411
deyildir. Mən, sadəcə olaraq, bir neçə günlük ömrümü qoruyub saxlamaq
niyyətindəyəm».
ġahrux xan və əmirlər onun mətləbinin və müddəasının təmin olunacağına
zamin durub, Allah-taalanın zatına and içdilər ki, birincisi, özləri onu qətlə
yetirməyəcək, onun gözlərini kor etməyəcəklər və ikincisi, Ġsgəndər Ģanlı nəvvabın
və Xanım Məhdi-Ülyanın hüzurunda onun qanının bağıĢlanmasını xahiĢ edib, heç
bir vəchlə ona xətər toxunmasına imkan verməyəcəklər. Adları çəkilmiĢ əmirlər
dövlətin dayaqlarından olduqlarına və irili-xırdalı heç bir iĢin onların məĢvərəti və
razılığı olmadan həll edilmədiyinə görə Mirzə xan onların andına etimad bəsləyib,
qalanı təslim edərək çıxıb gəldi.
Mazandaran hakimi Mirzə xanın Məhdi-Ülyanın əmri ilə öldürülməsi.
Əmirlər sözügedən Ģəxsi (Mirzə xanı) arxayın etmək üçün onun mallarının və
əĢyalarının ətrafında belə dolaĢmayaraq, qalanı Xanım Məhdi-Ülyanın adamlarına
tapĢırdılar və onu özləri ilə götürüb, ali taxtın ətəklərinə yollandılar. Onların heç
ağlının ucundan da keçməzdi ki, Xanım Məhdi-Ülya onların xahiĢini rədd
edəcəkdir.
Amma qalanın fəthi və Mirzə xanın ələ keçirilməsi xəbəri olduğu kimi
Xanım Məhdi-Ülyanın ərzinə çatdırıldıqda o, bu əhdü-peymandan narazı qaldı.
Bəlkə də, o istəyirdi ki, qala güc tətbiq etmək nəticəsində qələbə ilə fəth olunsun və
Mirzə xan zorla ələ keçirilsin. Elə olacağı təqdirdə o, Mirzə xanın canını bağıĢlayıb
onu əfv edərdisə, Mirzə xan canü-dildən ondan məmnun qalardı. Lakin indi ki,
hadisələr belə cərəyan etməmiĢdi, [Məhdi-Ülya] əmirlərə məhəl qoymayaraq, onu
qətlə yetirməyi qərara aldı. Elə ki ġahrux xan və əmirlər Qəzvinin bir fərsəxliyinə
çataraq, səhəri gün Ģəhərə daxil olmağı qərara aldılar, Xanım Məhdi-Ülya böyük
qorçulardan otuz nəfəri göndərdi ki, əmirlərin ordusuna gedərək, Mirzə xanı
onların əlindən alıb, özləri mühafizə etsinlər və qorçulara göstəriĢ verdi ki,
Mazandaran xanı onların əlinə təhvil verilərsə, elə həmin gecə əmirlərdən xəbərsiz
olaraq, onu həlak etsinlər. Qorçular əmirlərin ordusuna çatıb, Mirzə xanı tələb
etdilər. Əmirlər bu iĢə razı olmayıb, əvvəlcə onu verməkdən boyun qaçırdılar və
dedilər ki, bu xidməti biz həyata keçirmiĢik və sabah onu [yanımızda olan]
qızılbaĢların hamısı ilə birlikdə ulu saraya gətirib, padĢahın hüzuruna çatdıracağıq.
Qorçular fərmana uyğun olaraq, onların üzrünü qəbul etməyib, padĢahın
hökmünün icra olunmasında təkid etdilər. Qorçuların onu qətlə yetirəcəklərini
güman etməyən böyük əmirlər padĢahın hökmünə qarĢı çıxmağı özlərinə açıq-
aĢkar layiq bilməyib, onu qorçuların əllərinə təhvil verdilər ki, gecə həmin yerdə
saxlayıb, sabah birlikdə onu Ģəhərə gətirsinlər. Qorçular əmrə əsasən, həmin gecə
onu həlak etdilər.
ġahrux xan, Pirə Məhəmməd xan, Qorxmaz xan və böyük əmirlər bu
hadisənin baĢ verməsindən olduqca çox incidilər. Onların Xanım Məhdi-Ülyaya
olan kinləri daha da artdı. Lakin bir əlacları olmadığı üçün bu məsələ barədə bir də
ağızlarına söz gətirmədilər. Onlar Ģəhərə gəldilər və saraya daxil olmaq Ģərəfinə