445
Amma bu hadisədən sonra [Mirzə Kamranla Qara Bahadır] özləri CəmĢid
xandan [onlara bir zərər dəyəcəyindən] qorxaraq və narahat olaraq, [ona qarĢı]
tədbir görmək fikrinə düĢdülər. Mirzə Kamran Biye-pəs qoĢunu ilə birlikdə
Kuçesfəhanda olarkən Qara Bahadır və ona dost olan Biye-pəs böyüklərindən bir
çoxları canlarının qorxusundan Mirzə Kamranla müttəfiq olub, CəmĢid xanın dəf
edilməsi məsələsində onunla həmrəylik göstərdilər. Onlar tezliklə fürsət tapıb,
Çırağ sultanı Kuçesfəhanda qətlə yetirdilər və oradan qayıdıb, RəĢtə gəldilər.
Rahatlanmağı sevən və dinclik arzulayan əsgərlər döyüĢ təhlükəsinin sovuĢduğuna
görə xeyli sevincək oldular və geri qayıtmağın səbəbini qətiyyən soruĢmayaraq,
yola düĢdülər.
Cəmşid xanın qətlə yetirilməsi. Sözün qısası, Mirzə Kamran, Qara Bahadır
və onlarla birlikdə olan adamlar əvvəllər içdikləri anda xilaf çıxaraq, çəkinmədən
CəmĢid xanın evinə gəldilər. O, sadəlövhlüyünün və onlara olan etimadının
çoxluğu ucbatından onların xəyanət və nifaqından xəbərsiz və məlumatsız qalıb,
onların geri qayıtmasının zəruri bir məsələ ilə əlaqədar olduğunu düĢündü. Mirzə
Kamran dərhal onun otağına girdi və onu tutub, öz etimadlı adamları ilə birgə
Kuhdəmə yolladı ki, onu orada bir yerdə həbsdə saxlasınlar. CəmĢid xan ibrət gözü
ilə nə qədər baxa-baxa qalsa da, onun sülaləsinin nankor mülazimlərindən heç kəs
onu xilas etmək mövqeyində durmadı. O, çarəsiz qalıb, bu qəribə hadisəyə boyun
əydi. Onun cənnətməkan Ģahın qızından doğulmuĢ Məhəmməd Əmin mirzə və
Ġbrahim mirzə adlı iki azyaĢlı oğlu vardı
. Mirzə Kamran bu oğlanları öz yanında
saxladı. Bütün Biye-pəs camaatı Qara Bahadırın səyi ilə Mirzə Kamranın
hakimiyyətinə razı oldu. O vilayətin sipəhsalarları və zadəganları onunla əhdü-
peyman bağladılar. O, onların razılığından xatircəm olaraq, onların əhdü-
peymanında bir süstlüyün əmələ gəlməməsi üçün iki ay sonra CəmĢid xanın qətlinə
fərman verib, onu Kuhdəmdə qətlə yetirtdi. Amma axırda öz əməlindən feyz ala
bilmədi. Az bir zaman ərzində o günahsız padĢahın qatilləri öz əməllərinin
əvəzində giriftar olub, ömürdən və dövlətdən bir fayda tapmadılar.
Nə isə, Mirzə Kamran CəmĢid xanın iĢini həll edib, Biye-pəs vilayətində öz
hökumət və iqtidar bayraqlarını qaldırdıqdan sonra o da həmçinin Xan Əhmədlə
düĢmənçilik və münaqiĢə etməyə baĢlayaraq, iĢğalçılıq və istilaçılıq əlamətləri
nümayiĢ etdirdi və öz etibarlı adamlarını padĢahın (Məhəmməd Xudabəndənin) ali
taxtının ətəyinə göndərib ərz etdi: «CəmĢid xan üsyan və tüğyan törətmiĢ, [Ģahın]
hökmünün ziddinə olaraq digərlərinin məmləkətinə basqın etmiĢ və padĢahın
əmrlərinə itaət göstərməmiĢdir. Ona görə də mən dövlətsevər bir Ģəxs olaraq, onu
tutmuĢam və onun qaldırdığı fitnə-fəsadı yatırmıĢam. Əgər Ģəhriyar bu
dövlətsevərə Ģəfqət göstərib Biye-pəs məmləkətinin hökumətini ona tapĢırarsa,
mən ali taxtın ətəklərinə müəyyən məbləğdə peĢkəĢ göndərərək, hər il bac və xərac
ödəməyə təminat verərəm». O, CəmĢid xanın mallarından və pullarından bir
S-129, v.224a; S-297, v.175a-b. Tehran çapında (s.266) Məhəmməd Ġbrahim mirzə və Məhəmməd
Əmin mirzə deyə qeyd olunub.