrafında milli ruh-
da tərbiyə alan müxbirlər yetişmişdi. Həmin müxbirlərin yazıları
«Kommunist» qəzetini digər qəzetlərdən vətənpərvərlik hissləri
ilə fərqləndirirdi.
“«Kommunist» qəzeti və əkinçiliyin bərpası” adlı II fəsil-
də torpaq quruculuğu, kənd təsərrüfatının bərpa və inkişaf etdi-
rilməsi üçün maddi-texniki bazanın yaradılması, kənd təsərrüfatı
texnikasının alınıb gətirilməsi, təmiri və satışı ilə bağlı məsələlər
işıqlandırılır. Fəslin diqqəti cəlb edən ən mühüm paraqrafların-
dan biri su təsərrüfatının bərpasına həsr olunmuşudur. İstər
«Muqmelstroy»un, istərsə də «Zakvodxoz»un, yəni Zaqafqaziya
su təsərrüfatı idarəsinin Azərbaycandakı yarıtmaz fəaliyyəti
«Kommunist» qəzetində dərc olunmuş tutarlı materiallar əsasın-
da tənqid edilir, eyni zamanda Azərbaycanın özünün tabeliyində
yaradılmış su təsərrüfatı idarəsinin qısa müddət ərzində həmin
xətaları islah etməsi və çox qısa müddətdə su təsərrüfatı sis-
temini tam bərpa etməsi, bu sahədə «Kommunist» qəzetinin