385
Həmçinin «məmaliki-məhrusə» qızılbaĢ tayfalarının böyük əmirləri
arasında bölüĢdürüldü. Darüssəltənə Qəzvinin əyaləti Əmir xan Mosulluya mənsub
edildi. Əmir xanın məsləhəti ilə Ġsmayıl sultan, Əmir xanın qardaĢı ġahqulu sultan,
onun oğlu Sultan Murad xan və Ġbrahim sultan Piyada Türkman əmirlik rütbəsinə
yüksəldildilər və onların hər birinə Azərbaycanda ölkə verildi. Cənnətməkan Ģahın
əmri ilə Məhəmmədi xan Toxmağa verilmiĢ Çuxursəəd əmirülüməralığı və Ġsmayıl
mirzənin əmri ilə Ġmamqulu xan Qacara verilmiĢ Qarabağ əmirülüməralığı əvvəlki
kimi yenə də həmin Ģəxslərə həvalə edildi. ġirvan əmirülüməralığı və hakimliyi
Araz xan Rumluya məxsus olundu. Eyni zamanda, Ərdoğdu xəlifə Təkəlüyə və bir
neçə nəfər rumlu əmirinə və digərlərinə ġirvanda ölkələr verildi. Vəli xan Təkəlü
Həmədan
əyalətinə [hakim] təyin olunub, o tərəfə yollandı. Ustaclu əmirlərindən
MürĢüdqulu xan Yegana Baxərzdə
və Xorasanın bəzi mahallarında, onun
qardaĢı Ġbrahim xana isə Ġsfərayində
ölkə verdilər. TurĢiz [mahalını] Mahmud
xan Sufioğluya, Xəvaf [mahalını] isə Vəli xan ÇərxçibaĢıya bəxĢ etdilər. XəbuĢan
və Xorasanın bəzi mahalları Budaq xan Çəkəniyə həvalə edildi. Ağzıvar xan
ġamlunun oğlu Əbülfəth xana və XoĢxəbər xana Kusuyədə və Quryanda ölkə
verdilər. Darülaman Kirman qorçubaĢının qohumu olan Vəli xan ƏfĢara tapĢırıldı.
Kuhi-Giluyə isə əvvəlki kimi Xəlil xan ƏfĢara məxsus olundu. Ġraq mahallarının
əksəriyyəti ulu dərgahın əmirlərinə paylaĢdırıldı. KaĢan Əmir xanın qohumlarından
və qüdrətli dövlətin əmirlərindən olan Məhəmməd xan Mosulluya bəxĢ olundu.
Qum ölkəsi əvvəlki qaydada Heydər sultan Çabuq Türkmanın, Savə isə
Əbülməsum sultan Tərxan Türkmanın öhdəsinə buraxıldı. Rey ölkəsi Müseyib xan
Təkəlüyə, Xəvar və Simnan ġahqulu sultan Təbətoğlu Zülqədərə, Savucbulağ,
CuĢqan və bəzi ətraf ərazilər ġahrux xan Möhürdara, Tarom, Xalxal və bəzi [digər]
mahallar Pirə Məhəmməd xana tapĢırıldı. Fars vilayəti zülqədər əmirləri arasında
bölüĢdürüldü. Astarabad Ġbrahim xanın əmisi oğlu Məhəmməd xan Hacılar
Zülqədərə verildi. Həmçinin hər tayfadan olan əmirlərin hər birinə onların öz
vəziyyətlərinə münasib ölkələr verib yola saldılar.
VerilmiĢ vədə uyğun olaraq, Xan Əhməd Gilani Gilanın BiyepiĢ əyalətinin
hakimi vəzifəsinə qaytarıldı və hökmdar onu «qardaĢ» adlandıraraq Ģərətləndirdi.
Bundan əlavə, o, bu [Səfəvi] sülaləsi ilə qohum olmaq bəxtəvərliyinə ucaldıldı və
cənnətməkan Ģahın möhtərəm qızlarından Məryəm-sultan bəyim ona ərə verildi.
Bu münasibətlə darüssəltənə Qəzvində layiqli bir tərzdə toy təĢkil edildi və
sözügedən Xan Əhməd sevinc və Ģadlıq içərisində səadətin kamına çatıb, Gilana
yollandı.
S-129, v.187b; S-297, v.148a. Tehran çapında (s.227) Bəndan yazılıb.
S-129, v.187b; S-297, v.148a. Tehran çapında (s.227) Baxərz əvəzinə səhvən Tacir yazılıb.
Əlyazmada isə Baxərzlə yanaĢı, yanlıĢ olaraq Xəvafin da adı çəkilir. Lakin əslində, mətnin sonrakı
cümləsindən də göründüyü kimi, Xəvaf Vəli xan ÇərxçibaĢıya verilmiĢdi. Bu məsələni araĢdıran
F.Sümer belə qənaətə gəlir ki, Baxərz və Xorasanın bəzi digər yerləri MürĢüdqulu xana, Xəvaf isə Vəli
xan ÇərxçibaĢıya verilmiĢdi (F.Sümer. Safevi devletinin kuruluĢu, s.120).
Ġsfərayin - Ġranın Ģərqində, indiki Bocnurd Ģəhristanına daxil olan beĢ bəxĢilikdən biri.