405
Tatarların məğlubiyyətə uğraması və Adil Gəray xanın əsir düşməsi.
QızılbaĢ ordusunun dalbadal həmlələrinə baxmayaraq, tatar qoĢunu öz yerində
möhkəm durub, sübhün baĢlanğıcından günün axırınadək döyüĢdü və cəsurluq,
mərdik nümayiĢ etdirdi. Lakin axırda tatarlar döyüĢü davam etdirməyə aciz
qaldılar. Bu zaman Adil Gəray xan tatar qoĢununda zəiflik və düĢkünlük əlamətləri
müĢahidə edib, öz qoĢununun dilavərlərini savaĢa və döyüĢə həvəsləndirdi və özü
Ģəxsən igidlik ayağını mübarizə meydanına qoydu. Tatar qoĢunundan çoxları
piyada olub ox atmağa baĢladılar və [qızılbaĢları] ox yağıĢına tutdular
. Müzəffər
ordunun tərkibində olan Baba xəlifə Qaramanlu
döyüĢ və vuruĢ əsnasında özünü
Adil Gəray xana yetirərək, onu canalan nizənin zərbəsi ilə yıxıb torpağa saldı. O,
(yəni Adil Gəray) öz adını və kim olduğunu söylədi, lovğalıq və qüruru üzündən
heç vaxt təsəvvür etmədiyi, bəlkə, adına belə gətirmədiyi bir vəziyyəti müĢahidə
etdi və baĢını dustaqlıq və əsirlik çənbərinə salmaq məcburiyyətində qaldı. Tatar
tayfası məğlub və pəriĢan halda fərarilik vadisinə doğru qaçmağa üz qoydu.
«Onları tutduğunuz yerdə öldürün» [ayəsinə]
müvafiq olaraq, əzəmətli qazilər o
tayfanın əksəriyyətinin ömür xırmanını ildırım kimi qılınc və nizələrin Ģöləsi ilə
yandırıb-yaxdılar. Lakin Səadət Gəray və Əsgəri Gəray aradan çıxa bildilər
.
Qılıncdan qurtulanların əksəriyyəti o əraziyə bələd olan ləzgilər və Ģirvanlılar
idilər. Onlar dağlara və meĢələrə səpələndilər.
Fəth və zəfər yeli qalibiyyətli bayraqları dalğalandırdı. Əsgərlərin gözləri
tatarların qarət etdikləri yüklərə düĢdükdə onlar düĢməni təqib etməkdən əl çəkib,
hərbçilərə xas olan tamahkarlıqla qarət olunmuĢ malların üstünə hücum çəkdilər.
Tatarların Araz xanın ordugahından ələ keçirib mənimsədikləri mallar, əĢyalar,
əsirlər və əksər dəvə qatarları qazilər tərəfindən geri alındı. Malların sahibi mövcud
olmadığı üçün onlar qazilər tərəfindən bölüĢdürüldülər. Mirzə Salman və əmirlər
bu aĢkar qələbədən sonra ġamaxıya sarı üz tutdular. Tatarların məğlubiyyətindən
və Adil Gərayın əsir düĢməsindən xəbər tutan Osman paĢa yardımdan və
köməkdən ümidsiz qaldı. O, orada dayanmağı lazım bilməyib, fərar etməkdən
baĢqa çarə görmədi və ġamaxı qalasını baĢlı-baĢına buraxıb, Dərbənd səmtinə
getdi. Böyük əmirlərin bir qisminə onu təqib etmək tapĢırığı verildi. Onlar
ġabranadək getdilər və onun topxanasından və yaraqlarından bəzilərini ələ keçirib
geri qayıtdılar. Osman paĢa özünü Dərbənd qalasına çatdıraraq, Dağıstan və ləzgi
camaatının himayəsi ilə orada qaldı.
Əmirlər qələbənin qazanılması və Adil Gərayın əsir alınması xəbərləri
barədə bir ərizə hazırlayıb, Nəvvabi-Cahanbaninin və Məhdi-Ülyanın hüzuruna
S-129, v.199b-200a; S-297, v.157a.
Bu Ģəxsin soyadı Tehran çapında (s.238) və B-589 (v,18b) nüsxəsində Danqaralu, S-129
əlyazmasında isə Zalqaralu deyə yanlıĢ formada yazılmıĢdır. Əslində isə onun adı Baba xəlilə
Qaramanlu olmalıdır (О.А.Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. с.161).
«Qurani-Kərim», «Nisa» surəsi, 89-cu ayə.
Burada və bundan əvvəlki cümlədə kursivlə verilmiĢ parçalar aĢağıdakı əlyazmalardandır: S-129,
v.200a; S-297, v.l57a. Bu döyüĢ 28 ramazan 986 / 28 noyabr 1578-ci ildə baĢ vermiĢdir.