9
başqa türkdilli tayfalarla birlikdə Azərbaycan xalqının avtoqenizində mühüm rol
oynamışdır. Xəzərin bir adı da Quzğundur.
Bakı arxipelaqında hansı adalar vardı
Arxipelaq bir-birinə yaxın adalar qrupuna deyilir. Bakı arxipelaqı da
Abşeron yarımadasının cənubunda, Xəzər sularında yerləşmiş ada və bankələrdən
ibarətdir. Bu ada və bankələr (bankə dənizin nisbətən dayaz yerlərinə deyilir)
gəmiçilik üçün böyük təhlükə təşkil edirdi. Bunlar vulkan mənşəli olub yeraltı
vulkanik qüvvələrin hərəkəti nəticəsində yaranmışdı. Bakı arxipelaqına aşağıdakı
ada və bankələr daxildir: Böyük Zirə (Bakının ruslar tərəfindən işğalından sonra
adı dəyişilib Nargin qoyulmuşdur), Daş Zirə (sonralar ruslar tərəfindən Vulf
adlanıb), Kiçik Zirə, Qum adası, Zənbil (sonralar dəyişib Duvannı olmuşdu. Həmin
adaya bu adın verilməsi Stepan Razinin adı ilə bağlıdır. Razin öz dəstəsi ilə
Volqadan Xəzərə keçdikdən sonra ətraf kəndləri talan edir və əldə etdikləri
qənimətləri Zənbil adasına apararaq bölüşdürürdülər. Bölüşdürmək rus dilində
olduğu üçün bu ada da Duvannı adlanmağa başlamışdı). Səngi Muğan adası
sonralar Svina adlanmışdı. Çigil adası Oblivna, Qara Su adası Los, Gil yaxud Xara
Zirə Bulla, Çilov adası Jiloy, Pirallahı adası isə Artyom adası olmuşdur. Son illərdə
hökumətin qərarı ilə bu adalara köhnə adları qaytarılmışdır.Bankələr isə bunlardır:
Savenko, Bezimyannı, Kornilov-Pavlov, Makarov, Borisov, Qolovçayev və
başqaları.
Bakıda gəmiçilik nə vaxt inkişaf etmişdir
Bakıda gəmiçiliyin inkişafı xanlıqlar dövründən başlayır. Bakı xanı Mirzə
Məhəmməd birinci admiral kimi bu işə böyük təkan vermişdi. İrandan, Orta
Asiyadan ərzaq və başqa malların daşınması, İran və Orta Asiya ölkələri ilə
ticarətin artması su nəqliyyatına da diqqəti artırırdı. Xüsusilə İranla Bakı arasında
ticarət getdikcə artırdı. Buna görə Bakı varlıları bu işdə qazanc məqsədilə
gəmiçiliyə qurşanırdılar. “Qafqaz və Merkuri” kimi iri gəmiçilik şirkəti
yaranmışdı. Bu şirkətin dəniz kənarında, indiki Kukla Teatrının yanında böyük
tərsanəsi vardı. Bundan başqa Bayılda Dadaşov və başqalarının da gəmi təmiri
zavodları açılmışdı. Xüsusi gəmi sahiləri də vardı ki, əksəriyyəti İçəri şəhərdəndi.
Ən görkəmli gəmi sahiblərindən aşağıdakıları göstərmək olar: Yusif Dadaşov,
İsrafil Hacıyev, Əliabbas Dadaşov, Rəsulov qardaşları, Musa Nağıyev, Aşurov
qardaşları, Məmmədəli Yusifov, Ağabala Quliyev, Şəmsi Əsədullayev,
Məmmədbağır Hüseynov, H.Z.Tağıyev, Ramazanov, Əliyev qardaşları,
H.B.Qafarov, Məmməd Cavadov və onun şirkəti.
Xəzərdə neftin daşınması ilə bağlı Nobel qardaşları şirkəti, Şəmsi
Əsədullayev və başqaları neft daşıyan tankerlər sifariş verib Xəzərə salmışdılar.