477
• Ədəb-ərkana riayət etmək, Səfəvi sülaləsinin sufilərindən olduğunu sübut
etmək və [Abbasın] adlı-sanlı atasının və yüksək məqamlı qardaĢı [Həmzə
mirzənin] hörmətini saxlamaq baxımından Xorasanda əvvəlki təki səltənət və
padĢahlıq xütbəsi Ġsgəndər Ģanlı nəvvabın adına oxunsun və onun böyük oğlu olan
Nəvvabi-Cahanbani vəliəhd sayılsın;
• Xorasan məmləkəti əvvəlki qaydada kainat Ģahzadəsinə, yəni əlahəzrət
[Abbasın] öhdəsinə tapĢırılmıĢ olsun və o, layiqli peĢkəĢlər göndərərək, nə xahiĢi
olarsa, ərz etsin ki, xeyirxahların vasitəsilə [hökmdara] çatdırılsın.
Təkəlü əmirləri, xüsusən də Vəli xan bu iĢə razı deyildilər. Amma bu sülhün
bağlanmasına müxtəlif nəcib fikirli adamlar qarıĢdıqlarından, onlar o tayfanın
ağsaqqalı, əsilzadəsi olan və sağlam nəfsə, sülhpərvər düĢüncəyə malik bir kiĢi
olan Müseyib xan ġərəfəddinoğlu Təkəlünü bu sülhün bağlanmasına razı saldılar
və o, Vəli xanı inadkarlıqdan və tərslikdən döndərdi. Əliqulu xanla Ġsmayılqulu
xan arasında sonuncunun atası olan Vəli xəlifənin qətli üstündə ziddiyyət və
düĢmənçilik baĢ qaldırmıĢ, onun əvəzində Əliqulu xanın atası Sultan Hüseyn xan
öldürülmüĢ, Quryan döyüĢündə ifrat dərəcədə qətllər baĢ vermiĢ və hər iki tərəfin
qohum-əqrəbası olan Ģamlu tayfasının ovçu («ovci», «avcı») qəbiləsindən çoxlu
adamlar qətlə yetirilmiĢdilər. Bir sözlə, onların inadı və tərsliyi fəsaddan və
ziyandan baĢqa bir nəticə verməmiĢdi. Bu səbəbdən Ġsmayılqulu xanı da sülh
bağlanmasına razı sala bildilər. Əliqulu xan da bu gediĢata tabe olmağı faydalı
bilib, [yuxarıda] qeyd olunmuĢ Ģərtləri qəbul etdi. Amma xahiĢini bildirdi ki,
onlarla Mürtəzaqulu xan arasında inad və ziddiyyət həddini aĢdığından onların
arası əsla düzəlməyəcəkdir və buna görə də onu (Mürtəzaqulu xanı) Ġraqa
aparsınlar, müqəddəs və ulu MəĢhədin hökumətini isə böyük əmirlər içərisindən
dövlətmənd və xeyirxah bir kiĢiyə bəxĢ etsinlər.
Xülasə, ġahrux xan sülh yaratmaq meydanına ayaq qoyub, əvvəlcə
əmirlərin vəsatəti əsasında əqli dəlillərlə kama yetmiĢ Ġsgəndər Ģanlı nəvvabı və
Nəvvabi-Cahanbanini sülh bağlanmasına razı saldı. Onlar səltənət mərkəzinə
qayıtmağı və Azərbaycandakı məsələləri nizam-intizama salmağı dövlətin faydası
baxımından daha münasib və düzgün hesab etdilər. ġahrux xan onlardan icazə
aldıqdan sonra Ġsmayılqulu xanı özü ilə birlikdə o qalaya aparıb, Əliqulu xanla sülh
bağladı. Ertəsi gün Əliqulu xan Nəvvabi-Cahanbaninin hüzuruna öz acizliyinin
bəyan edilməsindən, yalvarıĢlarından və keçmiĢ xidmətlərinin xatırlanmasından
ibarət olan sədaqət ərizələri göndərdi, baĢ vermiĢ hadisələrə görə öz üzrxahlığını
bildirərək, qüdrətli dövlətin dayağı olan Ģəxslərin ona qarĢı Ģəfqətsizliyindən,
Mirzə Salmanın hegemonluğundan və Mürtəzaqulu xanın pis rəftarından
Ģikayətləndi və sülhün Ģərtlərini öz andı ilə möhkəmləndirdi. Amma Allahın
kölgəsi olan əlahəzrət Ģahın xilafət və hökmranlığının fərmanı «Biz səni yer
üzünün xəlifəsi etdik» ayəsinin
məzmununa əsasən bəzək və zinət tapdığına
«Qurani-Kərim», «Sad» surəsi, 26-cı ayə.