457
Sözün qısası, haqqında bəhs etdiyimiz qələndərin hadisəsindən sonra bəng
düĢkünü olan digər qələndərlər də «Ġsmayıl mirzə» olmaq həvəsinə düĢdülər. Bir
neçə mahalda bu səbəbdən qovğa və iğtiĢaĢ baĢ verdi. Hər neçə gündən bir hansısa
vilayətdə bir «Ġsmayıl mirzə» peyda olurdu və adamlar onun baĢına cəmləĢir, daha
sonra isə pərən-pərən düĢürdülər. Bunlardan biri Luristanda və Çəmçalda peyda
oldu. ƏliĢəkər qələmrovunun kürd və lur qiyamçıları onun baĢına cəmləĢdilər və
onun əsgərləri on min nəfərə çatdılar. O, əmirlər və mənsəb sahibləri təyin edib,
həmin sərhəddə fitnəkarlığa baĢladı, Solağ Hüseyn Təkəlünün yanına adam
yollayıb, onu öz hakimiyyətinə tabe olmağa çağırdı və onun ücün vəkalət hökmü
göndərib, ona təklif etdi ki, Çuxa sultan Təkəlünün yerinə rüknüssəltənə olsun.
Solağ Hüseyn ağlın zərurəti əsasında yalandan itaət və tabeçilik göstərməklə onu
aldadıb ələ keçirmək qərarına gəldi, onun sözlərini qəbul edib, onun Ġsmayıl mirzə
olduğunu təsdiq etdi, sədaqətini izhar elədi, bir-birinin ardınca hədiyyə bağlamaları
göndərərək, ondan öz hüzuruna təĢrif gətirməyi xahiĢ etdi və onun üçün Ģahanə
çadırlar, yaraqlar və əĢyalar göndərib, özü onu qarĢılamağa çıxdı. Biçarə qələndər
ona inanıb, tamam-kamal Ģövkət və iqtidarla Çəmçala yollandı. Solağ Hüseyn və
təkəlü əyanları Seyf sultan Bayatla birlikdə
onun hüzuruna çatıb, səcdə etmək
və ayaq öpmək qaydasını yerinə yetirdilər, daha sonra isə ağıl və zəka ilə hərəkət
edərək, onun baĢına toplaĢmıĢ çoxluğu izdihamı bir-birlərindən ayrı salıb
pərakəndə etməklə fürsət qazanaraq, onu tutub məhbus etdilər. Qələbə ayətli
bayraqlar Xorasan səfərindən qayıdıb, darüssəltənə Qəzvində yerbəyer olduqdan
sonra onu ulu dərgaha göndərdilər. Nəvvabi-Cahanbaninin göstəriĢi ilə at meydanı
xiyabanında ona barıtlı qəba geyindirərək od vurdular. Buna baxmayaraq, bu
hadisə sərgərdan qələndərlərə ibrət olmadı.
Onlardan digər birisi TalıĢ [bölgəsində] bu arzuya düĢdü. Bir dəstə aqibətsiz
nadan onun baĢına cəmləĢərək, darülirĢad Ərdəbilə gəlib, orada öz əməllərinin
cəzasına çatdılar. Digər birisi isə Qur [vilayətində] və Xorasanın Fərah hüdudunda
zühur etdi və o sərhədin fitnəkar araqarıĢdıranlarından ibarət çoxlu xalq onun
baĢına toplanıb, fitnə-fəsad törətməyə baĢladılar.
Hüseyn sultanın və onun qardaşı Əlixan sultanın Xorasanın Fərah
[bölgəsində] qələndərlə döyüşdə öldürülmələri. Fərah hakimi Hüseyn sultan ƏfĢar
onun fitnəsini dəf etməyə yollandı. Ġki tərəf arasında müharibə baĢ verdi və
qurlar
qalib gəldilər. Rəbbin qəzavü-qədərindən Hüseyn sultan döyüĢdə
öldürüldü. ƏfĢar tayfası məğlub vəziyyətdə Fəraha gəldi. Onlar həqiqəti ali taxtın
ətəyinə ərz etdilər. Ulu dərgahda əfĢar qorçuları zümrəsinin yüzbaĢısı olan Əlixan
sultan öz qardaĢı [Hüseyn sultanın] yerinə təyin edilib, Fəraha gəldi və qardaĢının
qanının intiqamını almaq üçün qələndərin üstünə Qur [vilayətinə] getdi. Qələndərin
tərəfdarları müharibə ahəngini sazladılar. Tərəflərin göstərdikləri çoxlu səylərdən
S-129, v.232a; S-297, v.181a.
Qurlar - Əfqanıstanın mərkəzi hissəsində, Hərirud çayı boyunda yerləĢən Quristan adlı tarixi
vilayətin əhalisi.