362
anasının hörmətini saxlamaq lazım idi. Buna görə də onun yanına adam göndərib,
ona bunları çatdırdı: «Sənin nənən olan möhtərəm anam hal-hazırda Qumda olduğu
üçün arzu olunur ki, onu oradan tam izzətlə, ehtiĢamla və Ģahanə dəbdəbə ilə
gətizdirək. Ġndi anamın gəliĢinə hazırlaĢırıq. Sən Tehranda qal ki, anam gəlib
yerbəyer olandan sonra səni də dəvət etmək üçün adam göndəriləcəkdir, sənin də
gəliĢinə hazırlıq görüləcəkdir. O zaman böyük əmirlərdən birini sənin ardınca
göndərəcəyik. [Bunları ona görə belə edirik] ki, sənin gəliĢinlə anamın gəliĢi üst-
üstə düĢməsin». Bunları eĢitdikdə Ģahzadə dilxor oldu. O, əmrə müvafiq olaraq,
Tehranda qaldı. Ġsmayıl mirzə onu və öz anasını gətizdirməyi yubadırdı və gah
imarətlərin təmirini, gah mənzillərin təyin olunmasını və müxtəlif iĢləri bəhanə
edərək, vaxtı uzadırdı. [Sultan Həsən mirzə] Tehranda olarkən orduda məzhəb
ixtilafları söz-söhbəti ortaya çıxdı. Bəzi ağzıgöyçəklər Ġsmayıl mirzəyə xəbər
çatdırdılar ki, əksər qızılbaĢlar hökmdarın sünni olduğunu güman edərək, o
cənabdan üz çeviriblər və Sultan Həsən mirzəni gətirib padĢah etmək istəyirlər.
[Ġsmayıl mirzə] bu məsələni bəhanə edərək, o günahsız Ģahzadənin həyat bağının
qırılması haqqında fərman verdi. Əvvəlcə Sultanım xanımın bacısı oğlu, Ġsgəndər
Ģanlı nəvvabla Ġsmayıl mirzənin isə xalası oğlu olan Müseyib xan ġərəfəddinoğlu
Təkəlü bu xidməti icra etməyə təyin olundu. O, bu göstəriĢə qarĢı tam ikrah hissi
ilə yola çıxdı. Dörd-beĢ gündən sonra xəbər gəldi ki, o, asta-asta hərəkət edir və
hələ Savucbulağdan keçməyibdir. [Ġsmayıl mirzə] tapĢırılmıĢ iĢdən onun bu cür
boyun qaçırmasından və etinasızlıq göstərməsindən qəzəblənərək, türkman
tayfasının əmiri Kosa Əliqulunu hər oymaqdan iki nəfər olmaqla, qırx-əlli nəfər
qorçu ilə birlikdə göndərdi ki, onların 22 nəfəri kəndirin bir ucunu, digər 22 nəfəri
isə kəməndin o biri ucunu əllərində tutub, Ģahzadəni boğsunlar. Müseyib xan bu
məsələdən agah olub, geri qayıtdı.
Sultan Həsən mirzənin əmisi II Şah İsmayılın əmrindən xəbər tutması.
Həmin adamlar gözlənilməz bir bəla kimi gəlib Tehrana çatdılar. ġahzadə onsuz da
Tehranda qalmağın uzun sürdüyünü görüb, özünə qarĢı etimadsızlıq göstərildiyinin
qoxusunu duymuĢdu və onun öz namehriban əmisindən umduğu Ģəfqət gümanı zay
olmuĢdu. O, qaçıĢ yolunun bağlı olduğunu görüb, qorçuların gəlib çatması vaxtı
evin qapısını qıfıllayaraq, öz tirkeĢini kamanı ilə birlikdə götürdü, dama çıxdı və
öz-özlüyündə qərar verdi ki, qüvvəsi, gücü və atmağa oxu qalana qədər savaĢıb,
kiĢi kimi öldürülsün. Qorçular bu halı müĢahidə etdikdə Kosa Əliqulu dedi ki,
«əmrə müvafiq olaraq, Ģahzadəni aparmağa gəlmiĢik» və «Quran» kitabını əlində
tutub, öz dili ilə bu barədə yalandan and içdi. ġahzadə onun andına inanıb, onların
yanına gəldi. Tanrıdan xəbərsiz olan o adamlar eyni anda onun üzərinə atıldılar və
dərhal onlara tapĢırılmıĢ üsulla Ģahzadənin nazik boğazına kəndir salıb, izzət
çəmənində boya-baĢa çatmıĢ o səltənət arxının sərvini aradan götürdülər.
Elə həmin gün Ġsmayıl mirzə Qazi bəy adlı bir zülqədər qorçusunu ġiraza
göndərdi ki, Ġsgəndər Ģanlı nəvvabı və onun oğullarını həbs edib, camaatın [onların
yanına] gəliĢ-gediĢinə mane olsun, zülqədər tayfasından və baĢqalarından heç