422
gəliĢində təkid etdilər və təkrarən onun yanına gəlib-getdilər. Müseyib xan
əmirlərə qarĢı çıxa bilmədi və bağa gedib, onların sırasına daxil oldu.
Onların hamısı dildə və əməldə müttəfiqlik nümayiĢ etdirərək, səadətli
dövlətxanaya adam göndərib, əĢrəfin hüzuruna belə ərz etdilər: «ƏĢrəfin nurlu
ürəyinə bəllidir ki, qadınlar öz düĢüncə zəiflikləri və tam tərslikləri ilə məĢhur və
mərufdurlar. Xanım Məhdi-Ülya həmiĢə dövlətsevərlərin əksinə getmiĢ, bizim
dövlət iĢlərinin intizamı üçün məsləhət bildiyimiz heç nəyə razılıq verməmiĢ,
qüdrətli dövlətin ağsaqqallarının tövsiyələrinə zidd olan əməllər törətmiĢ və bizi
pərt etmiĢ, alçaltmıĢ və əhəmiyyətsiz saymıĢdır. Biz indiyədək nə bir ədəbsizlik, nə
də narahatçılığa səbəb ola biləcək bir hərəkət etməmiĢik. Lakin onun barəsində
əmin olmamıĢıq və deyilik. Bir halda ki, indi onunla bizim aramızda ziddiyyət
meydana gəlmiĢ, hicab pərdəsi ortalıqdan qalxmıĢ, o, tayfaların ağsaqqallarına
qarĢı məzəmmətli sözlər demiĢ və bizi nifaq əhli sayaraq böyük təhdidlər etmiĢdir,
axı biz ondan necə əmin ola bilərik? ümumiyyətlə, biz münasib bilmirik ki,
qızılbaĢların hökmdar sülaləsi daxilində heç kəsin qalmadığı ücün arvadların
dövlət iĢlərinə müdaxilə sahibi olduqları və səltənətin idarəedicisinə çevrildikləri
barədə söz-söhbətlər digər dövlətlərin sultanları arasında yayılsın. Sözümüzün canı
ondan ibarətdir ki, onun səltənət və padĢahlıq məsələlərindəki baĢçılığı və iqtidarı
bütün qızılbaĢ tayfalarının qəlbində ikrah doğurur və bizim onunla yola
getməyimiz heç bir vəchlə mümkün deyildir. Əgər o susdurulmasa, böyük ehtimal
var ki, dinin və dövlətin zərərinə səbəb olan bir fəsad üz verəcəkdir».
Ġsgəndər Ģanlı nəvvab ali məqamlı əcdadlarından ona yadigar qalmıĢ
fəqirlik və dərviĢlik aləmindən, sağlam nəfsdən və xeyirxahlıqdan çıxıĢ edərək,
övliyaların və Allah əhlinin üslubu olan mülayim moizə tərzli hekayətlərlə əmirlərə
belə xəbər göndərdi: «Bir halda ki, onun səltənət iĢlərinə müdaxiləsinin dövlətin
xeyrinə olmadığını düĢünürsünüz, onda mən də qərar verərəm ki, bundan sonra o,
dövlət iĢlərinə müdaxilə etməsin. Əgər ondan narahatsınızsa, necə ki, anam «Ģah
babam» tərəfindən Quma göndərilmiĢ və bir müddət orada qalmıĢdı, mən də onu
Quma göndərərəm ki, müəyyən bir vaxt ərzində orada öz oğlunun yanında qalsın.
Əgər onun orada olması məsləhət görülməsə, onda onu Mazandarana göndərərəm
ki, öz atasının evində və mülkündə olsun. Yox, əgər bunu da qəbul etməsəniz, onda
mən həvəslə və rəğbətlə taxt-tacı tərk edib, öz kiçik oğullarımla ġiraza gedərəm və
siz də kimi məsləhət bilsəniz, özünüzə padĢah edərsiniz. Çünki mən günahsız bir
seyyidənin öldürülməsinə razılıq verə bilmərəm».
O insafsız fəsadçılar zülm və sitəm qapılarını açıb, həyasızlığı son həddən
aĢırdılar. Amma Xanım Məhdi-Ülyanın qeyrətinin çoxluğundan və təbiətinin odlu-
alovlu olmasından, Ġsgəndər Ģanlı nəvvabın mülayimliyi onun xoĢuna gəlmədi və
o, öz qətiyyətli mövqeyindən əsla geri çəkilmədi. O dedi:
- Nə qədər ki, həyatdayam, öz davranıĢımdan imtina etməyəcəyəm və bu
vaxtadək ortaya qoyduğum mövqedən bir saç tükü qədər də geri çəkilməyəcəyəm.
Əgər qızılbaĢlar padĢaha ərz etməyin utancından və ədəbsizliyindən çəkinməyərək,