431
Ġkincisi isə odur ki, ulu dərgahda səltənət məsələlərinin yüyəninin və dövlət
iĢlərinin idarə olunmasının vəzir Mirzə Salmanın və əmirlərdən bir neçə nəfərin
ixtiyarında olduğu hamıya aydındır. Onlar üstəlik bizim öz tiyullarımıza olan
hüququmuzu ləğv edərək, bizim etibarımızı azaltmağa çalıĢırlar. Lakin nə biz, nə
də ki siz, istər ata-babalarımızın sabiq xidmətləri, istərsə də əslimiz və kökümüz
baxımından onlardan heç də əskik deyilik, bəlkə də, xidmətimizin, sədaqətimizin
və ixlasımızın səviyyəsinə görə hamıdan irəlidəyik və say çoxluğu cəhətdən də
onlardan üstünük. Bir halda ki, Ġraqın, Azərbaycanın, Fars və Kirman hüdudlarının
məsələlərinin idarəçiliyi onların əlində cəmləĢibsə, onda ola bilər ki, Xorasan
məsələləri də bizdən asılı olsun və hər barədə nəyi ki, dinin və dövlətin xeyrinə
uyğun bilərik, ona əməl edərik. Bu məsələ Xorasandakı böyük əmirlərin xoĢuna
gəlib və onlar sözügedən «xanlar xanı» ilə əhdü-peyman bağlayıblar. Dövlətə layiq
olan odur ki, o cənab (Mürtəzaqulu xan) da digər əmirlərlə həmrəylik nümayiĢ
etdirərək, Ģahzadənin mülazimi olmaq və «xanlar xanı» ilə görüĢmək izzəti ilə
əzizlənib, küdurət və nifaq qapılarını bağlasın və bu iĢin üstündə etibar zinətindən
məhrum etdiyi Qubad xana üzrxahlıq edərək, onu Səbzəvara göndərsin».
Amma Mürtəzaqulu xan təkəbbürlü və özündənrazı bir kiĢi idi. O, bu təklifi
qəbul etmədi. Özünün pornak oymağına mənsubluğuna, təkəlü və türkman
tayfaları ilə Ģamlu və ustaclular arasında köhnə ədavət mövcud olduğuna görə o,
onlara etimad bəsləmədi onlara cavab olaraq kobud sözlər, yöndəmsiz
xəbərdarlıqlar göndərdi, mülayimlik və dostluq qapılarını tamamilə bağladı,
onların hərəkətlərini Ġsgəndər Ģanlı nəvvaba qarĢı üsyan, tüğyan və müxaliflik
etmək kimi dəyərləndirib, özünü «Ģahısevən» elan etdi, onları isə «yağı» və
«qiyamçı» adlandırdı və bu əhvalat barədə xəbərləri qəbahətli bir tərzdə ali taxtın
ətəklərinə çatdıraraq, bir-birinin ardınca Azərbaycana öz nümayəndələrini
göndərdi.
Məşhəd hakimi Mürtəzaqulu xanın Herat hakimi Əliqulu xanla döyüşü.
Xülasə, bu iki firqə arasında münaqiĢənin və ixtilafın bünövrəsi möhkəmləndi.
Əliqulu xan və onun ardıcılları Mürtəzaqulu xanı dəf etməyi və müqəddəs MəĢhədi
ələ keçirməyi qarĢılarına məqsəd qoydular. Onlar səy göstərib, tərtibə salınmıĢ
qoĢunla o tərəfə üz tutdular və bu zaman Xorasana gəlmiĢ Ġraq əmirləri arasından
ilk olaraq Vəli xəlifə ġamlu müqəddəs MəĢhədin yanına gəlib çatdığına görə onun
qarĢısını almaq üçün onun gəldiyi yolun üstünə qüvvə göndərdilər. Orada iki tərəf
arasında döyüĢ və vuruĢ baĢ verdi. Vəli xəlifə məğlubiyyətə uğrayaraq, Mahmud
xan Sufioğlunun mülazimlərinin əlinə düĢdü və qətlə yetirildi.
Vəli xəlifənin öldürülməsindən sonra Əliqulu xan və onun ardıcılları
müqəddəs MəĢhədə çatdılar. Mürtəzaqulu xan öz tabeçiliyindəki əmirləri və öz
adamlarını, məsələn, XəbuĢan hakimi Budaq xan Çəkənini, NiĢapur hakimi DərviĢ
Məhəmməd xan Rumlunu, Tun hakimi Süleyman xəlifə Türkmanı, Cam hakimi
ġahqulu sultan ƏfĢarı və baĢqalarını toplayıb, döyüĢ Ģəraitini müzakirə etdi.