469
Xorasanda [uzun müddət] qalmaq imkanı yoxdur. Buna görə də onlar düĢünürlər
ki, bu məsələ zərurət üzündən özlərinin istədikləri Ģəkildə həll olunacaqdır. Bu
tədbir aqillərin nəzərincə bəyənilmiĢ bir tədbirdir.
Amma ilahi qəzavü-qədər onlara zidd olduğu üçün hadisələr baĢqa cür
cərəyan etdi. Bu əhvalatın təfsilatı belədir ki, Mirzə Salman və Nəvvabi-
Cahanbaninin tərəfdarları, xüsusilə də Vəli xəlifənin qətli üstündə Əliqulu xanla
düĢmənçilik edən Ġsmayılqulu xan və o təbəqənin əyanlarından biri, Ģamlu və
ustaclu tayfaları ilə köhnə ədavətə malik olan Vəli xan Təkəlü Abbas tərəfdarı olan
əmirlərin vəziyyəti ilə tanıĢ olduqdan sonra düĢündülər ki, Əliqulu xan hələ
müzəffər ordunun Türbət qalası ətrafından köç etməsindən xəbərdar olmadığı üçün
öz hərəkət yüyənlərini Quryana tərəf çevirib, sürətli yürüĢ edərək, özlərini onlara
yetirsinlər və bəlkə, o həzrətin (Abbasın) müqəddəs zatını və Əliqulu xanı ələ
keçirsinlər. Ehtimal vardı ki, [Ģah ordusunun] Türbət qalası ətrafını tərk etməsi
xəbəri Əliqulu xana çatarsa, o, onların Herata doğru gələcəyini güman edib, özünü
Herata çatdırar və [Herat] qalasını müdafiə etməyə hazırlıq görər. Buna görə də
həmin Ģəxslər dərhal bu məsələni Nəvvabi-Cahanbaniyə bildirib təkid etdilər ki,
elə həmin gün öz adlı-sanlı atası ilə birlikdə «üğar» etmək qərarı versin və bir an
belə bu iĢin təxirə salınmasına yol verilməsin. Nəvvabi-Cahanbani əmirlərin
yığıncağında bu niyyəti Ġsgəndər Ģanlı nəvvaba izhar etdi və «ilğar»a hazırlaĢdılar.
Əmirlər və dövlət ərkanı iftiracıların qorxusundan buna mane olmaqdan çəkinib,
razılıq əlaməti olaraq baĢlarını tərpətdilər. Həmin məclisdə Vəli xan Təkəlü
türkman, təkəlü və s. tayfaların bir sıra əmirləri ilə birlikdə çərxçi təyin olundu. Bu
xəbər orduda yayıldı. Əsgərlər sürətli yürüĢün zəruri hazırlıqlarını yerinə yetirdilər.
QoĢun dəryası Bəhri-Əxzər
kimi dalğalanmağa baĢladı. Böyük əmirlər istər-
istəməz Ġsgəndər Ģanlı nəvvabın və dünya sakinlərinin Ģahzadəsi [Həmzə mirzənin]
Ģərəfli üzəngisi həndəvərində yola üz qoyub, ta Tirpül kənarınadək səhər-axĢam
dincəlməyin nə olduğunu bilmədilər və həmin uzaq məsafəni üç gecə-gündüz
ərzində qət etdilər. Dördüncü günün sübhündə hələ hava açılmamıĢ müzəffər
qoĢunun qaravulları Tirpül kənarına çatdılar. Əliqulu xanın ordusunun qaravulları
bundan agah olub, qoĢunun gəliĢi xəbərini çatdırdılar. Əliqulu xan əvvəlcə bu
xəbəri yalan hesab etdi. Çünki o, Ġraq qoĢununun Türbət qalası ətrafında olduğunu
güman edirdi və oradan Tirpül kənarına qədər uzaq məsafə vardı.
İraq və Xorasan qoşunlarının Quryanda baş vermiş döyüşü və
xorasanlıların məğlubiyyəti. Amma, elə ki alatoranlıq sübh iĢıqlı səhərlə əvəzləndi
və Tirpül kənarında qoĢunun keçidinin səs-küyü qalxdı, Əliqulu xan və ona yoldaĢ
olan əmirlər atlanaraq, çərxçi təyin etdilər, sağ və sol cinahları tərtib edib, döyüĢə
və vuruĢa hazır oldular və öz ordugahlarını köçürüb, arxa tərəfdə yerləĢdirdilər. Bu
tərəfdən müzəffər qoĢunun bəzisi körpü üzərindən, bəzi digərləri isə sudan
Bəhri-Əxzər (ərəbcə «yaĢıl dəniz» deməkdir) - klassik müsəlman coğrafiyaĢünaslarının Atlantik
okeanına verdikləri ad (bax: A.Quliyev. Azərbaycanın görkəmli səyyah və alimi Hacı Zeynalabdin
ġirvani. Bakı, 1964, s.62).