380
əməl etsinlər. Həmçinin göstəriĢ verildi ki, ali əmrə uyğun olaraq ġiraza
gedənlərdən savayı, baĢqa heç bir kəs rüxsətsiz çıxıb getməsin ki, Ģahın müzəffər
məiyyəti Qəzvin yaxınlığına çatanda bütün əmirlər [Pərixan] xanımın kəcavəsini
müĢayiət edərək, onu qarĢılamağa tələsib, onun ayağının qədəm qoyduğu torpağı
öpmək Ģərəfini əldə etsinlər.
[Pərixan] xanıma və ġamxal sultana çox da etimad bəsləməyən Mirzə
Salman öz iĢinin xeyrinə olaraq, Qəzvini tərk edib, özünü alı hökmdarın müqəddəs
üzəngisinin həndəvərinə çatdırmağı qərara aldı. O, Əmir xanı dilə tutaraq razı
salıb, özü Ģəxsən hərəmxana pəncərəsi arxasına getməyə nail oldu və izzətli və
cah-calallı hərəmxananın məhrəmləri vasitəsilə [Pərixan] xanımın ərzinə bunları
çatdırdı: «Ġndi dövlət üçün münasib olan budur ki, yad adamların əĢrəfin
xasiyyətinə təsir edib, yüksək Ģöhrətli qardaĢla mehriban bacı (Sultan Məhəmməd
mirzə ilə Pərixan xanım) arasında fəsad salmasının qarĢısı almaq naminə mənim
timsalımda bir sədaqətli bəndə sürətli və təcili bir Ģəkildə ġiraza gedib, əĢrəfin
üzəngisinin həndəvərində olsun». [Pərixan] xanım Ģahın və qoĢunun onun
razılığının əksinə olan bir xəyala düĢməsini hərçənd ehtimal etməsə də, [Mirzə
Salmanın] sözlərindəki həqiqət yükünü öz ağlının tərəzisi ilə çəkib, belə bir
hadisənin baĢ verə bilməsi ehtimalını etiraf edərək, ona rüxsət verdi. Mirzə Salman
elə həmin an hərəmxanadan çıxıb, ġiraza yollandı və qeyri-ənənəvi bir yolla
irəlilədi. Ertəsi gün əmirlər Mirzə Salmanın rüxsət alıb getməyindən xəbərdar
oldular. Onun getməyi onların ürəyincə deyildi. ġamxal sultan istədi ki, adam
göndərib, onu geri qaytarsın. Lakin Əmir xan buna mane oldu. [Mirzə Salman]
gecə-gündüz hərəkət edərək, hələ hökmdarın məiyyəti ġirazdan hərəkətə
baĢlamamıĢ, özünü ġiraza çatdırıb, hadisələri qeydə alan qələmin yuxarıda yazdığı
kimi, [Sultan Məhəmməd mirzənin] hüzuruna çıxmağa nail oldu. O, Ġsgəndər Ģanlı
nəvvabın hərəmi olan Məryəm Ģanlı Xanım Məhdi-Ülyanın mütləq ixtiyar sahibi
olduğunu müĢahidə etdi və istər dövlətdə mövqe tutanların, istərsə də vəzifə və
yüksəliĢ arzusunda olanların onunla hesablaĢmaqdan özgə çarəsinin olmadığını
düĢündü. O, onların qəlblərini ələ almaq üçün Qəzvindəki vəziyyət barədə
həqiqətləri və [Pərixan] xanımın əzəməti və iqtidarı, qızılbaĢ əmirlərinin və
əyanlarının ona göstərdikləri itaət və tabeçilik barədə bəzi məlumatları olduğu kimi
ərz etdi. DanıĢanların sözlərindən və müdriklik sahiblərinin ağıllarının zərurətindən
Ġsgəndər Ģanlı nəvvaba və Məhdi-Ülyaya aydın oldu ki, [Pərixan] xanım
dövlətxananın banusu və səltənət məsələlərinin idarəedicisi olacağı təqdirdə Ģərəfli
hökmdarın quru addan savayı heç bir padĢahlığı olmayacaqdır və Xanım Məhdi-
Ülya da hərəmxananın adi qadınlarından biri olacaqdır. Buna görə də onlar öz
hakimiyyətlərini [möhkəmlətməkdən] ötrü [Pərixan] xanımı ixtiyarsız bir
vəziyyətə salmağı qərara aldılar. Bu iradə onların Ģərəfli xatirlərində qərar tapdı və
onlar onun iĢini bitirmək fikrinə və düĢüncəsinə qapıldılar. Onlar Qəzvindən gələn
hər kəsdən [Pərixan xanımın] əhvalını soruĢurdular və aldıqları cavablar məsələyə
daha da aydınlıq gətirirdi. Xülasə, [Pərixan] xanımın aradan qaldırılması fikri