400
və bir-birlərinə itaət göstərsəydilər, Azərbaycanın və ġirvanın ümumi sayı əlli min
nəfərdən çox olan qoĢunları birləĢsəydilər və Gürcüstan sultanları da onlara
qoĢulsaydılar, onda Lələ paĢanın o vilayətə gəliĢi çox çətin olardı. Lakin əmirlərin
ittifaqsızlığı və oymaqların inadkarlığı və tədbirsizliyi üzündən həm məmləkət
əldən çıxdı, həm mötəbər qızılbaĢ sərdarları tədricən qətlə yetirildilər, həm də
Azərbaycan ordusu zay və məhv oldu, onların illərlə toplanmıĢ malları və əĢyaları
qarət və tarac olunmağa məruz qaldı.
Xülasə, [qızılbaĢların] Çıldır vuruĢmasındakı məğlubiyyətindən sonra Lələ
paĢa Axısqa qalasını həmin iki-üç gün içərisində fəth edib, orada azuqə və qoĢun
qoyaraq, həmin yolla Simayun xanın ölkəsinə doğru irəlilədi. Məhəmmədi xan öz
ölkəsində qaldı, Ġmamqulu xanla Qarabağ qoĢunu isə ondan ayrılıb, öz yerlərinə
qayıtdılar. Lələ paĢa adam göndərib, Gürcüstan sultanları olan Simayun xanı və
Aleksandr xanı Rum xondgarına itaət və tabeçilik göstərməyə dəvət etdi. Onların
da öz aralarında nifaq vardı və bir-birləri ilə ittifaqa malik deyildilər. Simayun xan
açıq-aydın bir Ģəkildə bu [Səfəvi] sülaləsinə itaətini möhkəmlədib, rumilərə
düĢmən olduğunu izhar etdi və dağ keçidlərində özünün gürcü dəstələri ilə düĢmən
qoĢununun yolunu kəsib, onlara qarĢı güclü həmlələr etdi. Amma Aleksandr xan öz
aqibətini düĢünən hiyləgər bir adam idi. O, öz vəziyyətinin xeyrini güdüb,
rumilərlə anlaĢdı. O, Lələ paĢanın ordusuna peĢkəĢlər göndərib, öz tabeçiliyini
izhar etdi. Bu hadisə Lələ paĢanın könlünü rahatlatdı. O, Gürcüstan çətinliyini
yüngül və asan qət edib, Tiflis qalasına çatdı. Bu qala möhkəmliyinə və
istehkamına görə fələklərin fələyi ilə bərabərlik iddiası edirdi və cənnətməkan
Ģahın zamanında Simayun xanın qardaĢı Davud xanın ixtiyarında idi. Rum qoĢunu
o hüduda gəldikdə Davud xan qardaĢı ilə arasında olan ziddiyyət səbəbindən
qardaĢına heç bir köməklik və yardım göstərməyərək, qalanı müdafiə etməkdən
vaz keçib, qaladan çıxdı və o qala asanlıqla rumilərin ixtiyarına keçdi. Onlar oraya
kutval və haris təyin etdilər, həmçinin Gürcüstan hakimlərinin paytaxtı olan Qoridə
bir qala düzəldib, oradan ġirvana yollandılar.
Aleksandr xanın ġəkidə olan qardaĢı Əli xan Gürcü orada qalmağa qüdrət
tapmayıb, özünü bir guĢəyə çəkdi. Lələ paĢa rahat bir Ģəkildə ġirvana çatdı və
Dağıstan hakimləri ilə ləzgi camaatı ümumən ona tabeçilik göstərdilər. Rəiyyət
qızılbaĢlara qarĢı üsyan və tüğyan qaldırdı. ġirvan bəylərbəyisi Araz xan Rumlu
ağıllı və tədbirli bir kiĢi idi. O, Rum qoĢununa müqavimət göstərməyin və rəiyyət
üsyanı Ģəraitində bir qalaya sığınıb müdafiə olunmağın öz qüdrəti və qüvvəti
çərçivəsinə sığmadığını görüb, ailəsi və tabeçiləri ilə birlikdə ġirvandan çıxaraq,
Kür çayı kənarında düĢərgə saldı. ġirvan məmləkəti rumilərin əlinə keçdi. Lələ
paĢa Osman paĢanı ġirvan bəylərbəyisi təyin etdi, Qaytas paĢanı ƏrəĢdə qoydu,
ġirvan vilayətlərinin hər birinə hakim təyin etdi və ġamaxı, ƏrəĢ və Badikubə
qalalarını möhkəmləndirdikdən sonra geri qayıtmaq təbilini səsləndirdi. O,
getməzdən öncə ġirvan hakimi olmaq və Rum xondgarına bac-xərac vermək
arzusuna düĢən Bürhan oğlu Əbu-Bəkr mirzəni ġirvanı zəbt etməkdə rumilərə